Print Friendly, PDF & Email

 

 

 

 

 

Nəhayət ki, çoxdan gözlənilən ADP-in 100 illiyi münasibətilə verilən Əfv sərəncamı imzalandı.Əfv-in nəticələrinə görə bir daha bəlli olduki, hakimiyyət ADR-ə hörmətlə yanaşmır. Hüquq hakimiyyətin fahişəsi, mətbuat isə aşnası olarasa, deməli, dövləti ograşlar idarə edir (Alman filosofu Fridrix Nitşe).
Lakin, bu Sərəncamda Növbəti əfv imitasiyasından başqa br şey deyil. Xalqı ajdatmaga hesablanıb. Prezidentin bu əfv sərəncamı siyasi məhbuslara şamil edilmədi…Prezdenti 24 may 2018-ci il tarixli Sərəncamı ilə ümumilikdə 634 nəfərə şamil olunsa da gözləntilərin əksinə olaraq bu dəfə də siyasi məhbuslar azad olunmadı. Şəxsən mən heç zaman hakimiyyətin əfv sərəncamlarından siyasi məhbuslar üçün nəsə gəzləməmişəm, problemin bu yolla həllinə ümid etməmişəm. Hesab edirəm ki, saxta ittihamlarla həbs olunmuş bütün Siyasi məhbuslar qeyd- şərtsiz azad olunmalıdırlar. Siyasi Məhbusların sayina görə Azərbaycan iri adamlarla irəlləyib, hətta dünyanın ən qəddar diktatura dövlətlərinidə keçərək birinci üçlükdə yer alıb. Əks təqdirdə, bundan sonra, Azərbaycan diktatorlugu tərəfindən görülən repressiv təzyiqlərin davam etməsi nəticəsində günhasıza cəza verilməsi və günahkarın cəzasız qalması ilə dövlətimiz daha da sarsılacaq. Xalqın Əliyev rejiminə etimadı tam itəcək. Ölkədəki sosial ədalətsizlik pik həddinə çatıb. Heç bir günahı olmayan qardaşım oglu Qarabag müharibəsi iştirakçısı və Siyasi məhbus Mübariz Abdullayev saxta ittihamlarla 10 il həbs edilir və onunla müqasiyədə çoxsaylı agır dövləti cinayətlər edən KQB-in qanlı banda başçısı sabiq MTN generalı Akif Çovdarov da 12 il həbs cəzası alıb. Hələ dünya məhkəmə sistemi belə sosial ədalətsizlik görməyib. Akif Çovdarovun və onun KQB bandası Məhkəmədən Bəraət olunmalarını tələb edirlər! Artıq , MTN işi məhkəməsi Azrbaycanın ədalət mühakiməsi tarixinin ən utanc verən Qara səhifəsidir. Bu işə baxan Məhkəmə hakimlərinə Maqnitski Aktı tətbiq olunmalıdı. – Nə qədər təzyiq etsələr də, bu ölkıdə daşında yaddaşı var! Heç nə unudulmayıb…Azərbaycan Xalqı Akif Çovdarovun və onun KQB bandasının tökdüyü qanları, yıxdığı evləri heç vaxt unutmayacaq. O da cilidə girmiş bir erməni bşa kəsənləri kimi xalqımıza qan uddurub. Azərbaycanın əleyhinə etdiyi agır dövləti cinayətləri ilə milli mənsubiyyətini itirib. Belə “vurub-yıxan” idisə gedib ermənilərlə döyüşərdi.Onun əvvəlki iş yerləri də göstərir ki,o, Ramiz Mehdiyev KQB-in yetişdirdiyi canidir.Belələrinin yanında dayanmaq əl-ayağını millətin qanına bulamaq qədər rəzalətdir-cinayətdir! Onun Masazır ətrafında “qurduğu” Gzli şəxsi həbsxana və ölüm düşərgəsi nə tez yaddaşınızdan çıxdı… !?
Akif Çovdarovun terrorundan gərək Ramiz Mehdiyevin, Əli Həsənovun, Arof Paşayevlərinin ailə üzvüləri ziyan çəkəndən sonra, onlar bizim kimileri bəlkə başa düşərlər. Və bu adamlar bilmirlər ki, tale onlara hansı sürpürizləri hazırlayıb !?
Utancverici haldır ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ərəfəsində belə bir hal baş verir. Necə olurki, ADR-in qurucularıda Avropada mühacir həyatı yaşadı və bü gündə Azərbaycanın ən layəqətli ogullarıdı xaricidə yaşamaga məhkum ediliblər!?
Avropada yaşayan Azərbaycanlıların xüsusi çəkisi düyanın ən dəhşətli müharibə gedən Suriya, İrak, Əfqanstandan sonra 4-cü yerdədi. Bu gün Xaricidə yaşayan Azərbaycanlıların sayı ölkənin daxilində yaşaynların sayından çoxdursa, deməli, indiki Əliyev hakimiyəti Xarici işgalçı dövlətlərin iradəsini həyata keçirir, öz Vətəndaşları ilə işgalçı kimi davranır və Qarabagı göz görəsi işgalına göz yumub. Heç kim öz dogma Vətənini təsadüfdən qoyub gedə bilməz, bunu şərh etməyə də ehtiyac yoxdu.Bizi istəməyənlərə arzu edirəm ki, onlarda bizim kimi mühacirat həyatı yaşasınlar.
Bu səbəbdən də Azərbaycanın ləyaqətli hüquqşünası Qurban Məmmədov da digər soydaşlarımız kimi Ingiltərəyə mühacirət etmək məcburiyyətində olub. Çox utancverici haldı, Qurban bəyə həyatda tutduğu saf əqidəli mövqeyinə görə uğurlar arzulayıram. Lakin, ümüd edirəm ki, tezliklə Avropada yaşayan bütün mehdiyev-əliyev mühacirlərimiz doğma Vətənimizə qayıdacaqlar.