Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarının mətbuat xidməti Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunları ilə bağlı bəyanat yayıb.

“Seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyası qeyd edib ki, Azərbaycan hakimiyyəti beynəlxalq müşahidəçilərə müsbət münasibət göstərib və onlar sərbəst işləyə bilib ki, bu da konsruktiv addım sayılır.

Missiyanın hesabatına görə, seçkilər siyasi vəziyyətin məhdudlaşdırılması şəraitində və əsas hüquq və azadlıqları – toplaşma, ifadə, kütləvi informasiya azadlıqlarını məhdudlaşdıran qanunlara uyğun olaraq keçirilib.

Seçki günü müşahidəçilər şəffaflığın olmadığını və çoxsaylı ciddi pozuntuların olduğunu bildiriblər.

Avropa İttifaqı Azərbaycan hakimiyyətinin Şurada iştirak edəcəyini, bu və əvvəlki seçkilərlə bağlı ATƏT/DTİHB-nin tövsiyələrini yerinə yetirəcəyini gözləyir. Aİ bu prosesdə yardım etməyə hazırdır.

Aİ Azərbaycan xalqı və Azərbaycanla Aİ arasında münasibətlər naminə yeni prezidentlik dövründə demokratiya və insan hüquqları məsələlərinin həlli məqsədilə Azərbaycanla dialoqu və sıx əməkdaşlığı davam etdirəcəyinə ümid edir”, bəyanatda qeyd olunur.

Öz növbəsində, rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır.