Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Foto:Azərbaycan Beynəlxalq Universitetinin (ABU)  məzunu  Elşən  Abdullayev

 

Almaniyada yaşamagıma baxmayaraq dünyanın ən zalım despotik diktator rejimi olan Azərbaycan hakimiyyəti buradada bizi mənəvi-fiziki terror edir …
Azərbaycan Beynəlxalq Universitetinin (ABU)  Gömrük işi fakültəsinin məzunu Abdullayev Elşən Adil oğlu  Avropaninsesi.com saytına müraciət etdi.
Mən, Abdullayev Elşən Adil oğlu   Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Gömrük işi fakültəsinin 2004-cü il tarixli məzunu olduguma görə  dövlət terroruna məruz qaldıgıma    ölkəni zorən tərk etmək məcburiyyətində qaldım, ABU-in məzunu olduguma görə məni işdən çıxardılar və hara gedirdimsə məni işə götürmürdülər. Məhz, b aglasıgmaz təzyiqlərin ucbatından Avropaya sıgınmışam.
Tanınmış hüquq professoru  ABU Rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevi ogurlanyan cinayətkar şəbəkəni ifşa etdiyinə görə dövlət terroruna məruz qaldı və bu səbəbdən ABU-in qanuni fəaliyyətini ələ keçirmk məqsədilə  bagladılar. ABU rektoru həyatının təhlükəsizliyini təmin etmək məqsədilə   yeganə çıxış yolu kimi Fransaya mühacirat etdi, hazırda Parisdə yaşayır …
Bu səbəbdən də ABU müəllimləri və məzunları dövlət terrona məruz qaldılar. Azərbaycanın Gizli Polisi (KQB) tərəfindən real olaraq müəllimlərin və tələbələrin hüquqlarının müdafiəçisi  ABU-in Hüquqlarının  Müdafiə Komitəsinin sədri professor Zülfü Babayev KQB-in generalı Akif Çovdarovun gizli həbsxanasında qətlə yetirildi. Halbuku, KQB tərəfindən yaradılan tələbələrin və müəllimlərin hüqqlarını kobud sürətdə pozan KQB-Polis generallarının cinayətlərinə media yardımı edən  xalq arasında reket jurnalist kimi tanınan  Təzadlar qəzetinin Baş redaktoru Asif Mərzilinin və xalq arasında dələduz-mafiya  vəkili kimi tanınan Ramiz Zeynalovun yaratdıgı  saxta ABU-in Hüquqlarının Müdafiə Komitəsi tələbələrin və müəllimləin hüquqlarını deyil, Gizli polislə əlbir olub saxta siyasi sifarişləri yerinə yetirirdi. Onlar tələbələri və müəllimləri məcbur edirdilər ki, ABU rektoru Elşad Abdullayevin əleyhinə saxta ifadələr versinlər. Bu saxta ifadələri veməyənləri saxta ittihamlarla həbs edib aglasıgmaz işgəncələr verirdilər.
Artıq,   Almaniyada mühacir həyatı yaşayıram. Lakin, burada yaşamagıma baxmayaraq dünyanın ən zalım despotik diktator rejimi olan Azərbaycan hakimiyyəti buradada bizi terror edir. Mən Almaniyada Facebook, media və sosial şəbəkələr üzərindən azad söz deyən kimi mənim Azərbaycanda yaşayan yaxın qohumlarımı Polisə çagırıb təhdit edirlər.
