Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

Foto: Azərbaycan Beynəlxalq Universitetinin (ABU) məzunu Rəşad Gurbanov Azərbaycanın Parisdəki səfirliyi qarşısında protesto edir

 

 

Azərbaycan Diktatoru İlham Əliyevə Stop !!!!!!!!!

 

 

ABU məzunu Rəşad Gurbanov Azərbaycanın Parisdəki Səfirliyi qarşısında protesto etdiyinə görə qohumlarını Polisə “dəvət” ediblər – Azərbaycan sayagı söz və media azadlıgı !

 

 

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) məzunu Fransada mühacir həyatı yaşayan Rəşad Gurbanov Avropaninsesi.com saytına müraciət etdi:

 

Azərbaycansayagı söz, media və internet azadlıgı !?

02 fevral 2018-ci il tarixində Azərbaycan Beynəlxalq Universitetinin (ABU) məzunu Rəşad Gurbanov Azərbaycanın Parisdəki Səfirliyi qarşısında Azərbaycan diktatoru İlham Əliyevin əleyhinə təşkil edilmiş etraz mitiqində iştirak etdiyinə görə yaxın qohumlarını – atasını, anasını və qardaşını Polisə “dəvət” ediblər. ABU məzunu Rəşad Qurbanovun  internet, Facebook və media üzərindən etdiyi  yazılarına  görə yaxın qohumlarını həbs etməklə təhdit ediblər.Onlardan tələb ediblər ki, ABU məzunu Rəşad Qurbanov Facebook səhifəsini baglasın və Avropaninsesi.com saytındakı yazılarını silsin.

Daha sonra, “Şanlı” Azərbaycan polisi ondan tələb ediblər ki, ABU rektoru hüquq professoru Elşad Abdullayevin  əleyhinə reket qəzetlərdə sifarişli yazlarla çıxış etsin. Bir şərtlə Facebookda yaza bilərsiniz ki, Fransada gənc fəal bloger Məhəmməd Mirzəi barəsində sifarişli yaızılar yazmalısan. Xüsusilə, Avropada demokratik hərəkatın lideri Holandiyadan mühacir Orduxan Teymurxanının əleyhinə həqiqətə uygun olmayan pul müqabilində muzdlu məqalələr yazmalısan.

Habelə, mənim heç yaxından tanımadıgım-görmədiyim və heç bir iş birliyində olmadıgım Vyanada mühacir həyatı yaşayan şair Qaraxan Əkbərokgu və AAMBŞ-in sədri Qabil Rzayev barəində həqiqiətə uygun olmayan muzdlu yazılara yazmalısan.

Bildirmək istəyirəm ki, mən özümü Azərbaycan xalqına qurban etmişəm , apardıgım mübarizəni daha da davam etdirəyəcəyəm, bu agır zamanlarda həmişə xalqımın yanında olacagam !!!

Rədd olsun  pula görə ABU rektorunun qardaşı Mahir Abdullayevi  ogurlayan və fırıldaqçı Azərbaycan diktatoru İlham Əliyev !!!

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Mahir Abdullayev 13.10.2003-cü ildə  ABU-nu ələ keçirmək  və külli miqdarda pul almaq məqsədilə Prezident Administrassiyasının rəhbəri Ramiz Mehdiyevin və DİN-in nazir Ramil Usubovun bilavasitə rəhbərliyi ilə vəzifələrindən cinyətkarcasına sui-istifadə edərək Polis-KQB generalı Hilal Əsədov tərəfindən cinayətkarcasına ogurlanmışdır !

Bunu bütün dünya bilir, ABU rektoru, hüquq professoru Elşad Abdullayevin gizli video görüntüləri təkzibolunmaz maddi sübutdur və  heç şərhə də ehtiyacı yoxdur…

Görün, ölkə nə yerdədir, Araşdırmaçı Jurnalist Əfqan Muxtarlı Mahir Abdullayevin ogurlanması cinayətini ifşa etdi və jurnalistin özünü xarici ölkədən Tiblisi şəhərindən cinayətkarcasına ogurlayıb Bakıda saxta ittihamlarala həbs etdilər və yaxın qohumları da dövlət terroruna məruz qaldı.

