Print Friendly, PDF & Email

 

 

 

 

Снимок экрана 2017-02-08 в 17.29.22

 

Prezident Administrassiyasının rəhbəri Ramiz Mehdiyev qanuna istefa verib həbs olunmalıdı – “Gülərqeyt” cinayətlərinin arxivindən …

 

Ramiz Mehdiyevin həbsi zəruru hüquqi tələbdi…

Ramiz Mehdiyevin həbsi
Elşad Abdullayev akademik Ziya Bünyadovun, akademik Fərəməz Maqsudovun, Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilovun, general Şəmsi Rəhimovun, polkovnik Fətulla Hüseynovun, keçmiş Bakı meri Rafael Allahverdiyevin, general Rail Rzayevin, jurnalist Elmar Hüseynovun, Rafiq Tağının qətlllərinin Ramiz Mehdiyev tərəfindən edildiyini göstərir

KXCP PA rəhbərinin istefa verməsini istədi, HAMİ isə Baş Prokurorluqdan akademik barədə araşdırma aparılmasını tələb edib, YAP da Mehdiyevin əlindən alınır 

Ölkə mətbuatında Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin sıxışdırılması və onun siyasi cəhətdən zərərsizləşdirilməsi yönündə hazırlıqların getməsi haqda məlumatlar yayılmaqdadır. Bəzi mülahizələrə görə, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videomaterialların hədəflərindən biri də məhz PA rəhbəridir.


İstefa və həbs tələbləri …!!!

Adminstrasiya rəhbərinin istefa tələbi ilk olaraq “Qarabağ” bloku tərəfindən qoyulmuşdu. Bazar ertəsi keçirilən Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclasında da bu məsələ müzakirə olunub. KXCP İdarə Heyəti ABU-nun sabiq rektoru Elşad Abdullayevin son açıqlamalarını müzakirə etmişdir. KXCP Sevinc Babayevanın öldürülməsi, cinayət işində adı keçənlərin vəzifədə saxlanılması və istintaqa cəlb edilməməsini hakimiyyətin kriminallaşmasının təsdiqi hesab edir. KXCP- bütün deyilənləri nəzərə alaraq, istintaqın obyektiv aparılmasını təmin etmək üçün Ramiz Mehdiyevin və Zakir Qaralovun istefasını tələb edir.
Ardınca isə dünən Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ) Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı Baş Prokurorluğa müraciət edib. Bu barədə qurumdan daxil olan məlumatda bildirilir. Məlumatda qeyd olunur: “Məlum olduğu kimi, xeyli vaxtdır Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması, həmçinin Milli Məclis üzvlüyünə seçilməsi ilə bağlı davamlı videomateriallar yayır, həmçinin davamlı açıqlamalar verir. Baş Prokurorluq həmin materiallara əsasən dələduzluq faktı ilə cinayət işinin başlanması barədə məlumat vermişdi. Lakin yayılan videomateriallardan və açıqlamalardan görünür ki, ortada yalnız dələduzluq faktı mövcud deyildir. Materiallarda bir çox ciddi cinayət hadisələri barədə ətraflı məlumat verilir. Onların arasında adam oğurluğu, korrupsiya, adam öldürmə və s barədə məlumatlar vardır.
Belə ki, yayılmış videomateriallarda müğənni Mətanət İsgəndərlinin Teymur adlı köməkçisinin və Nüşabə Aqaşovanın şübhəli ölümü, Nüşabə Mirzoyeva adlı şəxsin itkin salınması barədə məlumatlar qeyd olunur. Elşad Abdullayevin sonuncu dəfə verdiyi açıqlama bu baxımdan daha əhəmiyyətlidir. Belə ki, onun KİV-də 2 yanvar 2013-cü ildə dərc edilmiş məktubunda Daxili İşlər Nazirinin mərhum müavini Zahid Dünyamalıyevin öldürülməsi, Binəqədi rayon icra hakimiyyətinin keçmiş başçısı Alı Qocayevin və təhsil Nazirliyinin İdarə müdri İlham Pirməmmədovun ondan alınmış pulların geri qaytarılmasında iştirakı barədə məlumatlar verilir.
Bundan başqa Elşad Abdullayev akademik Ziya Bünyadovun, akademik Fərəməz Maqsudovun, Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilovun, general Şəmsi Rəhimovun, polkovnik Fətulla Hüseynovun, keçmiş Bakı meri Rafael Allahverdiyevin, general Rail Rzayevin, jurnalist Elmar Hüseynovun, Rafiq Tağının və başqalarının qətllərindəki oxşarlıqları göstərməklə bunu Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən edildiyini göstərir.
Diqqətimizi çəkən əsas məqam ondan ibarətdir ki, az qala bütün videomateriallarda və yazılı məktublarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adının çəkilməsinə baxmayaraq, bu günədək Baş Prokurorluq bu barədə ictimaiyyətə bir dəfə də olsun açıqlama verməyib. Halbuki, Elşad Abdullayev konkret sübutlar göstərir. Bu sübutlara istinad etməklə Baş Prokurorluğun hər hansı araşdırma aparmaması təəccüb doğurucudur».
HAMİ KİV-də dərc olunan məlumatları və onların yayıldığı linkləri Baş Prokurorluğa təqdim edərək, Prezident Admnistrisiyasının rəhbəri Ramiz Mehdiyev barədə araşdırma aparılmasını tələb edib.
Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun rəhbəri vəkil Elçin Namazov deyir ki, Elşad Abdullayevin yaydığı videoların az qala hamısında Ramiz Mehdiyevin adı çəkilsə də, baş prokurorluq bu barədə ictimaiyyətə bir dəfə də açıqlama verməyib: «Elşad Abdullayev sonuncu məktubunda keçmişdə baş verən hadisələri sadalayıb. Onların arasında Fətulla Hüseynovun, Elmar Hüseynovun və Rafiq Tağının ölümü ilə bağlı qeydlər də var. Bunların hamısında Ramiz Mehdiyevin adı keçir. Bu baxımdan, Baş Prokurorluğun Ramiz Mehdiyev barəsində heç bir araşdırma aparmaması, yalnız Gülər Əhmədovanın adının hallandırılması və Cinayət Məcəlləsinin «dələduzluq» maddəsi ilə istintaq aparılması çox hiddətləndirici davranışdır».

