Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bir neçə azərbaycanlı jurnalistin şikayəti ilə bağlı məktubları onların vəkillərinə kommunikasiya üçün müəyyən edilmiş müddət bitdikdən sonra çatdırılıb. Bu haqda Turan-a vəkil Elçin Sadıqov bildirib.

Belə məktublardan biri jurnalistlər Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı və Aytac Əhmədovanın ölkədən çıxışlarına yasaq qoyulmasından şikayətlə bağlıdır.

AHİM-dən məktub fevralın 22-də göndərilib. Ancaq “Azərpoçt” bildirir ki, məktub ölkəyə aprelin 4-də daxil olub, odur ki, vəkilə aprelin 10-da çatdırılıb.

AİHM vəkilin cavab verməsi üçün aprelin 3-dək vaxt verib. Kommunikasiyanı bərpa etmək üçün əlavə yazışmalar aparmaq lazımdır.

V.Sadıqov hesab edir ki, məktublar poçtda qəsdən yubadılır. Bundan öncə vəkillər Azərbaycandan AİHM-ə göndərilən məktubların yubadılmasından şikayətlənirdilər