Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) Azərbaycandan 34 şikayətin araşdırılmasına başlayıb. Strasburq məhkəməsinin məlumatında deyilir ki, bu şikayətlər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə maneələr, onların bank hesablarına həbslər, mülkiyyət hüquqlarının pozulması və s. ilə bağlıdır.

Şikayətlərin bir hissəsi hüquqi şəxslər – QHT-lər tərəfindən göndərilib.

Ərizəçilər arasında Azad İqtisadiyyata Yardım, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsi, Demokratiya və İnsan Hüquqları, Hüquqi Maarifləndirmə Cəmiyyəti, Azərbaycan Hüquqşünaslar Assosiasiyası var.

Bundan əlavə, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, “Qafqaz” Media Araşdırmalar Mərkəzi və s. var.

Ərizəçilər prokurorluğun tələbilə bank hesablarına həbs qoyulmasını qanunsuz hesab edirlər.

Analoji pozuntulardan vətəndaş cəmiyyətinin fəalları da şikayətləniblər: Qubad İbadoğlu, Mirvari Qəhrəmanlı, Zöhrab İsmayıl, Elçin Abdullayev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Rəsul Cəfərov, Gülnarə Bağırova, Aynur İmranova və Emin Hüseynov.

“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov AİHM-ə ərizəsində ləğv edilmiş MTN tərəfindən onun danışığının dinlənilməsindən şikayət edir.

Ərizəçilərin sırasında xeber44.com dini saytının redaktoru, hazırda həbsdə olan Araz Quliyev də var. O 5 il öncə Masallıda saxlanılıb. Qanunsuz narkotik maddə saxlamaq və digər cinayətlərdə ittiham olunaraq 8 il azadlıqdan məhrum edilib.

AİHM sözügedən işlərlə bağlı Azərbaycan hökumətinə suallar göndərib. Suallara üç ay ərzində cavab verilməlidir

 

www.echr.coe.int

echr.noreply@echr.coe.int