Print Friendly, PDF & Email

 

 

 

 

 

3 deputat  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı – ADLAR (Yeniləndi)

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

APA-nın məlumatına görə, deputatlarElxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevnümayəndə heyətinin tərkibindən çıxarılıb.

Onların əvəzinə Elşad Həsənov, Ülviyyə Ağayeva və Asim Mollazadə nümayəndə heyətinin tərkibinə daxil edilib.

Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

 

Avropaninsesi.com