Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

AAMBŞ-in sədri Qabil Rzayev MŞ-in sədri Cəmil Həsənlini qınadı və xalqı Azərbaycan diktatorluguna qarşı birləşməyə çagırdı  !!!

 

Biz Avropa Azərbaycanlıları Milli Birlik Şurası (AAMBŞ) olaraq  Azərbaycan MŞ-in sədri Cəmil Həsənlinin  9 dekabr 2017-ci il tarixində Almaniyanın  Disburg şəhərində “AND’’ təşkilatının konfransında Xüsusi Xidmət Orqanları ilə iş birliyində olan xəfiyyə və  separatçıları ilə  görüşünüzü qınayırıq !

Belə görüşü Azərbaycan xalqına qarşı v Qarabag şəhidlərinin ruhuna  hörmətsizlik hesab edirik !

Bizim heç kimlə  qərəzli münasibətimiz  yoxdur. Lakin, xalqımızın belə agır durumunda ətrafımızda baş verənlərə biganə də qala bilmərik. Şəxsən, mən AAMBŞ-in sədri olraq son prezident seçkilərində professor Cəmil Həsənli Sizi KİV-də dəstəkləyən açıq Bəyənatla çıxış etmişəm və Sizə görə  də Sizin ətrafınızda olan müxalifətçi pərdəsi adı altında gizlənmiş natəmiz adamlar tərəfindən  həyatıma sui-qəsd edildi və mənəvi terrora məruz qaldım. Etibarlı mənbələrin məlumatına  görə  bu adamların  Sizin də həyatınıza sui-qəsd  edə bilərlər !

Bu səbəbdən də  Azərbaycan xalqının belə bir tale yüklü məqamında Sizin KQB-in Avropa kuratoru, əli Azərbaycan xalqının qanına bulaşmış Baş cəllad Ramin Nagıyev, Arif Məmmədov, bir medalın iki üzü olan qondarma Daglıq Qarabag Respublikası və qondarma Talış Mugan Respublikası stajlı separatşısı Ataxan Əbilov və  s. natəmiz adamların kirli oyunlarında iştirak etməyinizi  qınayrıq.  

Konfransın video görüntülərdən bəlli olur ki, konfransda Azərbaycan xalqının milli maraqlarına sadiq olan əliyev diktatorlugunun qaçqın-həmyelilərimiz də var, bizim onlara hörmətimiz hədsiz böyükdü,  həmişədə hörmətlə dəstəkləyib və qarşılayırıq. Lakin, hamıya bəllidir ki, konfransda iştirak bir sıra adamlar  Azərbaycan dövlətçiliyinin maraqlarına keçmişdə, bu gün və gələcəkdə qəsd edən DTX-in Əks-Kəşfiyyat İdarəsi ilə iş birliyində olan natəmiz şəxslərdi. 

Hazıra qədər,  “AND” təşkilatı  deyilən qurumda  salamat insan yoxdur, hamısı da  bundan öncə hərəsinin  ailə üzvülrindən ibarət bir təşkilatı var idi , indi də birləşib  bir sıra natəmiz adamların kirli Qrant oyunlarını aparırlar. AND təşkilatını Azərbaycan Xalqının faciəsindən istifade edib Beynəlxalq Təşkilatlardan pul qoparan vasitə hesab edirik, yalnız  Grant alib bölmeyi bacarırlar.

Biz dəfələrlə ’’AND’’ təşkilatının Avropada yaşayan müstəqil fikirli mühacirlərə  qarşı KQB sayagı fitnə-fəsad mənbəyi olduqlarını və bunların acısını yaşamışıq.

Sizi qınayırıq ki, 27 noyabrda 2017-ci il tarixində  dünyanın ən qəddar  despotik diktatoru İlham Əliyev Brüsselə gələn zaman Avropa Birliyinin  qarşısında nə üçün keçirmədiniz !?

Hörmətli professor Cəmil Həsənli, ogru və fırıldaqçı diktator  İlham Əliyev Brüsseldə idi. Avropa Birliyinin binasıda  Arif Məmmədovun evinin yanındadir. AND təşkilatı  niyə mitinq teşkil edib ora getmədi.  AND təşkilatının 3 həmsədrindən biri də orda yox idi. Bunlar,  ancaq Azerbaycan Xalginin adindan sui-istifade edib pul gazanirlar.

’’AND’’ təşkilatının 3 həmsədrindən biri  olan keçmiş diplomat Arif Mamedov FSB və DTX-in rəsmi işçisi ola-ola,  gəlib Avropada Azərbaycan xalqının adından danışmasını yol verilməz hesab edirik !

