ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrini kəsdi, vəsait verməyəcək – Donald TRAMP
ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bütün əlaqələrini dayandırıb.
Euronews.com bununla bağlı ölkə prezidenti Donald Tramp bildirib ki, buna səbəb tələb olunan islahatların yerinə yetirilməməsidir:
“ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur. Çünki, ÜST-nin rəhbərliyi ABŞ hökumətinin israr etdiyi islahatları həyata keçirməkdən imtina edib. Vaşinqton təşkilata il ərzində ayırdığı təxminən 450 milyon ABŞ dolları həcmində vəsaiti digər ehtiyaclara yönəltmək niyyətindədir”, – deyə, Tramp bildirib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, ÜST-ə ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcək.

 

Print Friendly, PDF & Email