Azərbaycan hakimiyyəti Avropa Parlamenti Qətnaməsindən irəli gələn beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməlidir ! – Elşad Abdullayev

 

Avropa Parlamenti (AP) Azərbaycan hakimiyyətinə qarşı  17.01.2019 il tarixli,  2019/2511 saylı Qətnamə qəbul etmişdir (Strasburq).

Avropa Parlamentinin Azərbaycana qarşı Qətnaməyə 597 deputatından 533 deputatı, yəni  97 %-i lehinə səs verib. Əleyhinə səs verən 28 nəfər deputatlar isə Avropada aşırı sagçı  kimi tanınan faşist meyilli deputatlar, 36 nəfər deputat bitərəf qalıb.

Qətnamə layihəsi Avropa Parlamentinə ALDE qrupunun 23 deputatı tərəfindən çıxarılıb.

 

Avropa İttifaqı  və Azərbaycan arasındakı əməkdaşlıq prinsiplərindən irəli gələrək Avropa Parlamenti Qətnamənin məcburi icraa olunmasını tələb edirlər. Avropa Parlamentinin Qətnaməsi  İlk dəfə olaraq de-yure dünyanın ən zalım despotik diktaturası olan Azərbaycan rejiminin əlehyhinə qəbul etdiyi beynəlxalq hüquqi Aktdır. Bu Qətnamə Avropa İtttifaqına üzv dövlətlər üçün məcburi hüquqi xarkter daşıyır.

 

Azərbaycan hakimiyyəti beynəlxalq hüquqi öhdəlik xarakteri daşıyan AP-in Qətnaməsinin tələblərini yerinə yetirməzsə, Azərbaycan hakimiyyəti tərəfdar çıxdıgı beynəlxalq müqavilələrdən  irəli gələn öhdəliklərini kobud şəkildə pozmuş olur. Ancaq, hamıya bəllidi ki, Azərbaycan Qanunlarla deyil, Azərbaycan Prezidentin qanunqüvvəli  prezidentin fərmanı ilə, inzibati Aktları ilə idarə olunur

Nəzərə almaq lazımdır ki, Azərbaycan 2010-cu ildən Avropa Şurasınn üzvüdür. Lakin, Azərbaycan hakimiyyəti Avropa Şurasının üzvülüyündən irəli gələn öhdəliklərini davamlı olaraq kobud şəkildə pozur.Bununlada ölkə Konstiussiyasını və Qanunlarını pozur. Azərbaycan dövlət idarəetməsi  Qanun aliliyi prinspi ilə deyil, Prezidentin inzibati Aktları ilə idarə olunur. Bundan öncədə qəbul edilmiş 3 Qətnamədə də Azərbaycanda qanun aliliyi prinsipinin kobud şəkildə pozulması haqqında tələblər irəli sürülmüşdü.

Azərbaycan Respublikasının  Konstitusiyasının 7-ci maddəsinin ll bəndinə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

Azərbaycan Respublikasının  Konstitusiyasının 151-ci maddəsinə görə Beynəlxalq aktların hüquqi qüvvəsi müəyyən edilib:

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.’’

Azərbaycan Respublikasının  Konstitusiyasının 10-cu fəsilində Azərbaycan Respublikasının qanunvericilik sisteminə  daxil olan aktların dəqiq dairəsi təsbit edilmişdir (147-151-ci maddələri) :

Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar

  1. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

1)Konstitusiya;
2)referendumla qəbul edilmiş aktlar;
3)qanunlar;
4)fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;

6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

  1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir.

Maddə 147. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi

  1. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
  2. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

Maddə 149. Normativ hüquqi aktlar

III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

  1. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

Fikrimcə, hüquqşünas olaraq bu Qətnaməyə görə özümü təhqir olunmuş hesab edirəm, AP-ti qonşu işgalçı dövləti ilin demokratik hakimiyyəti hesab edir, Azərbaycanı isə ilin ən zalım despotik diktatura hesab edilir, hətta Fransa Məhkəməsidə Azərbaycan hakimiyyətini  dünyanın ən zalım despotik diktatura rejimi hesab edən Məhkəmə Verdikti (hökmü) çıxardı, Azərbaycana qarşı rüvayedici Qətnamə qəbul edilir. Bunun da başlıca günahı biavasitə Azərbaycan despotik diktatura rejiminin apardıgı yarıtmaz daxili və xarici siyasətidi.

Ardı var…

 

 

 

Print Friendly, PDF & Email