Biz heç kimsədən vəzifə istəmirik, Biz istəmirəm ki, bizdən sonra gələn gənc nəsillərimiz bizim kimi yaşasınlar,  biz AAMBŞ olaraq  istəyirik ki,  Azərbaycanda Avropa  kimi demokratik-hüququ dövləti olsun ! Lakin, Azərbaycan despotik diktatorlugunun köpəkləri ilə bunu edə bilmərik.

Hörmətli professor, Avropa Birliyində  millətin taleyi həll olunan yerdə, 2 milyondan çox   xaricidə yaşayan Avropa Azərbaycanlılarından 2-3 nəfər qeyrətli vətəndaşımız gəlmişdi Brüsselə Avropa Birliyinin qarşısına, bəs  haradaydı sizin gecə-bə-gündüz Azərbaycan xalqının adından yalanlar danışan başınıza yıgdıgınız bu adamlar !?

Belə adamların Azərbaycan xalqının adından danışmaga mənəvi haqqı  yoxdur.

Yaxud da,  Fransada  Mədəniyyət Evi pərdəsi adı altında gizlənmiş KQB-DTX-in Əks-Kəşfiyyat İdarəsinin Avropa Mərkəzi Azərbaycan xalqının pulu ilə 187 milyon avroya  prezidentin ailə üzvülərinin adına alinmiş  Parisdə Azərbaycan Mədəniyyət Evinin garşisinda bu günə qədər nə üçün AND təşkilatının etiraz mitinqləri keçirmədiniz !?

Amma, beynəlxalq təşkilatların qrantlarını bölüşdürən zaman xalq yadınıza düşür, tez yıgışıb zəlil günə salınmış xalqın adından nagıllar  danışırsınız ki, bəlkə Qrant aldınız, sizin agzınız Qrant pullarına elə yaglı batıb  ki, xalqın tale yüklü problemləri sizin yadınıza düşmür. Elə əsas məsələ də budur !

Özünüz demokratiyadan danışırsınız, ətrafınızdakı adamların bizə qarşı terrorundan xəbəriniz yoxdur ! Bunları Azərbaycanda tanımayan adam yoxdur. Bəllidir ki, keçmiş KQB zabitləri heç bir vaxt pensiyaya çıxmırlar, onlar ömürlərinin sonuna qədər Xüsusi Ximət Orqanları ilə iş birliyində olurlar.

Ramin Nagıyevin də tərcümeyi-halıda bunu təsdiq edir. Fransada Ramin Nagıyevlə birgə yaşayan və Sizi prezident seçkilərində cəsarətli Bəyənatları ilə dəstəkləyən Hüquq professoru Elşad Abdullayev təkzibolunmaz faktlarla sübut etdi ki, KQB-in keçmiş Baş müstəntiqi Ramin Nagıyev Mahir Abullayevin ogurlanması cinayətinə münasibətinə görə onun KQB ilə iş birliyində olmasını bir daha təsdiq etdi və təkzibolunmaz faktlarla onu ifşa etdi.

Hələ,  Ramin Nagıyevin kimliyi və cinayətləri barəsində media  və sosial şəbəkələr üzərindən edilən ictimai fikirləri demirəm, Ramin Ngıyevin Sizin prezident seçkiləri ərəfəsində məni təhdit etməsi də onun KQB yuvasının quşu olmasını müəyyən etmək heç də çətin deyil. Kimlərin sifarişini yerinə yetiməsi də bizə bəlli oldu.

Ramin Böyükağa oğlu Nağıyev

1988-ci ilin aprel və may aylarında hərbi prokurorluğa hərbi təlimlərə çağırılıb və orada 1 il ərzində Sumqayıt  şəhərində  etnik zəmində baş vermiş “igtişaşları’’ üzrə Moskva qruppasının tərkibində KQB-in ’’tərcüməçi’’ si  qismində işləyib.

1989-cu ildə Ramin Nağıyev  həqiqi hərbi xidmətə çağırılıb və bu xidməti Moskva hərbi rayonunun hərbi prokurorluğunda, Ryazan qarnizonunda Baş müstəntiq vəzifəsində yerinə yetirib. Orada 1992-ci ilin mayına qədər xidmət edib. Bu ximətlərindən sonra

1992-ci ilin mayında Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinə (MTN), hazırkı Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müstəntiq vəzifəsinə keçirilib. Bu andan onun KQB ilə rəsmi əməkdaşlıgı başlayıb.