Ölkədə Qanunlar və Konstitussiya işləmir. Qauna görə valideynlər və yaxın qohumları övladlarının əməllərinə grə heç bir məsuliyyət aşımırlar. Lakin, Azərbaycan despotik diktatoru İlham Əliyev 37-ci ilin repressiya və dövlət terroru illərinə qayıdıb.

Mən, Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Məzunu Rəşad Gurbanovun media və sosial şəbəkə üzərindən yazılarıma görə valideyinlərimin və yaxın qohumlarımın Polis-DTX tərəfindən təqib olunmasına son qoyulmasını  tələb edirəm !

Avropa və Azərbaycanda müstəqil fikirli Vətəndaşlarımızın azad fikirli çıxışlarına görə yaxın qohumlarının həbs olunması praktikasına son qoyulmasını tələb edirik!

Azərbaycan Respublikası Konstitussiyasına görə valıdeyin və yaxın qohumları övladlarının əmməllərinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.

Əsas Qaununa görə Mingəçevirdə və Bakı şəhərində yaşayan  yaxın qohumlarım  Fransada mühacir həyatı yaşayan övladı Rəşad Gurbanovun əməllərinə görə məsuliyyətə cəlb olunması Konstitussiyaya ziddir. Mənim yaxın qohumlarıma qarşı həmin cinayəti edən vəzifəli şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunmasını tələb edirik !

Azərbaycan respublikasının Konstitussiyasında bu norma belə müəyyən edilir:

“Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi – Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir’’. Belə hüquq norması, öncədən Avropa Konvensiyası və BMT-in İnsan hüquqları Bəyənnaməsində də öz əksini tapıb.

Bu səbəbdən də Azərbaycn vətəndaşlarının hüquqlarının dövlət qarantiyası yoxdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsində də yalnız günahı olan şəxs hüquqi məsuliyyətə cəlb oluna bilinər:

Maddə 7. Təqsirə görə məsuliyyət prinsipi

7.1. Yalnız törətdiyi Ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Azərbaycanda belə anti–konstitussiya vəziyyəti,  artıq ölkədə kütləvi hall alıb. Bu dövlət terroruna qarşı və şər maşınına qarşı bütün xalq birləşib cavab verməlidir. Azərbaycan vətəndaşları kütləvi sürətdə faktiki olatraq dövlət terroruna məruz qalmaqda davam edir. Avropada yaşayan müstəqil fikirli insanları müxtəlif bəhanələrlə yaxın qohumlarını girov götürülür və Avropda yaşayan müstəqil fikirli vətəndaşların qarşıında şərt qoyulur ki, əgər susmasan girov götürülmüş qohumunu saxta ittihamlaral yox edəcəyik.

Hazırda, Azərbaycan despotik diktatorlugunda dövlət terroru İŞİD terror təşkilatından da daha təhlükəlidir. Ölkəni ən qəddar cinayətkar mafiya idarə edir və XXl əsərdə bu yolverilməzdir.

Azərbaycanın bütün tələbələrini və müəllimlərini dünyanın ən qəddar despotik diktatorlugugu olan Azərbaycan diktatoru İlham Əliyevrjiminə  qarşı mübarizəyə çagırıram !!!!!!!!!!!!

Rəşad Gurbanov, Facebook səhifəsi,

Madina, Paris, 08.02.2018

info@avropanınsesi.com

 

Fotolar:

 

Foto: Məhəmməd Mirzəli və Orduxan Teymurxan Azərbaycanın Prisdəki səfirliyi qarşsında etiraz mitinqində, 02.02.2018

 

 

 

 

 

Video:   https://youtu.be/XTLhQXQohp4

Avropada yaşayan bir qurup aktivislər,Parisdə mitinq kecirərək Heydər Əliyevin heykəlin Aşırdılar – 02.02.2018
Təşkilacılığı,Məhəmməd Mirzəlinin etdiyiVə Orduxan Temirxan da daxil olmaqla bir sıra azərbaycanlı,Fransanın Paytaxtı olan Parıs şəhərində,Azərbaycan səfirliyinin önünə toplaşaraq,İlham Əliyevin 4 cü dəfə prezidentliyə irəli sürdüyü namizədliyinə etiraz etdilər. Etiraz mitinqının sonundada Heydər Əliyevin simvolik heykəli aşırdılaraq mitinqi tamamladıla.

avropanınsesi.com