Video:      https://youtu.be/ehVlRS5G-54

 

Araşdırmaçı Jurnalist Əfqan Muxtarlı: Mahir Abdullayev necə ogurlanıb !? Ogurlugun marşrutu mügənni Mətanət İsgəndərlinin evindən başlayıb  DİN-in Banditizm idarəsində bitib – Video – MTN Işi

 Fotolar:

Снимок экрана 2017-05-31 в 2.41.08

 

 

4.SXEM-M Снимок экрана 2017-06-09 в 3.00.38

 

 

Снимок экрана 2017-06-09 в 3.00.09

 

Araşdırmaçı Jurnalist Əfqan Muxtarlı Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsində Video-Hesabatında dəqiq sxematik  olaraq mobil telefonlarının listinqi əsasında bildirir: “Mahir Abdullayev ogurlanamsı cinayəti məkan etibarı ilə mügənni Mətanət İsgəndərlinin mənzilindən ogurlanıb  Azdramanın qabagında maşın sxaladılıb Mətanət İsgəndərli maşından düşüb və onun ailə üzvüləri ilə birlikdə Azərbaycan Respublukası Daxili İşlər Nazirliyinin  Banditizm İdarəsində (Mütəşəkkil Cinayətkarlıga Qarşı Mübarizə İdarəsi) zorən gətirilib saxlanıbdır” . Əfqan Muxtarlının dogma vətənindən Gürcüstana mühacirət etməsinin başlıca səbəblərindən biri də Mahir Abdullayevin ogurlanması ciniyaətini məntiq ardıcıllqla sübut etmişdir…

2.3.MTN  ZABİTİNİN  OĞURLANMASI  SƏNƏDLƏRİN  VƏ  FAKTLARIN  DİLİ  İLƏ…..

Mahir İslam oğlu Abdullayev 13 oktyabr 2003-cü il tarixdə səhər saat 10:18-dən 16:20-dək müğənni Mətanət İsgəndərlinin Səbael rayonu, Nizami küçəsi ev 4, mənzil 8 ünvanında yerləşən evində saxlanılıb. Mahirin müğənninin evinə onun həmyerlisi və prodüsseri Əlləddin  adlı şəxsin dəvəti ilə gəlib. İbtidai istintaq da ilkin vaxtlar bu faktın üzərində dayanmış və araşdırmalarını bu istiqamətdə aparmışdır. İstintaq zamanı, həm də o məlum olmuşdur ki, İbrahimov  Sənan İzzət oğlu, Əsədov Ələddin Qurban oğlu, Kərimov Asif Nəriman oğlu, Şəkili Eldar, Mətanət İsgəndərlinin qızı, müğənninin sürücüsü dayısı oglu Teymur adlı şəxs 6 saat göstərilən mənzildə saxlanılan Mahir Abdullayevin başına gətirilənlərdən xəbərdardır. Hətta bəzi məlumatlara görə Mahir 6 saat bu mənzildə zorla saxlandığı zaman odlu silahla yaralanmışdır. Lakin, məlum olmayan səbəbdən sonradan istintaq bu istiqamətdə deyil, cinayətin ört-basdır edilməsinə gətirib çıxaran digər istiqamətlərdə aparılmışdır. Məhz istintaqın yanlış istiqamətdə aparılmasının, sanki bilərəkdən cinayətin üstünün açılmamasına yönəldilməsi ötən 10 ildə heç bir nəticənin əldə edilməməsinə səbəb olmuş, əvəzində nəticəsiz istintaq işi süni şəkildə qalınlaşdırılır və müstəntiqlər bir-birinin ardınca dəyişdirilmişdir.

2.5.HƏQİQƏTİ  ÜZƏ  ÇIXARACAQ  TELEFON  DANIŞIQLAR,MAHİR  ABDULLAYEVİN  OĞURLANMASINDA  ƏSAS  İSİM  YENƏ DƏ MÜGƏNNİ  MƏTANƏT  İSGƏNDƏRLİDİR

Əslində istintaqın diqqət yetirməli olduğu xeyli vacib məqamlar var idi. Bunlardan biri də Mahir Abdullayevin  oğurlandığı gün onun mobil və ev telefonuna gələn telefon zəngləridir. Çünki, həmin günlər Mahir Abdullayevin istifadəsində olan 050 223 59 65 mobil telefonuna və 497 36 86 nömrəli ev telefonuna gələn zənglər bir çox mətləblərdən xəbər verir.

