Print Friendly, PDF & Email

 

 

 

 

 

Avropa Şurası Parlament Assambleyyası (AŞPA) Azərbaycana siyasi məhbuslarla bağlı məruzəçi təyin etdi.
Azərbaycana siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib.Bu haqda Avropa Şurasının məlumatında bildirilir.Qərarı Avropa Şurasının Hüquq və insan haqları komitəsi verib. İslandiyadan olan deputat Thorhild Sunna iyunun 25-də Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri seçilib. Həm də məruzəçi təyin edilən deputat, “Azərbaycandakı siyasi məhbuslar” adlanan hesabat hazırlamalıdır. 2 ay əvvəl deputat Pieter Omtzigt başda olmaqla AŞPA-nın 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürmüşdülər.
Deputatların müraciətində vurğulanırdı ki, 2013-cü ildə AŞPA almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatını rədd edib.Onlar AŞPA-nın Müstəqil Araşdırmalar Qrupunun bu yaxınlarda yaydığı korrupsiya ilə bağlı sənədə istinadən hesab edirdilər ki, bəzi keçmiş və indiki deputatların həmin hesabatın qəbul edilməməsində əhəmiyyətli rol oynadığına aid şübhələr var. Deputatlar bəzi şəxslərin işini də yada salaraq bildiriblər ki, Azərbaycanda siyasi məhbus problemi realdır. “Buna görə də, Azərbaycanda siyasi məhbus problemi ilə bağlı yeni bir hesabatın yazılması uygundur.

http://kanal13.tv/