Rusiya 2018-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) ən çox şikayət göndərilən ölkələr arasında birincidir. Rusiya vətəndaşları İnsan Haqları üzrə Avropa Məhkəməsinə 12 mindən artıq müraciət edib. Rusiyaya ilə bağlı rekord sayda qərar işgəncələrin qadağan edilməsi maddəsi üzrə qəbul edioib.

Denis Pşeniçnıy müraciət etmək niyyətində olanlardan biridir. O, Avropa məhkəməsinə atasının ölümü ilə bağlı müraciət etməyə hazırlaşır. Valeri Pşeniçnıy Müdafiə nazirliyi üçün sualtı gəmi modellərini hazırlayan iş adamı olub. O keçən il həbsxanada ölüb.

Ekspertiza onun tok ilə işğəncə verildiyini, döyüldüyünü, ona qarşı zor tətbiq edildiyni və asıldığını müəyyən edib. Həbsxanada isə bildiriblər ki, o özü-özünə edib.

“Əlbəttə ki, mənim dayanmaq fikrim yoxdur. Mən bunun açıq-aydın atamın öldürülməsini və oğurlanmış pulların elə həmin müstəntiqlərə rüşvət olaraq ödənildiyini sübut etmək üçün əlimdən gələni edəcəm”, Denis Pşeniçnıy deyir.

İş adamı öz şirkətinin baş direktoru Andrey Petrovu pul itkisində günahlandırdıqdan sonra həbs olunmuşdu. Denis Pşeniçnıy Petrovun cinayət işini pulla aldığını ehtimal edir. Buna görə də onun atası vəhşicəsinə öldürülüb, Petrov isə azadlıqdadır.

Avropa məhkəməsinin yeni məruzəsində Rusiyanı “ən çox şikayətçinin olduğu ölkə” adlandırıblar.

Ümumilikdə, ötən il Avropa İnsan Haqları Məhkəməsi 56 mindən çox şikayət qəbul edib. Şikayətlərin çoxu altı ölkənin payına düşür. Bunlar Rusiya, Rumıniya, Ukrayna, Türkiyə, İtaliya və Azərbaycandır. Qəbul edilən şikayətlərin təxminən beşdə biri Rusiya Federasiyasındandır.

Avropa İnsan Hüquqlarına dair Konvensiyası Avropa Şurasına üzv dövlətlər tərəfindən imzalanmış beynəlxalq müqavilədir. Bu ölkələrin vətəndaşları öz vətənlərində ədalətli məhkəmə araşdırmasına nail olmadıqlarını düşündükləri halda Avropa Məhkəməsinə öz dövlətləri barədə şikayət edə bilərlər.

“Heç kim nə işgəncələrə, nə də qeyri-insani və alçaldıcı rəftara və ya cəzaya məruz qalmamalıdır”, Konvensiyanın üçüncü maddəsində deyilir.

2018-ci ildə Avropa məhkəməsində Rusiya Federasiyasına qarşı bu maddə üzrə yüzdən çox qərar qəbul edilib. Bu, record göstəricidir.

Məhkəmə 4 halda hökümətin işgəncələrin tətbiq etdiyini, 99 halda isə qeyri-insani davranış olduğunu müəyyən edib. Bu məhkəmə işlərinin 12-i Rusiyada pis araşdırılıb.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatında bildirirlər ki, bu rəqəmlər problemin həcmini deyil, sadəcə problemin mövcudluğunu göstərir.

“Bu cür hallar həmişə yüksək olub. İşgəncələr mövzusu Rusiya üçün daim aktual olub. Bu inanılmaz dərəcədə genişmiqyaslı bir haldır. Biz həm Rusiya, həm də Avropa məhkəməsi təcrübəsində aysberqin yalnız suyun üzərində olan hissəsini gördüyümüzü anlayırıq. Suyun altında qalan hissəsini təsəvvürə gətirmək belə çətindir”, Amnesty İnternational təşkilatının nümayəndəsi Denis Krivoşeyev deyir.

Rusiya Federasiyası Avropa İttifaqının üzvü olduğu üçün indi Avropa İnsan Haqları Məhkəməsində Rusiya vətəndaşlarının məhkəmə işlərinə baxılır. Lakin hər şey artıq bu il dəyişə bilər. Rusiya nümayəndə heyəti 2014-cü ildə Krımın ilhaqı ilə əlaqədar olaraq Avropa Şurasında səs hüququnu itirib. Rusiya son iki ildir üzvlük haqlarını ödəmir. Rusiya Avropa Şurasından çıxarılsa və ya özü Şuradan çıxarsa rusiyalılar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilməyəcək.

 

 

 

 

Print Friendly, PDF & Email