Mətanət İsgəndərli və onun ətrafında olan şəxslərə aid 050 201 77 12 mobil, 497 15 95 ev nömrələrindən, həmçinin müğəninin prodüsseri Ələddinin istifadəsində olan 050 213 26 26, sürücüsü və yaxın qohumu dayısı oglu Teymurun istifadəsində olan 050 321 76 16, oğlu Kərəmin istifadəsində olan 050 200 03 34, qonşusu İntiqama aid 050 363 03 56 nömrələrindən Mahirə gələn zənglər “Qafqaz-2” antenasından istifadə edən mobil telefonların siyahısında aşkarlanmışdır.

Bu məlumat da ortaya qəribə mənzərə çıxarır. Belə ki, müğənni Mətanət İsgəndərli 2003-cü ilin oktyabrın 5-də 10 dəfə, 6-da 12 dəfə, 7-də 18 dəfə, 8-də 9 dəfə, 9-da 20 dəfə, 10-da 17 dəfə, 11-də 18 dəfə, 12-də 21 dəfə, 12-də 21 dəfə Mahir Abdullayevə telefon zəngi etmişdir. Bir həftə ərzində üst-üstə 100-dən çox telefon zənginə rəğmən hadisə baş verən gün müğənni bir dəfə də olsun Mahirə zəng etməmişdir.
Hadisədən əvvəlki dövrə aid telefon zənglərinin təhlili onu göstərir ki, Mətanət İsgəndərli və onun yaxın ətrafından Mahirə gələn zənglər günbə-gün durmadan artmış, hətta gecə saat 3, 4 və 5 radələrində də danışıqlar aparılmışdır. Oktyabrın 13-dən 14-nə keçən gecə isə müğənni demək olar ki, 24 saat ərzində yatmayıb. Gecə saat 03:14-dən saat 16:31-dək müğənni 8 dəfə Mahirə zəng edib ki, bunlardan ikisində (03:14 və 03:15) öz mobil telefonundan Abdullayevin ev telefonuna zəng edərək musiqi səsi verib. Hadisə günü müğəninin Mahiri axtarmaması, ertəsi gün isə bu qədər narahat olmasının tək bir səbəbi ola bilər: M.İsgəndərli və ətrafı MTN zabitinin “razborka”ya çəkilməsindən xəbərdar olub, lakin sabahısı gün “razborka”nın bitdiyini düşünüb. Tək bu amil müğənni və ətrafının əməliyyat şübhəsi altına alınmasına və onlar ətrafında araşdırmaların aparılmasına bəs edərdi. Amma istintaq bunu da etməyib. Prokurorluq və Məhkəmə orqanları, habelə cinayətkar şəbəkə ilə iş birliyində olan KİV-ləridə bilə-bilə qəsdlə Mahir Abdullayevin ogurlabması cinayətinin baş verdiyi məkanı ört – basdır etmişlərdi.



2.6. Mahir ABDULLAYEVİN  SON GETDİYİ  ÜNVAN : BAKI ŞƏHƏRİ, NİZAMİ  KÜÇƏSİ  EV  4,  MƏNZİL  8 – Mahr Adullayevin ogurlandıgı məkan mügənni Mətanət İsgəndərlinin evidir.

