Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

« Avropa işi » Hesabatı siyahısından Siyasi girov Mübarz Abdullayevin çıxarılmasını tələb edənlərə : Sizin YAP rejimindən nə fərqiniz var !? Ayıb deyilmi sizlərə Xalqın faciəsi üzərindən alver edirsiniz !?

Dostlar, bu yazını oxuyun, diqqətlə baxın. Özlərini demokratik düşərgənin nümayəndələri bilənlər, hansısa maraqlara görə bir nəfərə qarşı bu qarayaxma kampaniyasında iştirak edirlər. Sabah onların hədəfində Siz də ola bilərsiniz. Bir hüquşünas kimi xahiş edirəm münasibətinizi bildirin !

Bu gün – 29 oktyabr 1993-cü il tarixində Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 25 ili tamam olur.

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonudur.

Bilmirəm hansı hissiyatdandı, özümdə bilmədən elə yuxudan ayılmış kimi ayılıb,o günlərə qayıdıram, hər addımını analiz edirəm. Hər bir şəxs ruhən keçmişindən ayrıla blmir…O, günlərə qayıtmaq zorunda qalırsan.

Bu gün həqiqətən əslən Zəngilanlı olan kişi qeyrətli el agsaqqalı – daglar qədər xatirini istədiyim BDU hüququ fakültəsində dekanım, elmi rəhbərim və böyük həyat müəllimim olmuş, unudulmaz professor Məmmədxan Rəsulov (mərhum Məmmədxan müəllim 5 il müddətnə Zəngilanı ov tüfəngi il qorudu və ona bilavasitə ölənə qədər rəhbərlik etdi) və Qarabag şavşında Zəngilanda şəhid olmuş qardaşım oglu Təbriz Abdullayev yadıma düşür. Özümdən asılı olmadan o günlərə yenidən qayıdıram…

Bu gün (29.10.1993) qardaşım oglu Təbriz Abdullayevin Zəngilanda erməni faşistləri tərəfindən qətlə yetirilməsi günüdü. Onu Zəngilanın Baharlı kəndinə professor Məmmədxan Rəsulov göndərmişdi. BDU müəllimlərinin vəsaitilə ov tüfəngi üçün yıgılmiş patronları aparıb Çinarlı meşəsinin meşəbəyi İsmayıl kişiyə təhvil vermək üçün getmişdi.Lakin, 25 il öncə qeyri-bərabər döyüşdə yox, xəyanətin qurbanı oldu qardaşım oglu.

Hesab edirəmki bu xəyanət bu gündə mənə və ailə üzvülərimə qarşı aparılan böhtan kompaniyası müstəvisində Azərbaycanda davam edir, davam edir 37, daha təhlükəli, daha qorxunc… Onun digər qardaşı Mübariz Abdullayevdə Qarabag müharibəsinin aktiv iştirakçısı olub, tez-tez Məmmədxan müəlimin ata-baba evində Baharlıya könüllü gedib-gəlirdi. Məmmədxan müəllim həmişə deyirdiki, bu uşaqlar mənim Partizanlarımdı, Qartallarımdı… !

İndi isə baxın, 2 il öncə, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov 18 oktyabrın 2016-cı il tarixində Siyasi məhbuslarla bağlı yeni siyahı təqdim etmişdi.

Əvvəla, həmişə bir hüquqşünas olaraq saxta ittihamlarla həbs olunmuş bütütn Siyasi məhbusların qeyd-şrtsiz azad olunmasını tələb etmişəm…

Hesabatda müəlliflər deyiblər ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci il oktyabrın 3-də qəbul etdiyi 1900 saylı qətnamədə siyasi məhbuslarla bağlı qeyd edilmiş meyarlara əsasən hazırlanıb.

«Hazırda Azərbaycanda ümumilikdə 166 nəfər vicdan məhbusu və siyasi məhbus var. Sözsüz ki, bu rəqəm həbsxanalarda olan bütün siyasi məhbusların real sayını əks etdirmir, onların sayı daha çoxdur və tez- tez dəyişir. Azərbaycan hakimiyyəti yerli və beynəlxalq ictimaiyyətin təkidi ilə bir qrupu buraxır, digərlərini həbs edir», – «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev bildirib.

Siyasi məhbus hesab edilən şəxslər bir neçə təsnifata bölünüb: 166 nəfərdən «Siyasi girovlar» qrupunda beş nəfər var – AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov, ABU-in keçmiş rektoru Elşad Abdullayevin qardaşı oglu Mübariz Abdullayev, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov, jurnalist Qənimət Zahidovun qohumları Rüfət və Rövşən Zahidovlar.
 
Daha ətraflı bax:
“Siyasi məhbus”ların yeni siyahısı açıqlandı: 166 nəfərdən «Siyasi girovlar» qrupunda beş nəfər var – AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov, ABU-in keçmiş rektorunun qardaşı oglu Mübariz Abdullayev, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov, jurnalist Qənimət Zahidovun qohumları Rüfət və Rövşən Zahidovlar – video & fotolar

http://avropaninsesi.com/siyasi-m%C9%99hbuslarin-yeni-siyahisi-aciqlandi-166-n%C9%99f%C9%99rd%C9%99n-siyasi-girovlar-qrupunda-bes-n%C9%99f%C9%99r-var-axcp-s%C9%99dri-%C9%99li-k%C9%99ri/

 

Baxın, bir neçə gündü 04 sentyabr 2018-ci il tarixindən hazıra qədər btütn cəbhə boyü media və sosial şəbəkələrdə SMMM-in Kardinatoru kifayət qədər dürüstlüyüilə tanınan Oktay Gülalıyevin « Avropa işi » Hesabatı haqqında qızğın bir mübarizə gedir. DTX-in müxalifət düşərgəsində yerləşdirdiyi  3-5 adam ortaya atılıb elə bir ciddi sübut olmadan kimisə nədəsə əsassız ittiham edir.

