Avropaninsesi.com saytı olaraq  Uca Millətimizə və Ulu Xalqımıza təmənnasız xidmət etməkdən qürur duyuruq! Məqsədimiz Dmokratik Azərbaycandır !

 

Bu səbəbdən də Avropaninsesi.com saytının Azərbaycana girişinə qadaga qoyulub, lakin, xüsusi proqlamlarla hər gün yüzlərlə şəxs tərəfindən izləndinə çox sevindim…

Dostlar! Avropaninsesi.com saytının Redaksiya heyətində şərtlərimiz qeyd edilib:

« Dostlar ! Şərh bölməsində yazılan təhqir və söyüşlər silinəcək. Avropaninsesi.com saytı olaraq hörmətli izləyicilərimizdən xahiş edirik ki, tənqid yazmağı təhqir yazmaqla qarışdırmasınlar və heç kimi aşağılayıcı ifadələrlə təhqir etməsinlər.

Avropaninsesi.com saytında ictimailəşən  bütün yazılar Avropa Konvensiyasına uygun olaraq azad yayım hüquqi altında yayır (free copyright and reuse allowed) və hər bir digər oxucu Avropaninsesi.com saytı tərəfindən ictimailəşmiş məqaləni məzmunu dəyişdirmədən, loqonu silmədən,  Avropaninsesi.com -a istinad etməklə təkrar yaya bilər. Bu halda   Avropaninsesi.com-dan  xüsusi icazə alınmasına ehtiyac yoxdu. Lakin arzuediləndir ki, ictimailəşdiilmiş məqalələrin qeyd edilən tələblər daxilində başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması sərbəstdir.

Avropaninsesi.com saytında ictimailəşmiş məqaləyə görə məsuliyyəti Redaksiya heyəti deyil, yazının müəllifi  

daşıyır.

Avropaninsesi.com saytı olaraq  Uca Millətimizə və Ulu Xalqımıza təmənnasız xidmət etməkdən qürur duyuruq! Məqsədimiz Dmokratik Azərbaycandır !

Xüsusi qeyd: Avropaninsesi.com saytının Təsisçisi və Baş redaktoru Hüquq professoru Elşad Abdullayevin  şəxsi maliyyə hesabına fəəaliyyət göstərir, redaksiay heyətinin üzvüləri heç bir təmanna güdmədən ictimai əsaslarla işləyirlər və buna görə aylıq əmək haqqı verilmir.

info@avropaninsesi.com  »

 

Dostlar, hər gün br hüquqşünas olaraq təxminən 2 saatımı  öz şəxsi vəsaitim hesabına  Baş redaktoru və təsçisi oldugum Avropaninsesi.com saytına sərf edirəm. Bu işdən xüsisi zövq alıram. Avropaninsesi.com saytında hər gün dünyada gedən prosesləri Azərbaycanda baş verən proseslərlə müqasiyə edirəm. Gündəlik Avropa həyat tərzini öyrənirəm, Avropada yaşayan Azərbaycanlıların durumunu öyrənirəm. Krimnal Azərbaycandakı vəziyyəti, xüsusilə qardaşım Mahir Abdullayevin ogurlanması cinayətinin krimnoloji mahiyyətini obyektiv və hrtərəfli olaraq davamlı ictimailəşdirirəm…

Fransa hüquq dövlətidir, təəsüfki bizim dogma Azərbaycanımız fiziki dövlətdir. Bir hüquq professoru olaraq  mənə qarşı olan Azərbaycan hakimiyyətinin dövlət terrorunun ilk başlıca səbəbi, Azərbaycan hakimiyyətinin dünyanın ən zalım despotik Diktatura rejimi olmasıdır. Hətta, Fransa Məhkəməsi də Azərbaycan hakimiyyətinin despotik diktatura hakimiyəti olması barəsində hüquqi-siyasi qiymətini  verdi. Xatırlatmaq istəyirəmki, Paris Nantar məhkəməsinin 7 noyabr 2017-ci il tarixli Məhkəmə Verdikti (Hökmü) ilə Azərbaycan hakimiyyətinə diktatura və Azərbaycan prezidenti İlham Əliyevə dünyanın ən qəddar despotik diktatoru hüquqi–siyasi qiymətini verilmişdir. Azərbaycan hakimiyyətinin Apelyasiya şikayətinə təkrar olaraq, 21 sentyabr 2018-ci il tarixində Fransa Versal Apellyasiya məhkəməsi Azərbaycan hakimiyyətinin fransız jurnalistlərə qarşı defamasiya ittihamı üzrə işə baxılmamasına dair aşağı məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. Bu isə Fransa Məhkəməsinin  Azərbaycan despotik diktatatorluguna  hüquqi-siyasi qiymət verilməsini bir daha təsdiq etdi.

Xüsusilə, Avropaninsesi.com saytında  Qaçqın vəziyyətinə düşmüş vətəndaşlarımızın durumuna maksimum köməklik etdim, həmişə onların yanında oldum və onların problemlərini ictimailəşdirdik.Onlara mənəvi dəstək oldum.Onları narahat edən suallara cavab verdik, otrum almaları üçün ictimai əsaslarla  hüquqi yardım etdim…Bizə görə insanı şəxsiyyət edən də onun cəmiyyətə faydalılıgı ilə müəyyən olunmalıdır. Avropada kifayət qədər  savadlı Azərbaycanlı hüquqşünaslar var, amma bildiklərini partiya mənsubiyyətinə görə və şərə xərcləyirlər. Buda Avropada yaşayan Azərbaycanlı mühacirləri  birləşməyə mane olur, bundan da ən çox maraqlı Azərbaycan hakimiyyətidir. Xalqımızın maariflənməsi üçün təkcə Avropaninsesi.com saytının olması azdır. Mən bir hüquqşünas kimi heç bir qruplaşmada olmamışam və heç vaxtda olmayacagam.

Avropada  yaşayan soydaşlarımızın təşkilatlanması, inteqrasiyası və inkişafı naminə isə hər zaman müzakirələrə açığıq və tövhələrimizi verə bilərik. Lakin, son zamanlar mənə və rəhbərlik etdiyim Avropaninsesi.com saytına vaxtilə mənim eibarımdan istifadə edən hakimiyyətin Gizli polis əməkdaşları tərəfindən qərəzli cinayət xarakterli dezinformasiyalar yayılır. Onlaın məqsədi Avropaninsesi.com saytının baglanmasına nail olmaqdır. Bu insanlar Avropada yaşamalarına baxmayaraq, hələdə Azərbaycanın feodal təfəkkürü ilə yaşayırlar…

 

Avropaninsei.com saytının  Təsisçisi və Baş redaktoru,

Hüquq professor  Elshad Abdullaev, Fransa, Paris, 19.10.2018

elshadalawprof@gmail.com

 

 

 

 

 

 

Print Friendly, PDF & Email