Siyasi Məhbus Mübariz Abdullayevin oglu Tehran Abdullayev feysbook səhifəsində paylaşdı :ABU rektoru Elşad Abdullayevi qorxu altında saxlamaq məqsədilə atam Mübariz Abdullayevi  saxta ittihamlarla 10 il həbs ediblər …!
11902235_1635897159992381_366480859675158403_n

 

14265012_1785456615036434_8484881816846665541_n-1

 

 

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hüquq professoru  Elşad Abdullayevin qardaşı oğlu, hazırda həbs həyatı yaşayan “siyasi girov” məhbusu, Qarabag müharibəsi iştirakçısı Mübariz Abdullayev cəza çəkdiyi həbsxanadan yerli və Beynəlxalq Hüquq Müdafiə Təşkilatlarına, mətbuat orqanlarına müraciət göndərib.
Müraciətdə deyilir: “Mən, Abdullayev Mübariz Əslan oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2013- cü il tarixli hökmü ilə saxta fabrikovat olunmuş ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilmişəm.
Məni Cinayət Məcəlləsinin 182.3.2- ci maddəsi ilə saxta ittiham edirlər. Guya, mən əmim ABU rektoru Elşad Abdullayevdən qardaşı Mahir Abdullayevin geri qaytarılması üçün pul tələb etmişəm. Təbii ki, bütün bunlar absurd və qurama olmaqla əmim Elşad Abdullayevi qorxu altında saxalamaq, susdurmaq və bizlərdən intiqam almaq üçün ortaya atılmış siyasi oyundur. Mən heç vaxt, heç kimdən, o cümlədən öz əmimdən digər əmimin tapılması və geri qaytarılması üçün pul tələb etməmişəm və etmərəm də. Bunu Elşad Abdullayev də dəfələrlə təsdiqləyib.
Digər tərəfdən necə ola bilir ki, əgər 2003- cü ildə mən belə bir hərəkət etmişdimsə niyə o zaman bu barədə lazımi
ölçü götürmürdülər? Yalnız, hadisədən 10 il sonra Elşad Abdullayevin yaydığı qardaşı Mahir Abdullayevin ogurlanması cinayətini edənlərin gizli video görüntülərl ifşa etdikdən sonra, Gülər Əhmədovanın “mandat alveri” və digər məlum videolardan sonra həmin iş üzrə məni məhkəmədə qandallayıb saxta ittihamlarla həbs etdilər.
Mən üzümü yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına,media qurumlarına tutaraq xahiş edirəm ki, mənim şərlənərək həbs olunmağım və
hazırda qanunsuz olaraq saxta ittihamlarla həbsdə girov saxlanılmağımla bağlı baş verənləri diqqətdə saxlasınlar…!
Mən Elşad Abdullayevin yaydığı, qardaşı Mahir Abdullayevin ogurlanması cinayətini edənlərin gizli video görüntülərl ifşa etdikdən sonra, Gülər Əhmədovanın “mandat alveri”  və digər məlum videoların qurbanı olmuşam. Mən 50 ildir ki, sadə kənd
həyatı yaşamışam, hazıra qədə heç bir cinayətdə iştirakım və suçum olmayıb. Məni şərləyərək həqiqətə uygun olmayan saxta ittihamlarla həbs ediblər.
2003- cü ildə Kürdəmir rayon Polis şöbəsində və 2013-cü ildə respublika
baş prokurorluğu yanında Müstəqil İstintaq Komissiyasına verdiyim izahatları təzyiq,
işgəncə altında, MTN generalı Akif Çovdarvun aglasıgmaz işgəncələri nəticəsində məcburiyyət qarşısında qalıb  vermişəm. Məni həyatım və ailəmlə təhdid ediblər.
Sizlərdən istəyim və xahişim odur ki, mənim həbsimlə bağlı baş verən qanunsuzluqları diqqətdə saxlayasınız. İnanıram ki, “haqq nazilər,
amma üzülməz”, gec- tez haqq- ədalət öz yerini tapacaq.”

avropaninsesi.com

 

14600872_1806317546283674_7590459292621874098_n

11754696_1629222957326468_6148341928951641851_o 12022458_1652464545002309_2754799550311169318_o

 

12115932_1656493704599393_9028855743832910708_n

 

 

Print Friendly, PDF & Email