Avropa Parlamentində Azərbaycan hakimiyyətinə qarşı Qətnamə qəbul edildi – Strasburq, 17.01.2019

https://youtu.be/Hb-rvkG0RVI

Avropa Parlamenti (AP) Azərbaycan hakimiyyətinə qarşı  17.01.2019 il tarixli,  2019/2511 saylı Qətnamə qəbul etmişdir (Strasburq).

Avropa Parlamentinin Azərbaycana qarşı Qətnaməyə 597 deputatından 533 deputatı, yəni  97 %-i lehinə səs verib. Əleyhinə səs verən 28 nəfər deputatlar isə Avropada aşırı sagçı  kimi tanınan faşist meyilli deputatlar, 36 nəfər deputat bitərəf qalıb.

Qətnamə layihəsi Avropa Parlamentinə ALDE qrupunun 23 deputatı tərəfindən çıxarılıb.

 

Avropa İttifaqı  və Azərbaycan arasındakı əməkdaşlıq prinsiplərindən irəli gələrək Avropa Parlamenti tələb edir:

 

1.Mehman Hüseynov dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın, qurum hakimiyyəti yeni ittihamları aradan qaldırmağa çağırır və onun səhhətilə bağlı narahatlığını bildirir;

  1. Azərbaycanda özgəfikirliliyə son qoyulmasına, jurnalistlər, hüquq müdafəçiləri və digər fəallar: Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Bayram Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, İlgiz Qəhrəmanov, Əfqan Sadıqov daxil olmaqla, bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırır;
  2. Xədicə İsmayılovaya qarşı yeni cinayət ittihamından narahatlığını ifadə edir , onun təqib olunmasına və qorxudulmasına son qoyulmasına çağırır;
  3. Həbs müddətində fiziki zorakılıq və işgəncələrə dair hüquq müdafiəçilərinin məlumatları ilə bağlı narahatlığını bildirir;
  4. Təkidlə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin müstəqil qruplarının fəaliyyət imkanlarının təmin edilməsinə, onların fəaliyyətini məhdudlaşdıran qanunların ləğvinə çağırır.

Bank hesablarının dondurulmasına, xarici maliyyələşdirmə ilə bağlı onlara imkan yaradılmasına çağırır ;

  1. Məhkəmə hakimiyyətinin müstəqilliyinə zəmanət verməyə və vəkilləri müdafiə etməyə çağırır, siyasi məhbusları müdafiə etməmək üçün vəkillərin kənarlaşdırılmasını pisləyir;

 

  1. Azərbaycan hökumətini Avropa İnsan Hüquqlarını Məhkəməsinin (AİHM) qərarlarına riayət etməyə, Venesiya Komissiyasının İnsan hüquqları komissarının tövsiyələrini, Hüquq müdafiəçilərilə bağlı BMT prosedurlarını yerinə yetirməyə, Assosiasiya, dinc toplaşma, fikrin ifadə olunması hüququnu təmin etməyə çağırır;

 

  1. Azərbaycanı qanunvericilikdə və praktikada mətbuat azadlığına hörmətlə yanaşmağa, beynəlxalq standartlara uyğun olaraq ifadə azadlığına zəmanət verməyə, hökumətin tənqidinə senzuraya son qoymağa, müstəqil KİV-ə, o cümlədən “Azadlıq” radiosuna çıxış imkanlarını bərpa etməyə çağırır;

 

  1. Azərbaycanda LGBT-nin durumu ilə bağlı narahatlığını bildirir və hakimiyyəti LGBT ilə çalışan hüquq müdafiəçilərinə əngəl törətməməyə və qorxutmamağa çağırır;

 

