Asif Mərzilinin prezidentinin köməkçisi Əli Həsənova etdiyi  “zəhmətkeş şikayəti”nə görə “Gündəlik Bakı” qəzetinin Baş redaktoru Habil Vəliyev saxta ittihamlarla həbs edilib – Habil Vəliyev
P.S. “Təzadlar” qəzetinin baş reddaktoru reket jurnalist Asif Mərzilinin Azərbaycan prezidentinin köməkçisi Əli Həsənova etdiyi fabrikovat olunmuş “zəhmətkeş şikayəti”nə görə “Gündəlik Bakı” qəzetinin Baş redaktoru Habil Vəliyev saxta ittihamlarla həbs edilib. Bu siyasi sifarişli həbs 7 dekabr 2016-ci il tarixində, saat 20:00 radələrində «Gündəlik Bakı» qəzetinin «Azərbaycan» nəşriyyatında yerləşən redaksiyasında həyata keçirilib.
Xatırlatmaq istəyirəm ki,  “ Gündəlik Bakı” qəzetinin Baş redaktoru Habil Vəliyev Asif Mərzilini 56 məqalə ilə Mahir Abdullayevin ogurlanması cinayətində iştirakçılıgını ifşa etmişdir ! Lakin, Habil Əliyev həbs olynan kimi  öncə Mahir Abdullayevin ogurlanması cinayətləri haqqında bütün məqalələr “ Gündəlik Bakı” qəzetinin saytından silindi və onların yerinə bilavasitə məni təhdit edən 86 yaşlı Gülçöhrə nənənin Eyfel qülləsinin nagıllarını və mənim fotomu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun arvadı Sonanın uşaqlarının jurnalist əxlaına və etikasına uygun yerləşdirmişdi. Bu fotonun məzmunu və forması Əli Həsənovun Sonanın uçaqlarının əxlaqdan xali reket jurnalistikasıdır. Azərbaycan xalqı bilsə ki, onları belə əxlaq sahibləri idarə edirsə, bir gündə onlra dözməzlər. Avropada belə əxlaq sahiblərinə heç JEK-də etibar etməzlər. Reket jurnalistikada hansı daşı qaldırsan altından arvadı Sonanın uşaqları çıxır.Bu əxlaq sahiblərinin Azərbaycan xalqına düşmən kəsiliblər və artıq ifşa olynduqları üçün bilmirlər nə edirlər !? Günahsız jurnalist Əfqan Muxtarlını, Habil Vəliyevi, Şirin Çəfərini həbs atırlar, yaxudda qətlinə sifarş verirlər.
Təzadlar qəzeti kimi reket qəzetlər Əli Həsənov əxlaqənən məhsuludur, bu adam Azərbaycan xalqını reket jurnalistlərlə mənəvi teror edir . Bunlar sonrada qalustuk taxıb KİV-də Azərbaycan xalqına əxlaq və etikadan dərs keçirlər, özlərində olmayan dəyərləri xalqdan tələb edirlər. Bu həmin Əli Həsənovdur ki, mən paqonlu terrorçulardan həyati təhlükəsizliyimi qorumaq üçün Fransaya mühacirət etdim. Səhərisi günü prezidentin köməkçisi Əli Həsənov KİV-də bəyanta verirdi ki, kim ölkədən gedirsə, getsin, bizi narahat etmir, bizə ölkədə qalanlara bəsdir… Lakin, Əli Həsənov və Ramiz Mehdiyev məndən öncə Parisə gəlib Fransa Prezidenti Sarkozi ilə danışaqlar aparırdılar ki, Elşad Abdullayevi bizə qaytarın, bu məsələyə nöqtə qoyaq ! Bütün şərtlərinizə də razıyıq…, həmin ərəfələrdə Parisdə Petrosyan maqazasında Bakı ikrasının qiyməti 3500 eurodan 2500 euriya qədər düşdü, lakin, Fransa höküməti kürü diplomatitasına boyun əymədi !
“ Gündəlik Bakı” qəzetinin Baş redaktoru Habil Vəliyevin həbsinin başlıca səbəbi bu idi…
Digər tərəfdən, biz 14-cü ildirki reket jurnalist Asif Mərzlidən şikayət edirik, baxan yoxdur. Lakin, prezidentin köməkçisi Əli Həsənovun sifariilə “ Gündəlik Bakı” qəzetinin Baş redaktoru Habil Vəliyev Asif Mərzilinin saxta ittihamları ilə 2-3 günə  həbs edilibdir. Halbuku, Asif Mərzili kimi potensial cinayətkarlardan 14 ildir ki Mahir Abullayevin ogurlanması cinayətindundə Asif Mərzlinin iştirakçılıgından şikayətlər etmişik, lakin, Azərbaycan hakimmiyyəti cinayəti qulaq ardına vurur, Asif Mərzili kimi potensial cinayətkarn arxasında gizlənib Azərbacan vətəndaşlarının pozulmuş hüquqlarını bərpa edilmir.
Nə üçün  Mahir Abdullayevin ogurlanması cinayətində mütəşəkkil cinayətkar təşkilata leqal ıedia yardımı edən Asif Mərzili haqq    MTN işi məhkəməsində  cinayət məsulyyətinə  cəlb olunmayıb !?

