Print Friendly, PDF & Email

 

 

 

Dünya Sair və Yazıcılar İttifaqının sədri Qaraxan Əkbəroglu, Vyana

yagubovg@mail.ru

TƏNQİDNAMƏLƏR                                                        

    SATANDIR

 

         Fahişə də çeşidbəçeşid olur,

         Ən məsumu bədənini satandır.

         Xeyri üçün insandan əl çəkməyən,

         Ən pisi dar gündə dostu atandır.

 

         Xainin qəlbindən əgər söz alsaq,

         Uca dağ görünər gözünə alçaq,

         Ən qorxulu adam, ən böyük alçaq,

         Üzə gülüb arxadan söz atandır.

 

         Haqqı, ədaləti gör qoruyur kim,

         Hökmü də pul ilə çıxarıır hakim,

         Ən böyük cəlladdır savadsız həkim,

         Ən əxlaqsız isə rüşvət alandır.

 

         Ağzını açanı çəkdirən dara,

         Millətin gününü eyləyən qara,

         Hər iki dünyada öz üzü qara,

         Yaddaşlarda şeytan təki qalandır.

 

         Vətəni, torpağı, vicdanı satan,

         Arxasından vurar hər kəsi hər an,

         Ən namussuz rəhbər isə, Qaraxan,

         Öz xalqını zəlalətə salandır.