Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bu gün saxlandığı Şəki İstintaq Təcridxanasından müvəqqəti olaraq buraxılıb. 
Bu haqda Müsavat başqanının müavini Elman Fəttah məlumat verib.
 
Əfqan Muxtarlı artıq Zaqataladadır. Ona əzizlərinin 40 mərasimində iştirak etmək üçün 2 gün möhlət verilib. Jurnalist Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının nəzarəti altındadır.  
“Basta”nın əldə etdiyi məlumata görə,  Əfqan Muxtarlının yas mərasimində iştirak etmək üşün sərbəst buraxılmasına diplomatik korpusun nümayəndələri ilə hakimiyyət arasında aparılan danışıqların sayəsində razılıq verilib.
Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ona qarşı irəli sürülən ittihamların uydurma olduğunu bildirib. 2017-ci il dekabrın 31-də onun bacısı Nuranə Muxtarlı iki uşaqla birgə faciəvi şəkildə həlak olub.