 

“Asif Mərzilinin ölkə başçısının köməkçisi Əli Həsənova müraciət”indən – fabrikovat olunmuş  “zəhmətkeş şikayəti”ndən sonra “ Gündəlik Bakı” qəzetinin Baş redaktoru Habil Vəliyev Asif Mərzulinin  “zəhmətkeş zikayətinə“ Gündəlik Bakı” qəzetində belə cavab yazıb:

 «Asif Mərzilinin ölkə başçısının köməkçisi Əli Həsənova müraciəti gözlədiyi effekti verə bilməz». (VİDEO Tarix)

Daha Ətraflı:

http://gundelik-baku.com/index.php?newsid=42178

İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

Habil Vəliyev: «Şantajçı baş redaktor və ətrafındakılar, eyni zamanda onu müdafiə edənlər isə radikal müxalifətçi, daim dövlətin, dövlətçiliyin əleyhinə gedən adamlardır» Bildiyiniz kimi, ölkə başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu günlərdə parlamentdə keçirilən «18 iyun – Azərbaycan Respublikasında İnsan hüquqları günü» ilə əlaqədar dinləmələrdə çıxış edərkən medianı məsuliyyətli olmağa dəvət edib və onunla nazirlərdən biri arasında olan dialoq haqqında danışıb və «Bu yaxınlarda nazirlərdən biri mənə zəng edərək qəzetlərdən birində onun təhqir olunduğunu bildirdi. Həqiqətən də həmin yazı başdan ayağa böhtan idi. Mən də ona təklif etdim ki, məhkəməyə müraciət etsin. O da dedi ki, «İşimi gücümü atıb məhkəməyə müraciət etməyəcəm ki. Sonra maraqlanıb öyrəndik ki, həmin jurnalist haqqında ən azı 15 məhkəmə işi var». Azərbaycanda məmurun məsuliyyəti olduğu kimi jurnalistlərin də məsuliyyəti var və bu məsələlərdə hər kəs öz məsuliyyəti çərçivəsində hərəkət etməlidir», deyə qeyd edib.

Məsələnin maraqlı tərəfi ondadır ki, Əli Həsənovun çıxışında konkret ad çəkilməməsinə baxmayaraq, bəzi «jurnalistlər» öz uydurma versiyalarını irəli sürüblər. Onlardan biri də reket qəzet olan «Təzadlar»ın şantajçı baş redaktoru Asif Mərzilidir. Belə ki, bu şəxs ölkə başçısının köməkçisinə sorğu ilə müraciət edərək Əli Həsənovdan hansı nazirdən və hansı qəzetdən söhbətin getdiyinə aydınlıq gətirməsinə istəyib.

