Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Dünya Sair və Yazıcılar İttifaqı (Avstriya),  Demokratik  Azərbaycan Alyansı (Almaniya), Haqq və Ədalət Təşkilatı (İsveçrə), Avropa Azərbaycanlılarının Milli Birlik Şurası (İsveçrə), İnsan Hüquqları Müdafiə Assossasiyasının (Fransa) Birgə Müraciəti:  11 aprel 2018-ci ildə növbədənkənar  Prezident seçkisi nəticəsi Azərbaycan xalqının iradəsini və real siyasi vəziyyəti əks etdirmir !

STOP DİKTATOR !!! 

11 aprel 2018-ci ildə baş vermiş seçkilər həm seçki öncəsi  vəziyyətə, həm də seçki günündə baş verən total saxtakarlığa, qanun pozuntularına görə beynəlxalq normalara uyğun gəlməyən, cəmiyyətdə olan real siyasi güclər nisbətini əks etdirməyən, formal xarakter daşıyan, indiki prezidentin səlahiyyətlərini xalqın idarəsinə əsaslanmadan 7 il uzadılmasına xidmət edən qeyri-legitim Qanunsuz hüquqi bir faktdır.

Seçki prosesi Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün məhdud vəziyyətdə olan imkanların artırılmasında heç bir rol oynamadı .

Bundan başqa, ölkədə 160-dan çox  saxta ittihamlarla həbs olunmuş Siyasi məhbuslar hələ də həbsdədirlər, çoxsaylı jurnalist və bloggerlər siyasi motivlərlə həbsdədirlər, alternativ informasiya mənbələri hakimiyyət tərəfindən yox səviyyəsinə çatdırılıb, mövcud olanların üzərinə total hücumlar var, həmçinin sərbəst toplaşmaq və birləşmək azadlığına ciddi məhdudiyyətlər mövcuddur.

11 Aprel seçkiləri son illərdə cəmiyyətin seçki prosesinə və institutuna onsuz da sarsılan inamını daha da azaltdı, xalqın ölkədə demokratik dəyişikliklərin seçki yolu ilə baş verməsi  ümidini daha da sarsıtdı.

Biz  bəyan edirik ki, seçki institutunun tam sıradan çıxarılması xalqımızın və dövlətin gələcəyinə ən ciddi təhdidlərdən biridir və bunun məsuliyyəti tamamilə İlham Əliyev və indiki hakimiyyətin üzərindədir.

Biz  bildiririk ki, gələcək fəaliyyətimizi xalqın seçki yolu ilə öz hökumətini qurmaq inamının bərpa edilməsinə, dinc yolla siyasi dəyişikliklərə ümidin bərpa edilməsinə çalışacağıq.

«Topa bülletenlərin atılması müşahidə olunub. Pozuntuların qarşısının alınması üçün lazımi addım atılmayıb», – deyən ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker əlavə edib ki, fundamental hüquq və azadlılar seçkinin başlıca şərtidir. Ancaq seçki prosesində hüquq və azadlıqlar ciddi şəkildə məhdudlaşdırılıb ki, bu da ATƏT öhdəliklərinə ziddir.
Dünən seçkidə apardığım müşahidələr onu göstərdi ki xalq bu seçkini tanımır bəzləri seçkiyə gəlsə də bülletenlərdə diktator sözləri yazmaqla öz etirazlarını bildirirdilər…

Lakin, Qərb Gürcüstan və Ermənistanı Preziden idarəetməsindən daha da demokratik dövlət idarəetməsi forması olan Baş Nazirlik idarəetməsi olan Parlamentli respublika idarəetmə formasına keçməsinə dəstəklədiyi halda, neft və təbiii sərvətləri ilə zəngin olan Azərbaycan və Türkmənistanı geriyə 16-cı əsərin dövlət idarəetmə forması olan Despotik diktatura rejiminə keçməsini dəstəkləyir. Sonrada, deyirik dünyanın inkişafından gerdidə qaldlq. Halbuki, şərqdə ilk dəfə Azərbaycan xalqı 1918-ci ildə ADR-in dövlət idaretmə forması Parlamentli rspublika idarəetmə forması olmuşdur. Hazıra qədər heç kim tarixin inkişaf qanunauygunlugunu geriyə çəkməyə nail ola bilməyib, onlar tarixi inkişafın təkrləri altlnda qalıb məhv olublar. Hətta, Qərb bizim eyni vəziyyətdə olan prezident seçkiləri ərəfəsində Zimbabve və Veneseuellada açıq-aşkar demokratik islahatlar keçirilməsinə nail oldu, Diktaturaya yox dedi…

Biz bəyan edirik ki, 11 aprel 2018-ci ildə baş verən seçkilərin nəticəsi xalqın istəklərini və real siyasi vəziyyəti əks etdirmir, qanun pozuntuları olan və siyasi rəqabət olmadan baş tutan seçki prosesi prezidentin legitim oldugunu bir daha təsdiq edir.

STOP DİKTATOR !!!

Dünya Sair və Yazıcılar İttifaqı (Avstriya),  Demokratik  Azərbaycan Alyansı (Almaniya), Haqq və Ədalət Təşkilatı (İsveçrə), Avropa Azərbaycanlılarının Milli Birlik Şurası (İsveçrə), İnsan Hüquqları Müdafiə Assossasiyasının (Fransa), 14.04.2018