Print Friendly, PDF & Email

 

 

 

 

 

ANS TV-in  jurnalisti Tünzalə Rafiqqızına Almaniyada oturum izni verildi
Tünzalə Rafiqqızı: “22 illik üstündən xəttə çəkdiyim fəaliyyətimi Almaniya hökuməti dəyərləndirdi”
Bir müddət əvvəl Almaniyaya mühacirət edən ANS-in  keçmiş əməkdaşı, tanınmış jurnalist Tünzalə Rafiqqızının sığınacaq istəyi qəbul edilib. Bu barədə AzEuroNews.coma məlumat verən T.Rafiqqızı bildirib ki, sığınacaq üçün müraciət etməsindən bir aydan da az bir müddət keçəndən sonra ona Almaniyada oturum izni verilib: “2 aya yaxındır ki, Almaniyadayam. Bir aydan da az bir müddət olar ki, mən ölkənin miqrasiya və qaçqınlar idarəsində müsahibə vermişəm. Bu gün Almaniyada oturum izni almağımla bağlı qərarı əldə etdim. Təbii ki, çox sevindim. Həm özümün həm də, qızım Zəhranın sağlıq durumu heç də yaxşı deyildi. Xüsusilə, qızımın Azərbaycanda müalicə olunması mümkünsüz idi. Bunun üçün çox böyük məbləğdə pul tələb olunurdu. Eyni zamanda 22 illik peşə fəaliyyətimlə bağlı məruz qaldığım təzyiq və təqiblər məni belə bir qərar verməyə-Almaniyaya mühacirət etməyə vadar etmişdi. Çox sağ olsun ki, Almaniya hökuməti mənim Azərbaycanda üstündən xətt çəkdiyim 22 ili bu cür mükafat  verməklə dəyərləndirdi”.
Qeyd edək ki, BDU-nun Jurnalistika fakultəsini bitirən Tünzalə Rafiqqızı jurnalistik fəaliyyətinə 1995-ci ildən başlayıb və müxtəlif dövlət orqanlarında çalışıb. 2012-ci ildə isə ANS-də iqtisadiyyat xəbərlərinə aparıcılıq edib.