Özünü ziyalı kimi təqdim edən bir neçə nəfər  əvvəlcədən DTX-in padvalında razılaşdırılmış formada mənim Fransadakı fəaliyyətimə görə saxta ittihamlarla 10 il müddətinə həbs edimiş Siyasi Məhbus Mübariz Abdullayevin adının ədalətsiz olaraq SMMM-in « Avropa işi » Hesabatından çıxarılmasını tez-bazar qəfildən tələb edirlər.

Yaxudda, Almaniyada mühacir həyatı yaşayan Riyad Əliyevin fəaliyyətinə görə qardaşı ikiqat Avropa çempionu Renad Əliyevin Hesabatdan qanunsuz olaraq adının çıxarılmasını tələb edirlər. Eyni zamanda bizə qarşı bütütn cəbhə boyu sistemli və etodlu şəkildə qarayaxma kompaniyası aparılır.

Bizə qarşı belə məqsədli və sistemli kompaniyanın aparılmasını Azərbaycan hakimiyyətinin sifarişi hesab edirəm. Lakin, bu zaman bizi daha çox narahat edən Azərbaycan hakimiyyətinin bu qarayaxma kmpaniyasıa qoşulan müxalifətçilər və hüquq müdafiəçiləri oldu.

« Avropa işi » Hesabatı siyahısından Siyasi girov Mübarz Abdullayevin çıxarılmasını tələb edənlərə : Sizin YAP rejimindən nə fərqiniz var !?

Bir az da ədalətli və vicdanlı olun !  İnsanlıgınız, etika və əxlaqınız olsun ! Ayıb deyilmi sizlərə Xalqın faciəsi üzərindən alver edirsiniz !?

 

Məhz, partiya mənsubiyyətindən aslı olmayaraq bu sahadə tanınmış bəzi şəxslərində belə qarayaxmalarınıza görə inamınızı və etibarınızı itirmisiniz !  İnsanlıgınızı itirmisiniz. Mən və ailə üzvüləimin yaşadıgı acının sizlər 10 %-də yaşamamısınız. Qardaşım oglunun saxta ittihamlarla həbsi ilə yanaşı, Azərbaycan hakimiyyəti bir qardaşımı ogurlayıb yox etdi, digər qardaşımı Ramiz Mehdiyevin restoranında zəhərləyib şikəst etdilər.Hələ bu zaman aulə üzvülərimin yaşadıgı acıları demirəm…

Yəqin səhf etmişik, sizlər həbsxanada olanda Avropaninsesi.com saytında insanlıq prinsipini əsas götürüb Sizin mövqeyinizi müdafiə emişik. Bu gündən etibarən Sizin haqqınızda deyilən sözlərin obyektivliyinə qəti əmin oldum, inşallah bu gündn sonra sizin haqqınızda obyektiv həqiqəti yazarıq – Hüquq işgalçısı. Artıq heç kimə sirr deyil ki, sizin belə qeyri-obyektiv mövqyinizə görə xalq sizlərə inanmır !

Yəqin ki, Siz də bunu görürsünüz?

Belə olan halda nə üçün haqqı nahaqqa qurban verirsiniz !?

Bəs bəzi Insan Hüquqları Müdafiəsi üzrə  “başbilənlər” bu həqiqəti niyə görməməzlikdən gəlir !?

Bir hüquq prfessoru olaraq son zamanlar SMMM ətarfında gedən çirkin oyunlara münasibətimi bildirmək istəyirəm: Saxta itihamlarla həbs olumuş bütün siyasi məhbuslar qeyd-şərtsiz azad edilməlidir! Avropa işi Hesabatı Avropa Konvensiyasına uygun olaraq tərtib edilib, atrıq ingilis, fransız, alman dillərinə tərcümə olunub yayımlanıb, Avropa Məhkəməsinə və Beynəlxalq Təşkilatlara təqdim olunubsa, həmin bəyanatı geri götürmək açıq-aşkar Azərbaycanda İnsan Hüquqları Müdafiəsinin dövlət Qarantiyasının olmadıgını bir daha təsdiq edir. Bir hüquqşünas olaraq bu isə Azərbaycan Respublikası Konstitussiyasının və Beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması hesab edirəm. Əslində, son zamanlar SMMM ətarfında gedən çirkin oyunların məqsədi ölkəıdə İnsan Hüquqlarının Müdafiəsinin son qalası ələ keçirməkdir. Bu işə despotik diktatura rejiminin jurnalist etikası və əxlaqından xali olan prrezidentin köməkçisi Əli Həsənovun cinayətlərinə media yardımı edən reket qəzetçilərin, saxta müxalifətçilərin, QHT-ları rəhbərlərinin  simasinda həyata keçirilir.

Avropaninsesi.com saytının rəhbəri hüquq professoru Elşad Abdullayev ədalətli, cəsarətli və vicdanlı adamdı ! Hakimiyyətin sifarişi ilə ona qarşı apardığınız qarayaxma kampaniyasına son qoyun! Belə isə bəs Sizin dünyanın ən qəddar despotik diktatura hakimiyyətinin  şər maşınından   nə fərqiniz varki !?

Düz deyiblər atı, atın yanına baglayanda ya həmrəng olurlar, yadakı həmxasiyyət …