08.07.2020-ci il tarixdə AMAC-ın İdarə Heyətinin geniş tərkibdə iclası oldu. İclasda – Respublikamızda mövcud sosial-iqtisadi vəziyyət yaranmış problemlərin aradan qaldırılması yolları müzakirə olunaraq müvafiq qərar qəbul olundu:
 
         Son zamanlar koronavirus şəraitində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələr, yaranmış canlanma və siyasi təşkilatların və qrupların fəallaşması, ayrı-ayrı şəxslərin iddialı çıxışlarının çoxalması belə deməyə əsas verir ki, bütün bunlar mövcud problemləri həll etməkdən daha çox hakimiyyətə can atmaq səylərindən ibarətdir.
         Siyasi opponentlərə qarşı mübarizədə ayrı-ayrı şəxslərin və sabiq məmurların milli mentalitetimizə yaraşmayan uslubdan və senzurasız ifadələrdən istifadə etmələri yolverilməzdir və milli əxlaqımızı, milli dövlətçiliyimizi gözdən salmağa yönəldilib.
         Məmur özbaşınalığı və korrupsiya halları əhalinin dövlətdən narazılığının artmasına şərait yaradır. Bu cür hallara qarşı mübarizə ardıcıl və kəsərli xarakter almalıdır.
İndiki hərbi-siyasi vəziyyət, 1992-ci ildəki kimi siyasi mübarizədə qeyri-dinc vasitələrdən istifadə çağırışlarının yolverilməz olduğunu diktə edir.
İqtidara qarşı ünvanlanmış yerli-yersiz tənqidlər cəmiyyətdə gərginliyi artırır. Xalq arasında izahat işlərində millət vəkillərinin passivliyi açıq-aydın hiss olunur.
Respublikamızın televiziya proqramlarında milli mentalitetimizə zidd əxlaq normalarının təbliğinin yolverilməzliyi və milli dəyərlərin təbliğinin daha da gücləndirilməsi ilə əlaqədar Milli Teleradio Şurasına müraciət ünvanlansın.
AMAC İH-i xalqı təmkinli olmağa, müharibə vəziyyətində ölkədə qarşıdurma yaratmağa çalışan qüvvələrin çağırışlarına uymamağa çağırır!
AMAC İH,
08.07.2020-ci il.
 tahirceferli@gmail.com
Videolar:

 

Video AMAC-ın İdarə Heyətinin 8 ilul 2020-ci il tarixli Geniş iclası

 

 

Elşad Abdullayev ermənilərin söyüş makinası Ramiz Mehdiyevi ifşa etdi.AMAC,08.07.2020

Foto: Ermənilərin Söyüş batalyonun Kombatları:

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email