Mügənni Mətanət İsgəndərlinin bu məsələ ilə bu və ya digər şəkildə bağlı olduğunu göstərən daha bir olay: Hadisə günü səhər Mahir ona gələn zəngə “Ələddin (Mətanətin pryadüsseri) gəlirəm”-deyə cavab vermiş, idman geyimini dəyişərək, qara şalvar, ağ köynək və qırmızı qalstukla evdən çıxmışdır. Həmçinin, Mətanət İsgəndərli və onun prodüsseri Ələddinlə bir Şəki rayonundan olan Eldar Şəkili  adlı bir şəxs 055 300 33 00 nömrəli mobil telefonundan 10:01-də Mahirə zəng etmişdir. “Qafqaz-2” antenasının təsir dairəsində olan bu nömrənin listinqi göstərir ki, 13 oktyabrda Şəkili Eldar Mahirin evinin, daha sonra isə oğurlandığı ərazinin yaxınlığında olub.  “Qafqaz-2” antenası vasitəsi ilə əldə olunan məlumatlar başqa bir faktı da ortaya qoyur: Mahir Abdullayev  10:16 radələrində Botanika bağı həndəvərində, 10:17-də isə N.Nərimanov heykəlinin yanında olmuş, daha sonra Səbael rayonu Nizami küçəsi ev 4, mənzil 8 ünvanına, yəni mügənni Mətanət İsgəndərlinin evinə getmişdir. Burda – cinayətin baş verdiyi məkanda çox güman ki, MTN zabiti Mahir Abdullayevin telefonu əlindən zorən alınmışdır. Əgər,  istintaqın  üstünlük  verdiyi  telefon   zənglərinin   listinqinə  inansaq. Çünki saat 10:20 radələrindən sonra xeyli zənglər gəlməsinə baxmayaraq Mahir bu zənglərin heç birinə cavab verməmişdir. O,  təxminən 6 saat miiddətində müğənninin evində zorən saxlanılmış, bu müddət ərzində nə Mətanət İsgəndərli, nə də onun ətrafında olan şəxslər mobil telefondan istifadə etməmişlər. Yalnız, bircə dəfə müğəninin prodüsseri Ələddin 54 saniyə telefonla danışmışdır. Bu məlumat, bir qədər də konkret ifadə etsək telefon aktivisti olan bir müğəninin özünün və ətrafının 6 saat (!) mobil ünsiyyətdən kənarda qalması böyük müəmmadır və istintaq bu müəmmanın da üstündən sükutla keçib, bilə-bilə qəsdlə adam ogurlugu cinayətini ört-basdır edibdi.

Elşad Abdullayev

Fransa, Paris, 09 iyun 2017

Daha ətraflı izlə Avropaninsesi.com:  
Araşdırmaçı Jrnalist Əfqan Muxtarlı; Leyla Mustafayeva ;
Ogru və fırıldaqçı Reket jurnalist Asif Mərzili; Asif Millət oglu Məmmədov; Ogru və fırıldaqçı jurnalist Zümrüd Məmmədova;  “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev;  Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Əli Həsənovun arvadı Sonanın uşaqları – reket jurnalistləri; Mətbuat  Şurası: Reket jurnalistlərin qara siyahısı; 
Arzu Kazımov; Hüseyn Səfərov;  DİN-in Naziri Ramil Usubov Zahid Dünyamalıyev;  Rasim İldrımzadə; Hilal Əsədov; Nərimanov Rayon Məhkəməsinin sədri Agababa Babayev;DİN-in Vll İdarəsinin polkovniki Rövşən Abbasquliyev; mügənni Mətanət İsgəndərli;  Hacı Məmmədov – Polis İşi; Akif Çovdraov –MTN İşi; Gülərqeyt Işi;
Azərbaycan Beynəlxalq Universiteti ; ABU MA; Rəşad Qurbanov;
Mahir Abdullayev; Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasnın Hesabatı; Siyasi Məhbuslar haqqında Hesabat; Siyasi girovlar;  Mahir Abdullayevin Hüquqularının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasnın Hesabatı; Avropa Azərbaycanlıları Milli Birlik Şurasınn Mahir Abdullayevin Hüquqlarının Medaifiə Komitəsənin Beynəlxalq Təhqiqat Komissiyasnın Hesabatı ; Mehman Əliyev; Namizəd seferov; Şirin Cfəri; Elçin Məmmədli; Adil İsmayılov; Azad Mürsəliyev; Oktay Gülalıyev; Vidadi İsgəndərli …
 
 info@avropaninsesi.com

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email