Print Friendly, PDF & Email

 

 

 

 

 

Bu gün Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Aİ və Azərbaycan arasında tərəfdaşlığın prioritetləri haqqında danışıqların başa çatdığını bildiriblər. Sənəd Avropa Şurasının prezidenti Donald Tusk və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.

Tərəfdaşlıq prioritetlərinin yaxın bir il üçün əməkdaşlıq istiqamətlərini müəyyən etdiyini nəzərə alaraq, onların təsdiq edilməsi Aİ və Azərbaycan arasında münasibətlərdə irəliyə doğru mühüm addımdır, deyə xarici işlər üzrə Ali Nümayəndənin ofisinin məlumatında bildirilir.

Xüsusən, tərəflər aşağıdakı prioritetləri müəyyən ediblər:

* İnstitutların möhkəmləndirilməsi və korrupsiyaya qarşı mübarizə, dövlət idarəetməsində islahat və cinayətkarlığa və terrorçuluğa qarşı mübarizə üçün potensial yaradılmasından ibarət olan yaxşı idarəçilik.

• İqtisadi inkişaf və iqtisadiyyatın sabit şəkildə şaxələndirilməsini, ÜTT-ə üzvlüyün dəstəklənməsini və işgüzar və investisiya mühitinin yaxşılaşdırılmasını nəzərdə tutan bazar imkanları.

• Cənub Qaz Dəhlizinin həyata keçirilməsi nəzərə alınmaqla, Azərbaycanın ticarət, logistika və nəqliyyat qovşağı kimi fəaliyyət göstərmək imkanına dəstəkdən ibarət olan enerji səmərəliliyi, ətraf mühit və iqlim.

• Təhsil və insan kapitalına dəstək, Aİ və Azərbaycan vətəndaşları üçün görüşməsi və təcrübələrini bölüşməsi üçün daha çox imkan verilməsini əhatə edən mobillik və insanlar arasında əlaqə.

Tərəfdaşlığın prioritetləri həm də 2018-2020-ci illərdə maliyyə əməkdaşlığı üçün əsas olacaq.

Tərəfdaşlığın prioritetləri çərçivəsində Aİ və Azərbaycan Avropa Qonşuluq Siyasətinin dəyərlərini və prinsiplərini, o cümlədən insan hüquqlarına riayət olunmasına, demokratiyaya, qanunun aliliyinə və vətəndaş cəmiyyəti ilə dialoqu əks etdirən ambisiyalı və hərtərəfli gündəliyə sadiq olduqlarını təsdiq edirlər.

“Yeni ikitərəfli saziş haqqında davam edən danışıqlarla yanaşı, tərəfdaşlıq prioritetlərinin imzalanması Azərbaycan xalqının və Avropa İttifaqının rifahı naminə müsbət nəticələr gətirmək üçün Aİ və Azərbaycan arasında münasibətləri möhkəmləndirmək niyyətini sübut edir. Tərəfdaşlıq prioritetləri Avropa İttifaqı və Azərbaycan tərəfindən rəsmi olaraq təsdiq ediləcək, daha sonra qəbul ediləcək”, deyə Aİ-nin xarici əlaqələr üzrə Ali Nümayəndəsinin ofisinin məlumatında bildirilir.