a91d37916680

%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-12-04-%d0%b2-2-46-08

 

Əflatun Amaşov: “O, düz yolda olduğu üçün yox, prezidentin mərhəməti sayəsində azadlığa çıxmışdı”…

Xəbər verdiyimiz kimi, Mətbuat Şurasının”Təzadlar” qəzetini “qara siyahısı”na salması ilə bağlı media cameyəsində ciddi müzakirələr başlayıb. Bir neçə ay öncə, ABU rektoru Elşad Abdullayevin şikayəti əsasında həbs olunan, sonra dövlət başçısı İlham Əliyevin xüsusi fərmanı ilə azadlığa çıxan qəzetin baş redaktoru Asif Mərzilinin “reket” nəşrlərlə eyni sıyahını paylaşması sual doğurur.

Xatırladaq ki, MŞ-nin Şikayətlər üzrə Komissiyasını bu qərarı çıxarmağa A.Mərzili və rəhbərlik etdiyi mətbu nəşrlə bağlı şikayətlərin çoxluğu və son olaraq, qəzetin Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcı bəzi qəzet redaktorlarına rüşvət verməkdə ittiham etməsi olub. A.Mərzili, habelə MŞ İdarə Heyətinin bəzi üzvləri qurumiun bu qərarı ilə bağlı münasibətini açıqlayıb. MŞ sədri Əflatun Amaşov da bizimlə söhbətində qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirdi. Müsahibimiz öncə qurumu bu qərarı verməyə vadar edən səbəblər barədə danışdı.
– Bu günə qədər Mətbuat Şurasına “Təzadlar” qəzetindən dəfələrələ şikayət daxil olub. Mətbuat cameyəsinə ən son bəlli olan səs-küylü məsələ isə Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı idi. Elə həmin vaxt də qəzet rəhbərliyinə xəbərdarlıq edilmişdi ki, onlar “Jurnalistlərin Peşə Davranış Qaydalarını”nı pozur və onun fəaliyyətində reket jurnalistikaya xas əlamətlər var. Asif Mərzili azadlığa çıxandan sonra da quruma onun rəhbərlik etdiyi qəzetlə bağlı çoxlu şikayətlər daxil olib. Bunların arasında Bakıdan, Gəncədən olanlar da vardı və qəzet bir qayda olaraq etik normaların pozulması, reketliklə bağlı məqamlarda ittiham olunurdu. Hər dəfə də biz bunlarla bağlı qəzetin rəhbərliyinə xəbərdarlıq edirdik. Son olaraq isə qəzet, Türkiyə səfiri Hulusi Kılıcı əlində heç bir fakt, sübut olmadan qəzet redaktorlarına rüşvət verməkdə ittiham etdi. Bundan əvvəlki məsələlər ölkədaxili sayılırdı və xəbərdarlıqla kifayətlənmək mümkün idi. Amma bu dəfə başqa bir ölkənin vətəndaşı, üstəlik, diplomatik missiyanı yerinı yetirən şəxs faktsız-sübutsuz rüşvətxorluqda ittiham olunurdu. Bu olay komissiya üzvlərinin səbr kasasını daşırdı.

– Asif Mərzili iddia edir ki, bu qərar anonim şəkildə qəbul edilib.

– Bu, yanlış iddiadır. Mətbuat Şurası özünün təlimatında aşağıdakı formada şikayətləri dinləyir və qərar çıxarar: iddiaçı və qarşı tərəf Şuranın iclasına dəvət olunur. Əvvəlcə məsələ ilə bağlı tərəflərin şikayətləri və münasibəti öyrənilir. Suallara aydınlıq gətirilır, komissiya üzvləri öz fikirlərini bilidirirlər. Hər şey aydınlaşandan sonra şikayətçi və qarşı tərəf zaldan çıxarılır. Beləliklə, bundan sonra onların missiyası bitir. Ardınca komissiya üzvləri müzakirəni davam etdirirlər. Açıq səsvermə keçirilir. Səslər və təkliflər protokollaşdırılır. Asif Mərzili ilə bağlı olayda 2 təklif səsləndi. Təkliflərdən biri baş redaktora son şans vermək, qəzetin etik normaları pozması ilə bağl qərar çıxarmaq idi. O biri təklif isə qəzetin bu günə qədər də edilən xəbərdarlıqlara əhəmiyyət verməyərək öz xəttində davam etdiyi üçün adının qara siyahıya salınması idi. Beləcə, birinci təklifin lehinə cəmi 1, əleyhinə isə 6 nəfər səs verdi. 2-ci təklifi isə 6 nəfər dəstəklədi.

– Qəzetə neçə dəfə xəbərdarlıq edildikdən sonra adı “reket” nəşrlərin siyahısına salınır?

– O baxır qəzetin törətdiyi əməllərə. Bu günə qədər “Təzadlar”dan 10-dan çox şikayət daxil olub. Hər xəbərdarlıqdan sonra şikayətlər gəlməkdə davam edib. Amma qəzetin Türkiyə səfiri, habelə həmkarları ilə bağlı yazdıqları səbr bardağı daşıran son damla idi. Əslində Mətbuat Şurası bu cür qərarlara cox həssaslıqla yanaşır. Çox yaşı olan, mütəmadi nəşr olunan qəzetlərlə bağlı sərt qərarları bir qədər məhdudlaşdırır.

