Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Almaniyadan deportasiya ediləcək şəxslərin sayı artmaqdadır. RP-online Alman saytında yazdığı kimi,
Almaniyanın Düsseldorf hava limanından Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiyası başlayıb.

Məlumatda bildirilir ki sığınacaq istəkləri üçün  Azərbaycan  vətəndaşlarına Almanya Miqrasiya İdarəsi (BAMF)rədd  qərarı cıxarıb və deportasiya olunanların əksəriyyəti BAMF-dan rədd cavabı alanlardır.Deportasiya 25 min Azərbaycandan olan miqranta təsir edəcək

Azərbaycanın Dövlət Miqrasiya Xidməti Avropa ölkələrindən 50  azərbaycanlı vətəndaşının deportasiyasına dair rəsmi mövqeyini açıqlayıb

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri  müəyyənləşdirilmiş 50 şəxs çarter reysi ilə 18 iyul 2018-ci il tarixdə ölkəmizə göndərilib.

DMX tərəfindən readmissiya edilən şəxslərin qarşılanması məqsədilə Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları Qapalı Səhimdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə  18 iyul 2018-ci il tarixdə Heydər Əliyev Bey¬nəlxalq Aeroportunda müvafiq tədbirlər həyata keçirilib.

Bayramzadə Sinan Ədalət oğlu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

İyulun 18-də Almaniyadan deportasiya olunmuş 50-dən çox Azərbaycan vətəndaşı elə Bakı hava limanında həbs ediliblər.

 

İnformasiya şöbəsi

europanews-ch.over-blog.com