Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Hüquqi mənada dövlət terroru cinayətidir. Azərbaycan hakimiyyətinin bu anti-Konstitusiyon əməlli sözün əsil mənasında Beynəxalq terrorr cinayətidir. Bu səbəblərdən Beynəlxalq Təşkilatlar Azərbaycanı terrorçu dövlətlərin siyahısına salmalıdır. Fransada mühacir həyatı yaşayan gənc fəal Məhəmməd Mirzəlinin yaxın qohumlarını narkomaniyaya qarşı mübarizə pərdəsi adı altında ogurlayıb girov götürüblər və bloger qarşısında şərt qoyurlarlar ki, sosial şəbəkələr üzərindən yazılarını dayandırsan, bizdən sənin yaxın qohumlarını buraxaq.

Terrorizmə qarşı mübariz praktikasında belə oxşar hallar barəsində məhkəmə təcrübəsində çoxsaylı nümunələr vardır. Terrorçular vətəndaşı ogurlayıb vətəndaşdan külli miqdarda pul müqabilində ogurladıqları şəxsləri buraxcaqlarına söz verirlər. Yaxud, terrorçular bir dövlətə məxsus təyyarəni ogurlayıb qarşı tərəfə şərtlərini diktə edirlər və s. bəlli faktlar vardı…,

– Bu hüququn əsil mənasında Vətəndaşa qarşı terror cinayətidir.

– Xatırlatmaq istəyirəm ki, bu konkret cinayət faktından əvvəldə əliyev rejiminin daha təhlükəli terror cinayətləri edib. Bundan az öncə Araşdırmaçı Jurnalist Əfqan Muxtarlının Xarici ölkədən ogurlanmsı da terror cinayətidir.

Şəxsən, mənim təcrübəmdə mən və yaxınlarım daha təhlükəli dövlət terroru ilə üzbə-üzbəüzə qaldıq, bir qardaşımı rejim tərəfindən ogurlandı, digər qardaşəmı zəhərləyib şikəst etdilər.

Mən bir hüquq professoru olaraq qardaşım Mahir Abdullayevi ogurlan cinayətkar şəbəkəni ifşa etdiyimə görə yaxınlarım aglasıgmaz dövlət terroruna məruz qaldı. Qardaşım oglu Qarabag müharibsi iştirakçısı, Şəhid ailəsi və Siyasi girov Mübariz Abdullayevi saxta ittihamlala 10 il müddətinə həbs etdilər. Və Azərbaycan diktatoru İlham Əliyev qarşıma terrorçu şərtini qoyub ki,Mahir Abdullayevin ogurlanmsı cinayəti haqqında yazıları dayandır, Facebook səhifəni bagla, Avropaninsesi.com saytını dayandır (onsuzda Azərbaycana girişinə Stop qoyulub), əks təqdirdə Siyasi girov Mübariz Abdullayevidə Mahirin yanına gndərəcəyik kimi terrorçu şərtləri.

Ölkədə hazırda saxta ittihamlarla həbs olunmuş 160-dan çox saxta ittihamlarla həbs olunmuş Siyasi Məhbus var, buda bu sahədə Azərbaycan rejimi Siyasi Məhbusların sayına görə dünya üzrə birinci üçlükdə gedur…,

– Yaxud, başqa terror cinayətinə fikir verin ikiqat Avropa çempionu Renad Əliyevi saxta ittihamlarla bəhanəsi ilə həbs edib onun yaxın ailə üzvüləri qarşsınsada şərt qoyurlar ki, onun qardaşı Almaniyada mühacir həyatı yaşayan Riyad Əliyev Facebok üzərindən yazılarını dayandırsın, əks təqdirdə …, hədələr…

Yaxud, AAMBŞ-in sədri Qabil Rzayevin bəhanə edib yaxın qohumlarını həbs edib ki, ona qarşı şərt qoyurlar ki, Avropadakı ictimai-siyasi fəaliyyətinə son qoysunlar.

Vicdan Məhbusu, Beynəlxalq dərəcəli Hüququ Nüdafiəçisi Vidadi İsgəndərlinin dogma anası ondan imtina edib. Və digər yaxın qohumlarını girov götürüb şərt qoyublar ki, Hüququ Müdafiəçisi Vidadi İsgəndərli sosial şəbəkələr üzərindən çıxışlarını dayandırsın…,

Beynəlxalq jurnalist Emin Hüseynovun qardaşını saxta ittihamlarla hıbs edib, onun qarşıslna şərt qoyurlar ki, jurnalistik fəaliyyətinə son qoysune və s.

– Əliyev rejiminin öz Vətəndaşlarına qarşı dövlətin gücündən istifadə edərək terror etməsi barəsində yaxın günlərdə ayrıca Hesabat ictimailəşdirəyəcəyik. Rejim Daglıq Qarabagı geri almaq əvəzinə öz vətənaşlarını terror edir. – Avropada Əliyev rejimi dünyanın ən qəddar zalım-despotik diktatorlugu hesab edilir. Despotik diktatorlugun başlıca funksiyalrından bii də onun öz Vətəndaşlarını aglasıgmaz dərəcədə terror etməsidir. Bu səbəbdən də Fransa Paris Məhkəməsi 27 noyabr 2017-ci il tarixli Məhkəmə hökmü ilə “Azərbaycanı dikatatura hakimiyyəti, İlham Əliyevi isə dünyanın ən qəddar, zalım-despotik diktatoru olması haqqında” hüquqi-siyasi Verdiktini qəbul etmişdir. Bundan öncədə AB-də, AŞPA və ABŞ-da Azərbaycanın despotik diktatorluq olması haqqında sanksiyalar gündəmdədir…,

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Madina, Paris, 15.01.2018

info@avropaninsesi.com