– Asif Mərzili həmçinin qısa müddət bundan öncə KİV-ə Dövlət Dəstəyi Fondundan layihə qazandığını qabardaraq, bu olayla verilən qərarın ziddiyyət təşkil etdiyini deyir. Belə çıxır ki, fond reket nəşri maliyyələşdirib?

– Layihələrin maliyyələşdirilməsi tamamilə başqa bir qurumun səlahiyyətinə aid məsələdir. Həmin fondun qəbul etdiyi qaydalarda göstərilir ki, Mətbuat Şurasının “qara siyahı”sında olan KİV-lər müsabiqəyə qatıla bilməzlər. Amma qəzet o layihəni udanda adı bu siyahıda deyildi. Digər tərəfdən qəzet verdiyi layihəyə görə qalib olub, Asif Mərzili personasına görə yox. Və o layihənin qiymətləndirilməsi də anonim şəkildə aparılıb. Bu faktları bir-birinı qarışdırmaq olmaz.

– Daha bir sual doğuran məqam bir neçə ay öncə prezidentin xüsusi fərmanı ilə azadlığa çıxan bir redaktorun daha sonra “reket” elan edilməsidir. Bu iki fakt arasında bir paradoks varmı?

– Asif Mərzili həbs olunanda onun azadlığa çıxması üçün Mətbuat Şurası İlham Əliyevə müraciət etmişdi. Hətta rəsmi məlumatlarda da bilidirilmişdi ki, MŞ-nin müraciətindən sonra ölkə rəhbərliyi onu azadlığa buraxıb. Biz jurnalistlərin həbsinin tərəfdarı deyilik. MŞ-nin missiyası jurnalistlərdən olan şikayətlərin məhkəmə baxışına qədər həll olunmasıdır. Asif Mərzilinin azad olunması ilə bağlı verilən qərarda da göstərilib ki, jurnalistlərin peşə fəaliyyəti ilə bağlı yol verdiyi səhvlər həbs, məhkəmə yox, digər müxtəlif yollarla həll olunsun. Bu forma da peşə davranış qaydalarını pozarkən jurnlaisti qara siyahıya salmaqdan gedir. Asif  Mərzili isə düz yolda olduğu üçün yox, prezidentin mərhəməti sayəsində azadlığa çıxdı.

– Ümumiyyətlə, bu siyahıya düşənlərin ordan nə vaxtsa çıxması ehtimalı varmı?

– Bu, çox mürəkkəb prosesdir. Reket KİV-lərin müəyyənləşdirilməsi üzrə 2004-cü ildə qəbul edilən təlimatda bu məqam öz əksini tapıb. Bir sıra qəzetlər var ki, adları qara siyahıya düşdükdən sonra Mətbuat Şurasına müraciət edərək öz fəaliyyətlərini dondurduqlarını bildiriblər. Bir çoxları isə bu qınaqdan nəticə çıxararaq səhvlərini düzəldib ki, bu da keçirilən monitorinqlərdə öz əksini tapıb. Sonuncular adlarının qara siyahıdan çıxarılması üçün bizə müraciət də ediblər. Mətbuat Şurasının son iclasında katibliyə həvalə olunub ki, reket qəzetlərin müəyyənləşdiriləməsinə dair təlimatda dəyişiklik etsinlər. Yəni “düz yola gəlmiş” KİV-lərin o siyahıdan çıxarılmasının mümkünlüyü yolu araşdırılsın. Hazırda həmin təlimata dəyişiklik üzərində iş gedir. Müəyyən təkliflər var. Onlardan biri də onlara müəyyən vaxt verilməsi, həmin müddətdə fəaliyyətləri ilə bağlı monitorinq aparılmasıdır. Fəaliyyətlərində uğur varsa, yazılarında etik normalara əməl olunubsa, onlardan şikayət yoxdursa, adlarının siyahıdan çıxarılması məsələsi gündəmə gələ bilər. Amma o siyahıdan çıxarılma bir neçə hissədən ibarət mürəkkəb mərhələli bir proses olacaq.

Sevinc TELMANQIZI, 19.09.2009
http://musavat.com/news/musahibe/asif-merzili-komissiya-uzvlerinin-sebr-kasasini-dashirdi_60787.html
P.S. Bu dövlət belə hümanisdisə, qoy xalqın yolunda siyasi sifarişlı qətlə yetirilən jurnalitlər Elmar Hüseynov, Rafiq Tagı, Rasim Əliyev, həbsdə olan Xədicə İsmayılova, Rauf Mirqədirov, hüquq müdaiəcisi İntiqam Əliyevə və digər təqibdə olan jurnalistlər Natiq Ədilova də jümanistlərə  nə ücün hümanistlik göstərilmir !? Akif Çovdarovun cinayət  ortagı şübhəli keçmişli reket jurnalist Asif Mərzilini Prezdent İlham Əliyevin Fərmanı ilə tezliklı həbsxandan azad edirsə belə qənaitə gəlmək olarki  Mahir Abdullayevi ogurlayan mütəşəkkil cinayətkr çəbəkəyə himayədarlıq edən İlham Əliyevdir…, jurnalist pərdəsi altında gizlənən Asif Mərzili qəzetçiliyi  hamıya məlum hüquqi aksiomadır. Ona görədə Mahir Abdullayevin ogurlanması,  hamıya məlum səbəblərdən cinayət 13 ildirki acılmır…
Print Friendly, PDF & Email