  1. Azərbaycanda İnsan hüquqlarının posulması ilə bağlı tənqidlərin qarşısını almaq üçün Avropa Şurası üzvlərinin Azərbaycanın Avropada qərar qəbul edən şəxslərə qanunsuz təsir etmək cəhdlərində iştirakı faktları ilə bağlı narahatlığını bildirir;
11. Avropa İttifaqı (AI) və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni saziş demokratik islahatları, qanunun aliliyini, düzgün dövlət idarəetməsini, insan hüquqları və əsas azadlıqlarna hörmətlə yanaşılmasını əhatə etməlidir;
12. Avropa Şurası, Avropa komissiyası və Vitse-prezidenti Mehman Hüseynovun və digər siyasi məhbusların azadlığa buraxılmasını Aİ və Azərbaycan arasında dialoq zamanı, yeni saziş üzrə danışıqlarda mərkəzi məsələyə çevirməyə çağırır, Aİ vəzifəli şəxlərini Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını bildirməyə çağırır;
13. Aİ nümayəndə heyətlərini və Azərbaycandakı üzv dövlətləri vətəndaş cəmiyyətinin və insan hüquqlarının dəstəklənməsini davam etdirməyə çağırır.

Qətnamədə deyilir ki, Avropa Parlamenti demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı Azərbaycan üzrə əvvəlki 3 qətnamələri, hərtərəfli saziş üzrə Avropa İttifaqı-Azərbaycan danışıqları, həmçinin Avropa Şurası insan hüquqları komissarının və İnsan Hüquqları Komitəsinin, Avropa Şurasının bloger Mehman Hüseynovun işi bəyanatlarını diqqətə alır.

 

Bununla əlaqədar Avropa Parlamenti blogerin təqib olunmasını, onun ikiillik cəzasının daha 5-7 il müddətinə uzadılması məqsədilə yeni uydurma ittihamların irəli sürülməsini pisləyir.

Sonra qətnamədə ictimai fəallara (Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə), jurnalistlərə (Xədicə İsmayılova) qarşı repressiyalara, vəkillərin hüquqlarının pozulmasına, qanunvericiliyə mürtəce düzəlişlər, “Azadlıq” radiosu da daxil olmaqla, müstəqil KİV-in fəaliyyətinin bloklanması, həmçinin Avropa İnsan Hüquqlarını Məhkəməsinin (AİHM) qərarı ilə müxalifətçilərə və jurnalistlərə kompensasiya ödənilməsindən hakimiyyətin imtina etməsinə dair faktlar sadalanır…

Nəzərə almaq lazımdır ki, bu müstəvidə  Azərbaycan hakimiyyəti Avropa Şurasının bəzi üzvlərini ələ alıb ki, həmin pozuntulara görə öz ünvanına olan tənqidləri yumşaltsın və dünya ictimayyətini yanlış istiqamətə yönəltsin.

Avropa İttifaqı  və Azərbaycan arasındakı əməkdaşlıq prinsiplərindən irəli gələrək Avropa Parlamenti tələb edir ki,  bu Qətnamə, yalnız Mehman Hüseynovun pozulmuz hüquqlarını deyil, bütün Siyasi məhbusların hüquqlarının, bütün Azərbaycan Xalqının pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir…
Azərbaycanda fərqli düşüncə üzərinə hücumların dayandırılması və siyasi məhbus sayılan bütün şəxslərin dərhal, qeyd-şərtsiz azad olması istənilir.
Azərbaycan media azadlıgına görə 168 ölkə arasında axırdan 163-cü yedə durur, ölkədə söz-fikir azadlıgı yoxdur.
        

Avropa İttifaqı  və Azərbaycan arasındakı əməkdaşlıq prinsiplərindən irəli gələrək Avropa Parlamenti tələb edir ki,  Azərbaycan hakimiyyəti İnterpol səlahiyyətlərindən sui-istifadə hallarına son qoysun.

İnterpol, Azərbaycan hakimiyyətinin  Siyasi motivli eksdrasiylarından imtina etməlidir !

İnterpol Qanunsuz  siyas motivli eksdassiyayalara etiraz etməlidir.İnterpol öz Nizamlanməsinə uygun olaraq Azərbaycan rejiminin siyasi xarakterli tələblərini rədd etməlidir.

Mən bloger Mehman Hüseynovun və bütün Siyasi məhbusların, saxta ittihamlarla qanunsuz həbs olunanların dərhal azad olunmasını Azərbaycan rejimindən tələb edirəm.

