Amnesty International hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun yenidən həb olunması ilə bağlı etirazını bildirib və onun dərhal azadlığa buraxılmasını tələb edib.

Təşkilat öz tərəfdarlarını prezident İlham Əliyevə və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova müraciəti imzalamağa çağırıb.

Müraciətdə məhbuslara qarşı işgəncələrə və onlarla pis rəftara son qoyulmasına çağırılır. Belə ki, aprelin 2-də Apellyasiya Məhkəməsində Bayram Məmmədov bildirib ki, işgəncələrə məruz qalıb.

Onun ailə üzvləri bildiriblər ki, Bayramın üzündə qançır izləri olub. Hakimiyyət onun yanına vəkil buraxmayıb.

Xatırladaq ki, B.Məmmədov prezidentin 16 mart tarixli əfv fərmanı ilə azadlığa buraxılıb. Hakimiyyətin ünvanına tənqidi fikirlərdən sonra iki həftə keçmiş yenidən 30 sutka həbs olunub.

 

 

 

 

 

 

Print Friendly, PDF & Email