AŞPA “Nifrət aşılayan çıxışlar və qeyri-tolerantlıqla mübarizədə siyasi liderlərin rolu və məsuliyyəti” adlı qətnamə qəbul edib.

“Report”un Qərbi Avropa bürosunun məlumatına görə, sənəddə bildirilir ki, cəmiyyətdə artmaqda olan nifrət aşılayan çıxışlarla mübarizə aparmaq vəzifəsi siyasi liderlərin üzərinə düşür.

Qətnamənin müzakirəsi zamanı Avropada irqi ayrıseçkilik, ksenofobiya, antisemitizm və nifrətin başqa formalarını yayan, təhrik, təşviq edən və bəraət verən ifadələrdən istifadənin artdığı vurğulanır. Qeyd olunur ki, belə çıxışlar ekstremist deyil, eyni zamanda digər partiyalar və müxtəlif cərəyanlar tərəfindən də işlədilir.

Sənəddə deyilir ki, belə çıxışların qarşısını almaq üçün müxtəlifliyin qəbul olunduğu, insan ləyaqətinə hörmət olunan cəmiyyət modeli inkişaf etdirilməlidir.

Qətnamədə dövlət ilə informatika vasitələri nümayəndələri arasında sıx əməkdaşlığın yaradılması internetdə yer alan nifrət yaradan çıxışlara qarşı mübarizə aparmaq üçün ən təsirli tədbirlərdən biri kimi tövsiyə olunur.

 

 

 

 

Print Friendly, PDF & Email