Araşdırmaçı Jurnalist Əfqan Muxtarlının Gürcüstan Təhlükəsizlik qüvvələrinin əli il xarici ölkədən ogurlayıb Azərbaycan geri qaytarıb  və saxta ittihamlarla həbs ediblər.

Hətta, ölkədən qaçmış adamaları Azərbaycan rejimi  yenidən İnterpol vasitəsilə geri qaytarmagı İnterpoldan tələb edir, məsələn, Azərbaycan 3 deputatı təqib edib, onları Azərbaycana qaytarmaga tləb edir. İnterpol isə imtina etmişdir.

 

Avropa İttifaqı  və Azərbaycan arasındakı əməkdaşlıq prinsiplərindən irəli gələrək Avropa Parlamenti tələb edir ki,    Sənəddə Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin mühümlüyü bir daha vurğulanır, lakin qeyd olunur ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı idarəetmə, insan haqlarına və təməl azadlıqlara ehtiram göstərilməsi yeni sazişin özəyini təşkil etməlidir.

Bu məqsədlə qətnamə layihəsində Avropa Şurasına, Avropa Komissiyasına Avropa İttifaqı-Azərbaycan münasibətlərində Mehman Hüseynovun və bütün başqa siyasi məhbusların azad olunması məsələsinin prioritet olaraq saxlanmasına çağırış edilir.

Qətnamə layihəsi Avropa İttifaqının və onun üzvü olan ölkələrin Azərbaycandakı nümayəndələrinə siyasi məhbuslara, jurnalistlərə və bloqqerlərə, antikorrupsiya fəallarına, insan haqları müdafiəçilərinə və vətəndaş cəmiyyəti üzvlərinə dəstək səylərini ikiqat artırmaq çağırışı edir.

Layihədə son olaraq bu qətnamənin Avropa Şurasına, Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinə, Avropa Komissiyasına, ATƏT-ə, habelə Azərbaycan hökuməti və parlamentinə göndərilməsi rica edilir.

Parlamentin Böyük Britaniyadan olan deputatı Culi Uord hətta Azərbaycan nazirlərinə sanksiyalar tətbiq etməklə bağlı fikir səsləndirib: «Avropa Birliyi Azərbaycana dair mövqeyini daha da gücləndirməlidir. Bu ölkədə vətəndaş cəmiyyətinə hədsiz düşmənçilik mühiti var, bəzi ictimai təşkilatlar bağlanıb. Müstəqil səslər ya həbs olunur, ya da mühacirətə məcbur edilir… Hörmətli yüksəksəviyyəli nümayəndə, Azərbaycandakı təcili durum sizin Azərbaycan hökumətini Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağıran bir bəyanat verməyinizi zəruri edir. Avropa Birliyi hər hansı iqtisadi əlaqələrin olmasından asılı olmayaraq, insan haqları ilə bağlı öhdəlikləri pozan dövlətləri öz adları ilə çağırmalı və qınamalıdır. Mən həmçinin, Avropa Birliyini (AB), üzv ölkələri səsləyirəm ki, indiyədək hədəf seçilməyən prezident və onun nazirlərinə sanksiyalar tətbiq etsinlər».

 

Müzakirədən sonra böyük səs çoxluğu ilə qəbul olunan qətnamədə AB və Azərbaycan arasında Yeni Sazişin mühümlüyü bir daha vurğulanır. Lakin qeyd olunur ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı idarəetmə, insan haqlarına və təməl azadlıqlara ehtiram göstərilməsi Yeni Sazişin özəyini təşkil etməlidir.

 

Avropa İttifaqı  və Azərbaycan arasındakı əməkdaşlıq prinsiplərindən irəli gələrək Avropa Parlamenti Qətnamənin məcburi icraa olunmasını tələb edirlər.

 

Azərbaycan hakimiyyəti Avropa Parlamenti Qətnaməsindən irəli gələn beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməlidir.

 

Ardı var …

 

 

 

 

 

Print Friendly, PDF & Email