Print Friendly, PDF & Email

 

 

 

 

 

Bu ilin 2-ci rübündə “Apple”nin gəlirləri 17,3 faiz artaraq 53,26 milyard dollara çatıb

ABŞ-ın texnologiya nəhəngi “Apple” korporasiyası bu ilin 2-ci rübündə ötən ilin eyni dövrünə nisbətən xalis mənfəət və gəlirinin artdığını açıqlayıb.“Bloomberght“ə istinadla xəbər verir ki, bu ilin 2-ci rübündə “Apple”nin gəlirləri 17,3 faiz artaraq 53,26 milyard dollara çatıb. Xalis gəliri isə 32,1 faiz artaraq 11,52 milyard dollar olub. Bu açıqlamalardan sonra şirkətin səhmləri bahalaşıb. “Apple”nin səhmləri 3,9 faiz artımla 197,67 dollara qədər qalxıb. Səhmləri 198,95 dollar səviyyəsinə çatarsa, “Apple” tarixdə bazar dəyəri 1 trilyon dollara yüksələn ilk şirkət olacaq.

956 milyard dollar bazar dəyərinə malik olan “Apple” dünyanın ən qiymətli şirkətidir.