Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Avropa Şurası Parlament Assambleyyasında (AŞPA-da) Azərbaycan hakimiyyətinə qarşı  korrupsiya ittihamları üzrə müstəqil istintaq orqanının 219 səhifəlik hesabatı bu gün plenar iclasda qızğın müzakirələrdən sonra qəbul edilib.

Azərbaycan nümayəndə heyəti üzvlərinin buna yol verməmək cəhdlərinə baxmayaraq, 123 deputat sənədin “lehinə” səs verib.

2017-ci il yanvarın 27-də Büro AŞPA-da korrupsiya hallarının araşdırılması üzrə qərar qəbul edib. 2017-ci il mayın 29-da Büro istintaq qrupunun üç üzvünü təyin edib: AİHM-in keçmiş hakimi Nikolas Brats (Böyük Britaniya), Fransadan keçmiş hakim Jan Lui Briqeri və AİHM-in keçmiş hakimi Elizabet Fura (İsveç).

İstintaq qrupu rüşvət alan 17 məmurun adını açıqlayıb, AŞPA kuluarlarında sistemli ələ alınmalar və korrupsiya faktlarını ifşa edib. 9 ay ərzində istintaqçılar təhqiqat aparıblar və hesabatda onun nəticələrini açıqlayıblar.

Sənəddə konkret dövlətlərin maraqları ilə bağlı ayrı-ayrı məsələlər üzrə səsvermə zamanı bəzi deputatların ələ alındığı bildirilir. Azərbaycandan gedən hədiyyələr: bir neçə min dollarlıq kürü, birgecəlik qızlar, pullar daha çox səy-küy doğurub.

Bakı tərəfindən deputatların ələ alındığını ilk dəfə 2012-ci ildə ESI təşkilatının fəalları bəyan ediblər.

2015-ci ildə İtaliyada keçmiş deputat Luka Volonte bir neçə milyon avro rüşvət aldığına görə saxlanılıb. O, AŞPA-da iri siyasi qrupa rəhbərlik edib.

“AŞPA Azərbaycanı müzakirə edərkən səsverməyə daha çox deputat gəlib, assambleyaya az-az gələnlər də burada olub. Həmin adamlar Azərbaycanın xeyrinə səs veriblər”, – hesabatda deyilir.

Assambleyanın ayrı-ayrı məmurları özləri gedərək istintaq qrupuna ifadə veriblər. Məsələn, ən geniş yayılan hədiyyələrdən biri dəyəri bir neçə min dollarlıq qara kürü olub. AŞPA baş katibi Voytsex Savitski etiraf edib ki, Azərbaycandan qutu ilə kürü alıb. Bildirilir ki, assambleyada hətta kürüdən ibarət səhər yeməyi təşkil edilib. Geniş yayılan hədiyyələr sırasında 5-ulduzlu otellərdə birhəftəlik istirahət, biznes-klass biletləri, konsert biletləri və s.

İsveçrəli deputat Doris Fiala danışıb ki, üzərində mirvari və almaz olan qızıl boyunbağı alıb, amma dərhal geri qaytarıb.

Bəzi şahidlər seks-xidmətlər haqda təklifləri yada salıblar. Dik Marti (İsveçrə) deyib ki, Bakıya rəsmi səfəri zamanı gecə saat birə yaxın kimsə mehmanxanada qaldığı otağın qapısını döyüb. O, qapı gözlüyündən baxaraq əllərində şampan tutmuş iki yarıçılpaq gənc qızı görüb. Qapını açmayıb”, – hesabatda deyilir.

Assambleyanın digər xanım nümayəndəsi 2014-cü ildə Azərbaycanın paytaxtına gələrkən onun mehmanxana otağına gözəl xalça gətiriblər. Ancaq çox böyük olduğuna görə götürməyib.

Öz növbəsində maltalı deputat Debono Qrek hədiyyədən imtina etməyib, hətta onu bəyannamədə göstərməyib.

Assambleyanın bəzi nümayəndələri Ermənistan konyakından, Moldova və Gürcüstan şərablarından, Rusiyadan gələn rəsm əsərlərindən danışıblar.

Hesabatda AŞPA-da “əskinas” korrupsiyasının hökm sürməsi barədə informasiya təsdiqlənib. “Həmçinin AŞPA deputatları tərəfindən AŞ vəzifəli şəxslərinin seçkisi zamanı Assambleya deputatlarına “təşəkkür zərfləri” sistemi mövcud olub. Bu pullar Azərbaycandan daxil olub, onları deputatlara otel otaqlarında, milli nümayəndə heyətlərinin ofislərində veriblər”, – hesabatda qeyd olunur.

İstintaq qrupu etnik standartları pozan 17 hazırki və keçmiş məmurun barəsində korrupsiyaya dair sübutları irəli sürüb: Yakko Laakso (Finlandiya) 500 avroluq əskinasları ayırıb, Ştef Qoris (Belçika) onları AXP, Karina Voldset (Norveç), Qoran Lindblad (İsveç), rumıniyalı deputat Sezar Preda, AXP qrupunun rəbhəri, qalmaqallı eks-prezident Pedro Aqramunt və digərlərinə paylayıb.

Bundan əlavə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmçinin deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və digər deputatlara qarrşı ittihamlar irəli sürülüb. Onların aarsında almaniyalı deputat Eduard Lindner də var. Ona qarşı bir neçə pul tranşı ilə bağlı konkret sübutlar var.

“İtaliya polisindən əldə edilən bank kağızları göstərir ki, Lindner Azərbaycanla əlaqəsi olan şirkətlərdən 799 500 avro alıb”, – hesabatda deyilir.

Ancaq ən çox AŞPA-nın keçmiş prezidenti, ispaniyalı məmur Pedro Aqramuntun soyadına rast gəlinir. O, rusiyapərəst mövqeyi ilə tanınır. Rusiya nümayəndə heyətinin tərkibində B.Əsədin yanına gedib, Bakıda keçirilən seçkilərdə müşahidə missiyasına rəhbərlik edib və seçkilərin pozuntusuz keçirildiyini bildirib.

Assambleyanın vitse-prezidenti ukraynalı Vladimir Aryev aşağıdakı ifadəni verib: “2013-cü ildə SOCAR-Ukraynanın prezidenti Elçin Məmmədov onun yanına gedərək finlandiyalı namizədi yox, Aqramuntu dəstəkləməyi xahiş edib. O, əgər Aryev Arqamunta səs verərsə ona istənilən yardımı göstərməyə hazır olduqlarını bildirib. Məlumdur ki, söhbət rüşvətdən gedir”, – V.Aryev bildirib.

Azərbaycan üzrə məruzəçi Alen Desteksin hesabatı etik normalara zidd olub, ümumilikdə, hakimiyyəti tənqid etməyib.

Hesabatda deyilir ki, AŞPA kuluarlarında “korrupsiya sxemləri” mövcud olmaqda davam edir. Sənəddə 17 deputat ilə bağlı rüşvət faktlarına dair sübutlar yer alıb.