Federal police officers of Germany’s Bundespolizei check flight passengers arriving from inner-European destinations at Frankfurt airport, Germany November 8, 2019. REUTERS/Ralph Orlowski

 

Alman polisi miqrant qaçaqmalçılığı ilə bağlı 8 azərbaycanlını saxlayıb

 

 

Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılar saxlanıldı:SİYAHI – Video
Almaniyada insan alverinə qarşı böyük əməliyyat: Azərbaycanlılar tutuldu YENI SIYAHI

Ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib.
Keçirilən əməliyyat ölkənin Köln, Frankfurt, Koblenç və Düsserdorf şəhərlərini əhatə edib.
Ev və obyektlərə edilən basqın zamanı bir neçə nəfər saxlanılıb.

Miqrant daşıyan dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparıblar. Bunun üçün miqrantlardan 3-10 min avroyadək pul alınıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılan azərbaycanlılardan biri “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, digəri isə “Müsavat” partiyasının üzvü Mehdi Xəlilbəylidir. Hər iki şəxs Almaniyada yaşayır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyib.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Tutulan şəxslərin siyahısı:
1) Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib

2) İlham Həsən – “Müsavat” Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;
3) Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, “Müsavat” Partiyasının üzvü, “Müsavat” AKM sədr müavini;
4) Abdin Cavadov – “Müsavat” AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu;
5) Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri;
6) Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü;
7) Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir.
Qeyd edək ki, polis Şimali Reyn Vestfaliya, Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox məkana basqın edib. Əməliyyatda 500-dən çox polis iştirak edib. Digər əməliyyatda isə 13 evə və iş yerinə basqın edilib.
Polisdən verilən məlumata görə, saxlanılan şəxslər 20-dən çox həmvətənini qanunsuz yollarla Almaniyaya gətirib.
Basqın edilən yerlərdə aparılan axtarışlar zamanı silah da aşkar edilib. Saxlanılanlar barəsində altı ay müddətinə həbs qərarı çıxarılıb.

 

 

Almaniyada azərbaycanlılara saxta mühacir statusu alan şəbəkə ifşa olundu
Almaniya Daxili İşlər Nazirliyi tərəfindən ölkədə miqrant alverində şübhəli bilinən şəxslərlə bağlı reyd keçirilib.

Almaniyanın, bir neçə vilayətində həyata keçirilən reyd zamanı evlərdən xüsusi viza çap edən avadanlıq, xarici vətəndaşlara aid pasportlar pul və silah aşkar edilərək götürülüb.
Basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub.

Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı orada çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

Saxlanılan 7 azərbaycanlının Elçin Əkbərov, İlham Həsən, Mehdi Xəlilbəyli , Abdin Cavadov, Əlövsət Əliyev, Rəşad Məmmədov və Elşən Abdullayev olduğunu yazıb.

Fakta bağlı Almaniya Daxili İşlər Nazirliyində araşdırmalar aparılır. Miqrant alveri ilə məşğul olan şəbəkənin digər üzvlərinin də adlarının açıqlanacağı bildirilir

Almaniya Azərbaycanlıları Alyansı baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, son zamanlar müxtəlif yollarla Almaniyaya gələn və ya müxtəlif işbazlar (mühacir alverçiləri) tərəfindən aldadılaraq gətirilən bəzi azərbaycanlılar Almaniyada oturum hüququ əldə etmək və deportasiyadan yayınmaq üçün həmin dələduzlar tərəfindən yüksək dozalı dərman preparatları qəbul etməyə, özlərinə kəsici alətlərlə xəsarət yetirməyə və ya digər bu kimi qeyri-insani addımlar atmağa sövq edilirlər. Bundan başqa, mühacir alverçiləri tərəfindən Almaniyaya qeyri-leqal yollarla gətirilən azərbaycanlıların oturum almaq üçün qeyri-peşəkar siyasi fəaliyyətə də cəlb edildikləri müşahidə edilməkdədir. SİTAT: Bu şəxslər aldadaraq gətirdikləri həmvətənlərimizi özlərinin Almaniyada təsis etdikləri siyasi təşkilatlara üzv etməklə, onları heç bir hüquqi statusu olmayan üzvlük vəsiqələri, saxta sənədlər və “dəstək” məktubları ilə təmin edir, vətəndaşlarımıza bu sənədlərlə Almaniyada oturum ala biləcəklərinə dair yalan informasiya verirlər. Eyni zamanda, həmin şəxslər həmvətənlərimizi özlərinin Azərbaycan dövlətinə qarşı təşkil etdikləri etiraz aksiyalarında iştirak etməyə səsləyir, həmin aksiyalarda çəkilən fotoşəkillərin guya oturum alınması prosesinə töhfə verdiyini bildirirlər.

Alyans azərbaycanıları dələduzlardan uzaq durmağa, onların qanunsuz “biznes”lərinin qurbanlarına çevrilməməyə səsləyib.

 

 

 

 

 

 

Print Friendly, PDF & Email