Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

Rusiyanın Yaroslav şəhərində avqustun 6-da Azərbaycan vətəndaşı Fərid Yusub Rəhim oğlu saxlanılıb.

O, inzibati xətalar törətmiş şəxslərin saxlanıldığı mərkəzə yerləşdirilib, bu barədə Rusiyanın “Yaroslavskie novosti” nəşri məlumat yayıb.

“Turan” agentliyinin məlumatına əsasən, Fərid Yusub özü bildirib ki, heç bir pozuntu törətməyib, Rusiya vətəndaşı ilə evlidir, övladı da Rusiya vətəndaşıdır.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının İdarəsi ona müvafiq status verib, amma 2014-cü ildən etibarən Rusiya hakimiyyəti onu vətənə göndərmək cəhdləri ediblər. Azərbaycanda bu şəxs axtarışdadır.

Azərbaycan vətəndaşı başına gələnləri on ildən çoxdur Azərbaycan polisinin general-mayoru Emin Şəkinski ilə ailəli olan doğma bacısı Gülnarə Şəkinskayanın problemləri ilə əlaqələndirir. Bu gün Emin Şəkinski nəqliyyatda polis baş idarəsinin rəisidir.

Əri ilə boşandıqdan sonra Gülnarə onun 4 qızını əlindən alacağından və onları tərbiyə etməyi qadağan edəcəyindən ehtiyatlanaraq, Azərbaycanı tərk edib.

O, tələsik uşaqları ilə birlikdə şəhərdən gedib və polisdən gizlənərək, gizlincə Gürcüstan sərhədini keçib, hazırda orada yaşayır və beynəlxalq qaçqın statusuna malikdir. Bu, 2014-cü ildə baş verib.

Elə həmin vaxt Fərid Yusuba qarşı cinayət işi başlayıb, o, Şəkinskilərin mənzilində seyfdən pul oğurlamaqda ittiham olunub.

Həbsdən bir neçə gün sonra Yaroslavl məhkəməsi Fərid Yusubun ekstradisiyası haqqında sorğunu təmin edib. Məhkəmədə vəkil bildirib ki, vətənə göndərildikdən sonra o, işgəncə və iztiraba məruz qala bilər.

Avqustun 15-də beynəlxalq Amnesty İnternational təşkilatı Fərid Yusubun Azərbaycana ekstradisiyasını pisləyib, işgəncə, amansız rəftar və ədalətsiz məhkəmə təhqiqatı ehtimalı olduğunu qeyd edib.

“Azərbaycan hakimiyyəti onun işgəncələrə və ya başqa amansız davranışa məruz qalmamasını təmin etməlidir və qanun pozuntusu törətməsinin kifayət qədər dəlili yoxdursa, onu azad etməkdir. O, həmçinin vəkillə təmin edilməlidir”.

Fərid Yusubun sözlərinə görə, 2008-ci ildə o, əri tərəfindən işgəncələrə məruz qalan bacısının Azərbaycanı tərk etməsinə kömək etdiyinə görə polisdə amansızcasına döyülüb.

Uzun illər ərzində Amnesty İnternational Azərbaycanda insan hüquqlarının ciddi şəkildə pozulduğunu bildirib.

“Fikri ifadə etmə azadlığı, birləşmə azadlığı və dinc toplaşma azadlığı hüquqları ciddi şəkildə məhdudlaşdırılıb və bir çox jurnalistlər, hüquq müdafiəçiləri və digər fəallar təqiblərə məruz qalıb. Hazırda ölkədə 100-dən çox siyasi məhbus var”, deyə bəyanatda bildirilir.