Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Foto:  Riyad Əliyev, Demokratik Azərbaycan Alyansının sədri, Almaniya

riad_aliev_2014@mail.ru

İlham Əliyev və onun qırmızı lentləri…Kəsdiyi qırmızı lentləri bitib tükənmək bilməyən Azərbaycan prezidentinin həmin o lentlərin bir parçasını özü ilə apardığını, hətta kolleksiya düzəltdiyini düşünürəm. Bir gün o lentləri gətirib tökəcək qabağımıza deyəcək ki, di hı, nə istəyirsiz? Ölkədə bu qədər inkişaf olmasa, bu qədər çox binalar, körpülər tikilməsə, yollar çəkilməsə, evlər sökülüb parklar salınmasa (o parklara diktatorların heykəlləri qoyulmasa) hardandır bu qədər kəsilmiş lent? Bu lentlər ölkəmizdəki inkişafın, hətta lap irəli getsək, sabitliyin əyani sübutudur.

Əsas o deyil ki, ucaldılan göydələnlərin içi boşdur, parkda gəzənlərin mədəsi, oxuya bilməyən, təhsili əlindən alınan uşaqların beyni kimi…

Əsas o deyil ki, çəkilən körpülərin altında dilənçilər, evi və sığınacaq yeri olmayanlar yatır. Əsas odur ki, onların lentini kəsiblər. Prezident şəxsən təşrif buyurub (asfaltlanmış futbol meydançası qədər olan yolun) açılış edib. Fotoqraflara poz verib. Və elə ən uzağı yarım saat sonra dövlət qəzetində «Prezidentimiz filan filan yerin açılışını edib» deyə yazı gedib və axşam xəbərlərdə yenə prezidentimiz bir iki kəlmə deyib. İnkişaf, sabitlik filan…

Əsas odur ki, 15-ci ildirki Azərbaycan diktatoru İlham Əliyev Mahir Abdullayevin ogrlanması cinayətini ört-basdır edib, onu axtaranlar dövlət terroruna məruz qalıb, dogma vətənindən didərgin salınıblar…