Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Aslan Saadov

 

 

Avarçəkmə idmançıları və veteranları adından müraciət !
2017-ci ilə kimi 50 illik fəaliyyət göstərmiş Mingəçevir şəhər Avarçəkmə üzrə Uşaq Gənclər İdman məktəbinin fəaliyyəti sona yetdı.

Mingəçevir şəhər Təhsil Şöbəsinin nəzdindəki,Avarçəkmə üzrə Uşaq Gənclər İdman məktəbimizin 2017-ci ildə, 50 yaşı tamam oldu.Bu idman məktəbi Azərbaycanda yeganə və xüsusi idman məktəbi sayılırdı.Keçmişdə belə məktəblərin sayı 5 idi .Lakin təssüflər olsun ki,onlar nədənsə kiminsə günahı ucbatından ləğv olunmuşdur.Bildiyimiz kimi nəsə yaratmaq qurmaq cox çətindir,dağıtmaq asan.Məktəb indiyənədək yüzlərlə idman ustaları yetrişdirmişdir.Hər bir mingəçevirli üçün, bu idman məkanı cox əziz və doğma yer sayılır.Biz idmaçılar təhsildə hər hansı bir yenidənqurma və reformanın əleyhinə deyilik.Bu işdə yaxşı olardı ki,mütəxəssislərin rəylərini,fikirlərini və onlarla məsləhləşmək daha düzgün olardı.Sual olunur?Xüsusi idman növü olan avarçəkməni şahmat idmanı ilə birləşdirmək nə qədər düzgün sayılır.Məşq bazamız mingəçevir şəhərində, Kür çayının sahilində,cox gözəl bir məkanda yerləşir .Şəhərimizin orta məktəblərinin 150-dən cox yeniyetmə və gənç idmançı-şagirdləri buranı öz doğma evləri hesab edirlər.Bura böyük həvəslə məşq etməyə gəlirlər. Başlıca məqsədimiz yeniyetmə və gəncləri bu idman növlərinə cəlb etməkdir.Onlar arasında sağlam həyat tərzini yaxşılaşdırmaqla zərərli vərdişlərdən qorumaqdır.Ən başlıca məqsədimiz isə Azərbaycanın şərəfini layiqincə qoruyacaq,yüksək dərəcəli idmançıların hazırlanmasıdır. UGİM-nin idmançıları son iki ildə 200-dən cox Beynəlxalq yarışlardan medallar qazanmışlar.Azərbaycana bu idman növlərindən idmançılarımız Rio yay olimpiya oyunlarında yaxşı çıxış edərək 2 medal, gümüş və bürünc layiq olmuşlar.Əlbətdə onun qazanılmasında Azərbaycan Milli Avarçəkmə Federasiyanın əməyi böyükdür. Bu idman növlərindən ilk Avropa Oyunlarıda, məhz Mingəçevir şəhərində Kür Olimpiya Tədris İdman Mərkəzində keçirilmişdir.İdman məktəbimiz hər il ənənəvi olaraq müxtəlif mötəbər yarışlar keçirirdi.Bunlardan biridə Ümummilli lider,ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş Mingəçevir Bələdiyyəsinin mükafatı uğrunda turnir idi.Maddi texniki cəhətdən baza o qədərdə ürək açmırdı .Lakin son illər məşqçi-müəllimlərimizin əməyi sahəsində burada cox işlər gördük və görməkdə də davam edirdik.Hamımız yaxşı işlərdən nümunə götürməliyik.Bütün ölkələrdə bu idmana xususi diqqət və qayğı döstərilir.Çünki yeganə idman növüdür ki,bir idmanda iki idman növü ilə məşğul olmaq imkanı yaranır.Burda böyüməkdə olan gənc nəsl sağlam ,gümrah, uca boylu, qamətli böyüyürlər.Sağlamlıq üçün üç başlıca təbii amil hava.su,günəş burada vəhdət təşkil edir..Bu isə yeniyetmə və gənclərimizin sağlam böyüməsinə geniş imkanlar verir.Bütün idman ictimaiyyəti və veteranlar adından cox xahiş edirik ki, bu məsələyə Təhsil Nazirliyi tərəfindən bir daha yenidən baxılsın.

 

 

 

 

 

Aslan Saadov, Azərbaycan, Mingəçevir şəhəri,  Facebook səhifəsindən,

Mədinə, Paris,  07.12.2017

info@avropaninsesi.com