Print Friendly, PDF & Email

 

 

 

 

 

ATƏT Azərbaycanda seçkiqabağı vəziyyət barədə

Martın 29-da ATƏT DTİHB-nin qiymətləndirmə missiyası 11 aprel prezident seçkiləri ərəfəsində Azərbaycanda seçkiqabağı vəziyyətə dair hesabat yayıb.

Seçkiqabağı atmosferə aid bölmədə deyilir ki, MSK seçki kampaniyasının aparılması üçün ölkə boyunca 169 meydança müəyyən edib.

Bir sıra müxalifət partiyaları prezident seçkilərinə etiraz olaraq mitinqlər təşkil ediblər. Aksiyalar başa çatdıqdan sonra müxalifət fəalları polisdə dindirilib, bəzisi saxlanılıb.

Müxalifət seçkiqabağı təşviqat dövrünün 22 günədək azaldılmasını pisləyir. Bu, onun KİV-dən istifadə imkanlarını məhdudlaşdırır və hazırki prezidentə seçkilərdə üstünlük yaradır.

KİV haqda bölmədə deyilir ki, diffamasiya və böhtan cinayət olaraq qalır, 2016-cı ildən isə bu müddəalar on-line resurslara da tətbiq edilir və üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Missiya peşə fəaliyyəti ilə bağlı olmayan ittihamlarla həbs edilən jurnalistlərin və blogerlərin sayına görə narahatlığını bildirib.

Azərbaycanda əsas siyasi informasiya mənbəyi kimi 11 televiziya stansiyası var, çap KİV-in tirajı azalmaqda davam edir. Əhalinin 80%-nin İnternetdən istifadə imkanları var.

DTİHB-nin bəzi müsahibləri KİV-lərin müstəqilliyinə və qərəzsiz olmadığına inanmadıqlarını bildiriblər. Qeyd ediblər ki, sosial şəbəkələr yeganə mühüm informasiya mənbələri olaraq qalır.

2017-ci ilin martından “İnformasiya haqqında” qanuna düzəlişlərdən sonra Rabitə Nazirliyi məhkəmə qərarı olmadan KİV-lərin saytlarını bloklamak hüququ əldə edib. Bakıda və regionlarda bəzi tənqidi saytlara daxil olmaq mümkün deyil.

Hesabatda qanunvericilik çərçivəsində sorğu materialları və protokol xarakterli digər məlumatlar yer alıb. Sənəddə hər hansı təklif və tövsiyə yoxdur.