Azərbaycan indiki hökümətini tənqidlərimə, siyasi baxışlarıma görə təzyiqlərə uğramışam. Ailə üzvlərimdə mənim düşüncələrimə görə Bu gündə Azərbaycan höküməti tərəfindən aglasıgmaz təzyiqlər basqılar altındadır. Mənə qarşı bu təzyiqlər ən çox vüsəət aldığı vaxt 2017 ci il yanvar ayının 18 i Berlində keçirilən Siyasi Məhbuslara Azadlıq aksiyasınan sonra baş verib. Bildiyimiz kimi bu gün Azərbaycanda 150 dən çox günahsiz insan Azərbaycanın indiki diktator rejimi tərəfindən siyasi düşüncələrinə görə məhbus həyatı yaşayır. Berlində Azərbaycan səfirliyi qarşısında keçirilən bu aksiyada məhs bu gün Azərbaycanda günahsiz məhbus həyatı yaşayan bütün demokratik ölkələr tərəfində Siyasi məhbus kimi tanınan şəxslərin azad olunmasına çağırış etmişik. Bu represiyanın dayandırılmasını istəmişik. Bunan sonra mənə qarşı atılan atdımlar daha aqressiv oldu. Mənə qarşı şər böhtan olaraq Əliyev rejiminin maliyələşdirdiyi saytlarda belə utanmadan haqqımda mənə aid olmayan məqalələr yerləşdiriblər. Bu aksiyanı təşkilatçılarını və iştirakçılarını erməni lobbisi tərəfindən maliyələşdiyini yazıblar. Bu azmış kimi Ailə üzvərim Atam,anam 3 bacım və h/yoldaşları Azərbaycan Respublikası Baş Prokurorluğun ağır cinayətlər idarəsinə məcbur çağrılıb bir neçə saat saxlanılıb mənim ölkədən kənar olan fəaliyyətimin dayandırılması istəlinib. Əks halda ailə üzvlərimi həbs olunması ilə hədələniblər. Bu gün diktator rejimi mənə qarşı saxta iddihamlarla cinayət işi açılıb ölkəyə giriş çıxışıma qadağa qoyulub. Mənim mübarizəm davam edir. Sona qədər bu diktator Əliyev rejiminin yıxılması üçün əlimnən gələni edəcəyəm.
Azərbaycan diktatoru İlham  Əliyevin yaratdığı ailə-feodal idarəetməsi  dünyanın ən qəddar despotik diktatura rejmidir. Bütün diktatura rejimlərinin ən zəruri xüsusiyyətlərindən biri də öz xalqına qarşı terror politkası aparmaqdır. Və belə antixalq xüsusiyytləri hazırkı Azərbaycan hakimiyyətinə də məxsusdu,  ölkədən milyonlarla Azərbaycan vətəndaşı öz dogma vətənindən qaçıb Avropaya sıgınıb, bizim oxudugumuz – Azərbaycan Beynəlxalq Universitetini (ABU) heç bir əsas olmadan bagladılar, xalqı təhsilsiz qoydular, müstəqil fikirli adamları izsiz-tozsuz yox edirlər, ölkədə elementar media azadlıgı yoxdur və s.
ABU rektorunun qardaşı Mahir Abdullayevin ogurlanması cinayətində hamıya bəlli olan dövlətin gücünddən istifadə edən cinayətkar şəbəkədi, lakin Azərbaycan diktatorlugunun “şanlı” Hüquq Mühafizə Orqanlarının və Mediası ilə ğörünməz hala ğətirilmiş Ğörünməzlərdi…Səbəb əliyev rejiminin bilavasitə bu cinayətlərin iştirakçısı olmasıdır. Bu səbəbdən də Əıiyrv rejimi dünyanın ən qəddar despotik diktatorlugu hesab edilir.
Bu səbəbdən də Fransa Paris Məhkəməsi 27 noyabr 2017-ci il tarixli Məhkəmə hökmü ilə “Azərbaycanı dikatura hakimiyyəti, İlham Əliyevi isə dünyanın ən qəddar, zalım-despotik diktatoru olması haqqında”  hüquqi-siyasi qərar qəbul etmişdir. Bundan öncədə  Azərbaycan rejiminin despotik diktatura statusu AŞPA-da və ABŞ-in əsas müzakirə problemlərindən birlidir.
İmza: Azərbaycan Beynəlxalq Universitetinin (ABU)  Gömrük işi fakültəsinin məzunu Abdullayev Elşən Adil oğlu 
Almaniya, Berlin.  27.01.2018

Fotolar: