“Vəkil Nemət Kərimlinin Vəkillər Kollegiyasından 1 illik uzaqlaşdırılması hakimiyyətin sifarişidir və bu addım məni müdafiəsiz qoymaq məqsədilə atılıb”.
“Basta”ya daxil olan məlumata görə, bu bəyanatla həbsdə olan jurnalist, vicdan məhbusu Əfqan Muxtarlı aprelin 24-də Şəki Apelyasiya Məhkəməsində onun şikayəti üzrə keçirilən məhkəmə prosesində çıxış edib.
O, qeyd edib ki, hakimiyyət müstəqil vəkilləri kollegiyadan uzaqlaşdırmaqla,  Vəkillər Kollegiyasının tam nəzarətinə götürmək və siyasi məhbusları müdafiəsiz qoymaq istəyir.
Əfqan Muxtarlı yerli təşkilatları və beynəlxalq qurumları Nemət Kərimlini və Asabəli Mustafayevin hüquqlarını fəal şəkildə müdafiə etməyə çağırıb.

Ulduz, Paris, 28.03.2018

info@avropaninsesi.com

 

 

 

Print Friendly, PDF & Email