Print Friendly, PDF & Email

 

 

 

 

Almaniya federal kansleri Angela Merkel Azərbaycana səfər edəcək, bu haqda “Sputnik” agentliyi məlumat yayıb.

Məlumata görə, Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq.

Səfərin proqramı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.