Print Friendly, PDF & Email

 

 

 

 

Akif Çovdarovun cinayət işini araşdıran hakimin səlahiyyət müddəti bitib…
Bakı Hərbi Məhkəməsinin 5 hakimindən 3-nün səlahiyyət müddəti başa çatıb.
APA-nın xəbərinə görə, bunlar – məhkəmənin sədri Həbib Həsənov, hakimlər – Rafiq Quliyev və Müslüm Əliyevdir.
Bununla bağlı həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir.
Hakimlərin səlahiyyət müddətinin uzadılacağı istisna olunmur.
Qeyd edək ki, H. Həsənov hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işini araşdırır.