Sözügedən məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz «Gündəlik Bakı» qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev bildirdi ki, reket qəzet olan «Təzadlar»ın şantajçı baş redaktoru Asif Mərzili zaman-zaman çox adamları təhdid və şantaj edib: «Bu şantajçı baş redaktorun rəhbərlik etdiyi qəzeti səhifələsəniz görərsiniz ki, 1993-cü ildən bəri o, daim vaxtilə qanuni hökumətə qarşı qiyam qaldırmış Rövşən Cavadovu və digərlərini müdafiə edib, ayrı-ayrı şəxslər, əsasən də dövlət və dölətçilik uğrunda çalışanlar haqqında uydurma, şantaj xarakterli yazılar dərc edib. Məhz bu yolla şantajçı baş redaktor Asif Mərzilinin hansı işlərə, hansı məsələlərə müdaxilə etdiyinin şahidi olmaq mümkündür. Biz tezliklə həmin qəzet yazılarından istifadə edəcəyik. Onda hamı reket qəzet olan «Təzadlar»ın şantajçı baş redaktoru Asif Mərzilinin əsl simasını görəcək. O ki qaldı, şantajçı baş redaktor Asif Mərzilinin hansısa dövlət məmuruna, daha dəqiq desəm, ölkə başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova müraciət etməsinə, düşünürəm ki, bununla bağlı ətraflı nəsə demək, geniş fikir bildirməyə lüzum yoxdur. Çünki çox hörmətli Əli müəllim bilir kimin haqqında nə demək lazımdır. Onun fikrinə müdaxilə etmək, hansısa bir formada şərh vermək, sorğu göndərib hansısa fikir öyrənmək, o deməkdir ki, gör bu adamlar hara qədər əl uzatmaq istəyir. Asif Mərzili, axı sən kimsən ki, ölkə başçısının köməkçisinin, bu boyda vəzifə sahibinin dediyi fikrə şərh vermək istəyirsən?» Reket qəzet olan «Təzadlar»ın şantajçı baş redaktoru Asif Mərzilinin bu yolla nəyəsə nail olmağa çalışdığını vurğulayan Habil Vəliyevin sözlərinə görə, o məqsədinə çatan deyil: «Bəzi adamlar var ki, onlar xasiyət, xarakter etibarı ilə tısbağaya bənzəyirlər. Belə ki, onları üzü üstə çevirsəniz də, dalı üstə qoysanız da eyni şeydir. Dalı üstə qalandan nə gözləmək olar. Bir müddət əvvəl onun evini yandırdılar, dedi ki, mən filankəsdən şübhələnirəm, filankəs edə bilər. Ay zavallı, gör sən özünü hansı kökə salıbsan ki, artıq bu həyatda rahat gəzə bilmirsən. Ay binəva, sən bu cür şantajçı, reket fəaliyyətinlə özünü də, ətrafındakıları da pis vəziyyətdə qoyursan. Bir bax gör nədən, kimdən və niyə yazırsan. Nə əldə etmək istəyirsən? Elə zənn edirsən ki, bu cür cəfəng, həqiqətə uyğun olmayan yazılarla, qərəzli mövqeyinlə «Gündəlik Bakı» qəzetini və onun baş redaktorunu yolundan döndərə biləcəksən? Əgər elə düşünürsənsə, deməli tamamilə yanılırsan. Görünən odur ki, bu şantajçı baş redaktor bizi gözdən salmaq məqsədilə müəyyən işlər görür. Lakin bu, onun nə çəkisi, nə boyu, nə də biliyi, savadı səviyyəsində olan işdir. O əsla bunu bacarmaz. Çünki «Gündəlik Bakı» qəzeti və onun baş redaktoru Habil Vəliyev daim dövlətə, dövlətçiliyə sadiq olub, bu yolda xidmət edib. Bizim işlərimiz hamının gözü qarşısındadır. Şantajçı baş redaktor Asif Mərzili və ətrafındakılar, eyni zamanda onu müdafiə edənlər isə radikal müxalifətçi, daim dövlətin, dövlətçiliyin əleyhinə gedən adamlardır. Yeri gəlmişkən, qeyd edim ki, mən azərbaycanlıyam, türkmən deyiləm. Mən bildiyimi, etdiyimi, hansısa atacağım addımı çox gözəl dərk edirəm və dövlətim, dövlətçiliyim üçün əlimdən gələni edirəm. Mən Vətənimi sevən adamam. Lakin bəzi adamlar var ki, onun soyunu-sopunu axtarırsan, gedir mənşəyi bilinməyən yerlərə çıxır. Bəzi adamlar gəlmədir, buralı deyil. Bu məsələni tanınmış politoloq, Ağdam rayonundan olan Təhmasib Novruzov müsahibələrinin birində qeyd edib. Söz düşəndə də deyir ki, ay mən belə edəcəm, elə edəcəm. Həlledici məqam gəldikdə isə qaçır, aradan çıxır». Şantajçı baş redaktor Asif Mərzilinin çoxlu sayda məhkəməsinin olduğunu qeyd edən Habil Vəliyev bildirir ki, o, ancaq ona-buna şər atmaqla, qara yaxmaqla, şantaj etməklə, bir sözlə reketçiliklə məşğuldur: «O, kimdənsə nəsə qoparmaq istəyir. Bizim bəzi dostlarımız var ki, bu adam onlara qara yaxmaqla məşğuldur. Və əsassız yerə bizi də həmin məsələlərə qatmağa çalışır. Mən müharibə görmüş adamam, Asif Mərzili kimilərinin tayı deyiləm. Bu şantajçı baş redaktor deyir ki, yəqin Habil Vəliyev ona birini ilişdirəcək, sonda da bu məsələ Asif Mərzilinin xeyrinə həll olunub çıxıb gedəcək. Axı, o, bilir ki, məhkəmə zamanı hamının gözü qarşısında bizə yalvardı, imdad dilədi, nə vaxtsa dost olduğumuzu qeyd etdi. Asif Mərzili bir həqiqəti unudur ki, o, bizimlə bərabər ola bilməz. Çünki «Gündəlik Bakı» qəzeti və onun baş redaktoru dövlət, dövlətçilik uğrunda çalışır, bu istiqamətdə fəaliyyət göstərir. Ondan fərqli olaraq mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Sən nəsən, hansı partiyanın üzvüsən, kimə və nəyə qulluq edirsən bilmirəm. Lakin 1993-94-cü ildən bəri qəzetinə baxıram ki, vaxtilə qanuni hökumətə qarşı qiyam qaldırmış Rövşən Cavadovu və digərlərini müdafiə edirsən.

Hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev də sənin haqqında bütün həqiqətləri bəyan edib, gördüyün əməlləri, iştirakçısı olduğun hadisələri ifşa edib. Daha bundan artıq nə istəyirsən?

 Cümlə-aləm artıq sənin kim olduğunu yaxşı bilir. Elşad Abdullayevin yayımladığı videolar artıq hər şeyi sübuta yetirir. Düşünürəm ki, şantajçı baş redaktor Asif Mərzili əməllərinə görə həbs olunmalı, qanun qarşısında cavab verməlidir. Aydın şəkildə hiss olunur ki, o, özünü qorumaq üçün iştirakçısı olduğu və ya adı keçən məsələləri bəzi şəxslərin üstünə atmağa çalışır. O artıq dərk edir ki, bu yaxınlarda hansısa cinayət hadisəsinə görə məsuliyyətə cəlb olunacaq. Bu səbəbdən də al-ayağa düşüb, özünü itirdiyi üçün ağlına və ağzına gələni deyir.

Pravdainfo.org saytının təsisçisinin kimliyilə maraqlanmaq lazımdır. Hazırda bu saytın işi məhkəmədədir. Onun təsisiçisi kişi, yoxsa qadındır, bax bu məsələni araşdırmaq lazımdır. Xülasə, bir daha qeyd edirəm ki, reket qəzet olan «Təzadlar»ın şantajçı baş redaktoru Asif Mərzili bizimlə ayaqlaşa bilməz. Bu adam deyir ki, kimlərsə şantaj edir. Məgər, doğrunu yazmaq şantaj etmək deməkdir?

Deyir ki, hansısa nazir bizi məhkəməyə verib. Adam adamı məhkəməyə verər də. Burda qeyri-adi nə var?

 Səni məhkəməyə verdilər də, hələ üstəlik həbs edib içəri də saldılar. Axtarsalar, Yasamal və Xətai rayonlarında sənin nə qədər məhkəmə işin var. Azərbaycanda mətbuat azadlığı var və mətbuat da öz azadlığandan yararlanaraq yazılar yazır, tənqidi materiallar hazırlayır. Məgər, kimsə hansısa mövzuda yazı yazanda reket qəzet olan «Təzadlar»ın şantajçı baş redaktoru Asif Mərzilidən icazə almalıdır?

