Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf ➤ Köhnə SSRİ ölkələrindən olan sığınacaq axtaran şəxslər haqqında statistika məlum olub. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, Avropa Birliyində keçmiş Sovet İttifaqı ölkələrinin vətəndaşlarına qaçqın statusu verilməsinin pik həddi 2016-cı ildə olub. Həmin il Azərbaycan, Ermənistan, Moldova və Tacikistandan olan müraciətlərin maksimum həddi qeydə alınıb. Özbəkistan vətəndaşlarından ən çox ərizə 2006-2008-ci illərdə, Rusiya vətəndaşlarından 2013-cü ildə, Ukrayna vətəndaşlarından isə 2015-ci ildə daxil olub.
SSRİ-dən azad olun müstəqil dövlətlərin vətəndaşlarının Almaniyaya sığınacaqla bağlı müraciətləri aşağıdakı kimidir:

2017-ci ildə Almaniyadan 3 459 nəfər ; Fransada 2102; Yunanıstanda-1107 -; Hollandiyada – 507; Avstriyada 454; İslandiyada-289 nəfər Gürcüstan vətəndaşı sığınacaq istəyib.

2017-ci ildə əsasən Almaniyada 3408 nəfər, Fransada 472 nəfər, İsveçdən – 293; Avstriyadan – 104 və Böyük Britaniyadan – 70 nəfər Azərbaycan vətəndaşı sığınacaq istəyib.

2017-ci ildə Almaniyada 3,850; Fransada 2357; Avstriyada 228; İtaliyada 125; İspaniyada 116 nəfər Ermənistan vətəndaşı sığınacaq üçün müraciət edib.

Rusiya, Ukrayna, Moldova və Belarus vətəndaşları da daha çox Almaniya və Fransaya qaçqın statusu almaq üçün müraciət ediblər.
İndi isə Almaniya ilə bağlı cədvəli nəzərinizə şatdırırıq:

İllər

2008

2010

2013

2015

2016

2017

Azərbaycan

2045

2060

2677

2757

5734

4781

Ermənistan

4565

5525

5234

5243

8504

7676

Belarus

960

910

943

956

836

1097

Gürcüstan

5018

6865

9090

7763

8318

11088

Qazaxıstan

555

805

935

627

683

847

Qırğızıstan

310

1045

659

602

681

606

Moldova

960

1110

294

1841

3655

1603

Rusiya

21015

18595

41472

22233

27603

16975

Tacikistan

90

205

296

1124

3208

1701

Türkmənistan

35

45

161

386

228

148

Ukrayna

925

848

1054

22041

12491

10165

Özbəkistan

1005

460

544

568

559

556

 

 

 

 

Print Friendly, PDF & Email