Təkcə dələduzluqmu?

Vəkil yayılan videolarda məsələnin təkcə dələduzluqla bitmədiyini deyir. Hesab edir ki, qəsdən adamöldürmədən tutmuş, adam oğurluğu, korrupsiya və s. ağır cinayətlərin sadalandığı videoların çoxunda Ramiz Mehdiyevin adı çəkildiyindən, məsələ dərindən araşdırılmalıdır. O, Prezident Administrasiyasının rəhbəri ilə bağlı araşdırma aparılmasında da hüquqi əngəl görmür: «Lap sabah desələr ki, araşdırdıq, amma heç bir məsələ təsdiqini tapmadı, yenə mütləq araşdırma aparılmalıdır. Bundan ötrü heç bir problem görmürəm. Deputatların və bəzi başqa şəxslərin toxunulmazlıq hüququ olsa da, Prezident Administrasiyasının rəhbəri ilə bağlı belə hal yoxdur. Bu baxımdan da, araşdırma aparılması mümkündür».
Baş prokurorluq məsələyə, hələ ki, hər hansı reaksiya verməyib.

Ramiz Mehdiyevin təkzibi

Ötən ilin dekabrında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mediaya açıqlamasında Elşad Abdullayevin onunla bağlı yaydığı məlumatları cəfəng, böhtan, uydurma bəyanatlar adlandırıb.

«O boyda vəzifədə ola-ola ona nə edə bilərlər?»

Naxçıvan Muxtar Respublikasının keçmiş baş prokuroru Hüseyn Hüseynov Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin yaydığı videogörüntüləri və orda aparılan söz-söhbətləri böhtan və ya uydurma saymır. Amma bütün hallarda son sözü hüquq-mühafizə orqanlarının deməli olduğunu söyləyir. Onun fikrincə, Baş Prokurorluq elə ilk gündən və heç kimin müraciətini gözləmədən Ramiz Mehdiyev və adları çəkilən başqa şəxslər barədə araşdırma aparaydı: «Hətta cinayət işi açılmalı, hamı dindirilməli, üzləşmə olmalı idi. Ortalıqda bu boyda həngamə var».
İndiyədək Ramiz Mehdiyevin istintaqa cəlb olunmamasına gəlincə, sabiq baş prokuror bunu onun tutduğu vəzifə ilə əlaqələndirir: «O, respublikada, əslində, ikinci adamdır. O boyda vəzifədə ola-ola ona nə edə bilərlər? Gərək o vəzifədən kənarlaşdırıla ki sonra başlayalar işləməyə. Səbəb yalnız odur». Vəkil Elçin Namazov da Ramiz Mehdiyevlə bağlı susqunluğu siyasi amillərlə əsaslandırır. Onun da fikrincə, ölkədə prezidentdən sonra ikinci adam barədə qərar verilməsi xeyli problemlərə yol aça bilər.

Əməli baximdan mümkünsüz iş

Politoloq Zərdüşt Əlizadə Ramiz Mehdiyevin istintaqa cəlb edilməsini nəzəri baxımdan mümkün saysa da, əməli baxımdan mümkünsüz sayır: «Çünki Azərbaycanda hüququn aliliyi yoxdur. Hər şey icra hakimiyyətinin diktəsi ilə həyata keçirilir. O isə icra hakimiyyətində ikinci şəxsdir».
Zərdüşt Əlizadəyə görə, belə bir qərar yalnız birinci şəxsin göstərişi ilə ola bilər. Birinci şəxsin belə bir göstəriş verməsini indiki məqamda nə hüquqşünaslar, nə də politoloqlar inandırıcı saymırlar.

Qoca siyasətçi hakim partiyanı da itirir

Bu arada yayılan başqa bir məlumat da diqqət çəkir. Məlumatlara görə hakim Yeni Azərbaycan Partiyası (YAP) Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətindən çıxarılır. Hakimiyyətdaxili mənbədən sızan məlumatda deyilir ki, YAP-ın kurasiyası prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, eyni zamanda PA rəhbərinin müavini olan Əli Əsədova tapşırılıb. Təbii ki, bu Ramiz Mehdiyevin iradəsindən kənar baş tutub.
Ona görə də hakim partiyada ikitirəlik yaranıb. Mənbənin sözlərinə görə, YAP-ın icra katibi Əli Əhmədov və partiyada ona yaxın şəxslər yeni kuratoru qəbul etsə də, Əli Əsədova qarşı çıxanlar da var. Məsələn YAP icra katibinin müavini Siyavuş Novruzov Ramiz Mehdiyevin üsul-idarəsinə daha çox üstünlük verdiyindən Əli Əsədovun kuratorluğunu qəbul etmir. Bu isə partiyada ziddiyyətləri getdikcə daha dərinləşdirir. Mənbənin sözlərinə görə, hakimiyyət daxilində yaranmış qarşıdurmanın təzahürü olan YAPdaxili ziddiyyətlər böyük ehtimalla yaxın vaxtlarda açıq müstəviyə keçəcək. Çünki Ramiz Mehdiyevin asan şəkildə YAP-ı əldən verəcəyi inandırıcı görünmür.Məlumat üçün deyək ki, Əli Əsədov milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur və Ramiz Mehdiyevə qarşı çıxan Paşayevlər qrupuna daxildir.

gundemxeber.az
http://profliqa.blogspot.fr/2013/01/ramiz-mehdiyevin-hbsi.html
09.01.2013
Daha ətraflı avropaninsesi.com:
Ramiz Mehdiyev;  Kəmalə Mehdiyeva; Qalina Yuryevna;  Gülərqeyt; Gülər Əhmədova;  Elçin Namazov;  Sevinc Babayeva;   Sevinc Babayevanın oglu Ayxan Məmmədov;  Səlcuq  Aglayan;  Əli Həsənov; Hilal Əsədov;
Dəyanət Rzayev;  Mahir Abdullayev;  Əvəz Zeynallı;  Əli İnsanov;  Mirzə Novruzov;  Eldar Namazov;  Hurəddin Hüseynov; Adil İsmayılov;  Aslan İsmayılov;   Asif Mərzili;  Fikrət Əliyev;  Akif Çovdarov;  MTN İşi; Polis İşi…
info@avropaninsesi.com
Снимок экрана 2017-03-19 в 17.59.30
Снимок экрана 2016-12-16 в 23.34.54