Biz əsla qərəzli yazılar yazmırıq, heç kimlə ədavət aparmırıq. Hansısa bir mövzu ilə bağlı yazı dərc edir və əgər həmin problem həll olunmayıbsa, o zaman bir müddət sonra yenidən yazı hazırlayırıq. Lakin reket qəzet olan «Təzadlar» bir adam və ya qurum haqqında elə hey durmadan yazır, o vaxta kimi ki nəyəsə nail olur və sonra yazıları çıxarır. Şantajçı baş redaktorun diqqətinə çatdırmaq istərdim ki, sənin yazdığın və sonradan nəyinsə müqabilində çıxardığın yazıların hamısı bizdə var.

Sonda bir daha vurğulamaq istərdim ki, şantajçı baş redaktor Asif Mərzilinin ölkə başçısının köməkçisi Əli Həsənova müraciəti gözlədiyi effekti verə bilməz». Axı reket qəzet olan «Təzadlar»ın baş redaktoru Asif kimdir ki, ona cavab da versinlər.

P.S. Adamlar var ki, maşınına kamera, evinə kamera, daha nə bilim haralara kamera qoyurlar. Bir şəxs ki, həyatda rahat yaşaya bilmirsə onda Xəzər dənizinin dalğaları ilə razılaşsın.

https://youtu.be/BZueqlK_Ub0

Daha Ətraflı:

http://gundelik-baku.com/index.php?newsid=42178
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

 

 

 

 

 

25.06.2017

Daha ətraflı izlə Avropaninsesi.com:  
 Asif Mərzili; Asif Millət oglu Məmmədov; Zümrüd Məmmədova;  “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev;Reket jurnalist; Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Əli Həsənovun arvadı Sonanın uşaqları – reket jurnalistləri; Mətbuat  Şurası: Reket jurnalistlərin qara siyahısı; Arzu Kazımov; Hüseyn Səfərov;  Gülərqeyt Işi; Ramizqeyt;Hacı Məmmədov – Polis İşi; DİN-in Naziri Ramil Usubov Zahid Dünyamalıyev;  Rasim İldrımzadə; Nərimanov Rayon Məhkəməsinin sədr Agababa Babayev;DİN-in Vll İdarəsinin polkovniki Rövşən Abbasquliyev; mügənni Mətanət İsgəndərli;  Fuad Quliyev;  Akif Çovdraov –MTN İşi; Hilal Əsədov; Rəsul Rəsulov; Nazim Lətifov; Fikrt Əliyev; Əli Nagıyev; Təhsil işi-Samir Məmmədov, İlyar Vahabov; Azərbaycan Beynəlxalq Universiteti ; ABU;Mahir Abdullayev; Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin Hesabatı;  AAMBŞ-in İctimai Təhqiqat Komissiyasının Hesabatı; Avropa Məhkəməsi; Interpol; Əfqan Muxtarlı;  Elçin Məmmədli; Vidadi İsgəndərli; Adil İsmayılov; Azad Mürsəliyev; Aslan Ismayılov …
  info@avropaninsesi.com

 

Снимок экрана 2016-12-29 в 1.00.11

Снимок экрана 2017-04-23 в 14.59.46

Снимок экрана 2017-03-19 в 17.42.51

Foto: Bəh-bəh! Diqqətli olun, reket jurnalist cinayətkar Asif Mərzili gəlir !!!  Avropada reket jurnalisti cinayətkar, fahişə və tualet tullantısı hesab edilir… Azərbaycanda isə dövlət başçısı Ramiz Mehdiyevin  “Tamamilə Məxfi” mötəbər məclisində direktiv kriminal reket əmrləri alır !!!
– Bu səbəbdən də reket jurnalistlər  Mahir Abdullayevin ogurlanması cinayətini sistemli və metodik şəkildə ört-basdır etməyə cəhd edirlər  !!! Mahir Abdullayevin ogurlanması cinayətini ört-basdır edən jurnalist Azərbaycan kriminal aləmin smvolikası olan qatil və ogru KQB generalı Akif Çovdarov və Polis generalı Hacı Məmmədovdan cəmiyyət üçün daha sosial təhlükəli potensial cinayətkarlardı !!!

 

 

 

 

 

 

Print Friendly, PDF & Email