1993-cü ilin sentyabr ayından Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində Xüsusilə Mümhüm İşlər üzrə  Baş müstəntiq vəzifəsində işləyib.

27 noyabr 1999-cu il tarixindən Azərbaycan vətəndaşlarının çoxsaylı şikayətlərindən sonra tutduğu vəzifədən kənarlaşdırılmışdır.

1999-cu ildə Azərbaycanı tərk edib qalıb, Rusiya Federasiyasının Moskva şəhərinə üz tutmuşdur.

11 oktyabr 2002-ci  ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasının vətəndaşı kimi  və post-sovet ərazisini tərk edir. Onun həyat yoldaşı milliyyətcə qeyri-aəzrbaycanlıdı, RF-in KQB-in zabitidi. Ramin Nağıyev Fransa dövlətinə ona və onun ailəsinə siyasi sığınacaq verilməsi xahişi ilə müraciət edib. Lakin, onun Fransaya gəlməsi üçün heç bir obyektiv səbəb yox idi, heç qohum-əqrəbasının də bizim kim burnuda qanamayıb…

Maraq doguran odur ki, xalq arasında KQB-in baş cəlladı kimi tanınan Ramin Nagıyev öz ana dilini – azərbaycan dilində yazıb -danışa bilmir. Onun mediada yazılarının  separatçı Ataxan Əbilov və Qənimət Zahid tərcümə edir. Görəsn Sumqayıt hadisələrində hansı dil üzrə tərcüməçi vəzifəsində çalışıb!?

Bu səbəbdən də Sumqayət hadisələrini Ramin Nagıyev sayagı tərcümə etdiyinə görə bu hadisələrdə Azərbaycan xalqı dünyaya vəhşi bir xalq kimi təqdim edilib . Məlumdu ki, öz ana dilini bilməyən ya o xalqın düşməndi, yaxudda “idotdu”. Lakin, yazılarından bəlli olur ki, heçdə axmaq deyil…, xalqımızın düşmənidi. İndi də gəlib Avropada Azərbaycan xalqının adından danışır.

Hörmətli pofessor Cəmil Həsənli, biz millətçilikdən uzaq adamıq və Azərbaycanda yaşayan bütüb etnik xalqıara bizim bərabər hüqulu qardaş və bacılarımız hesab edirik. Lakin, stajlı sepatçısı  Ataxan Əbilov qondarma TMR-in təşkilatçılarından biri kimi Azərbaycanın ərazi bütövlüyünə qəsd edilməsində bilavasitə iştirakı heç kimdə şübhə dogurmur. Özünüz tarixçi-professorsunuz, yaxş alimsiniz və yaxşıda bilirsiniz ki, separatçı Daglq Qarabag Respublikaı ilə separatçı Talış Mugan Respublikası bir medalın iki üzüdür. Stajlı separtçı Ataxam Əbilovda bu ideyanın daışıyıcısdır. Onun AAMBŞ-dan getməsinin səbəbidə bu idi ki, qondarma TMR-in  prezidenti Əliram Hümbətova və Azərbaycanın ərazi ütövlüyünə qəsd edən  separtçı orqanlara münasibətini media üzərindən ictimailəşdirsin. Lakin, o, bunu etmədi vəbu  günə qədər də etmədi, çünki, onlar böyük ermənistan siyasətinin tərkib hissəsudir. Təsadüfü deyil ki, qondarma TMR-in prezidenti Əlikram Hümbətov tez-tez Ermənistandan Azərbaycanın ərazi bütövlüyü əleyhinə nagıl-bəyanatlar verir.

Hansını qaşıyırsan altından keçmiş KQB-Polis zabiti və separatçı çıxır .  Belə KQB-Polis zabitləri  və separatçılarla iş birliyində olanların  Azırbaycan xalqının adından danışmaga mənəvi haqqı yoxdur ! Fikrimcə, belə addım atmaq  Azərbaycan xalqını təhqir etməkdi və Qarabag şəhidlərimizin ruhuna xəyanət hesab edirəm.  Biz AAMBŞ oaraq Azərbaycanın müxalifətinin tanınmış liderləri bu problemlərə münasibətini bldirməli və qınamalıdırlarını xahiş edirik.  Əgər bildirmirlərsə, onda onlarla əlbir olmaga məhkum  eduliblər.

 

AAMBŞ-in sədri Qabil Rzayev

Zurix, 16.12.2017