Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Avropa Şurası Nazirlər Komitəsi REAL hərəkatının lideri İlqar Məmmədovun şərtsiz azad edilməsi çağırışına riayət etmədiyinə görə Azərbaycana qarşı prosedura başlayıb.

2010-ci ildə ilk prosedur zamanı komitə rəsmən məhkəməyə hökumətin bu işlə bağlı məhkəmənin qərarlarına təsirinin araşdırılmasını istəmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsi bu qənaətə gəlib ki, İ. Məmmədova qarşı tədbir onun susdurulması və cəzalandırılması məqsədi daşıyır.

2014-cü ilin mayında məhkəmə İ.Məmmədovun cinayət işlətdiyinə dair heç bir fakt ya dəlil, onun həbsi və məhkəmədən öncə həbsinə dair məlumat ələ edilmədiyini bildirib.

Məhkəmə Avropa Konvensiyasının İnsan Hüquqları Konvensiyasının 5,6 və 18-ci maddələrinin pozulduğunu müəyyən edib.

2017-ci ilin noyabr ayınadək 18-ci maddənin beş dəfə pozulduğu qeydə alınıb.

İ. Məmmədovdan başqa digər bütün müttəhimlər konvensiyaya əsasən azadlığa buraxılıb.

2014-cü il dekabrın 14-dən bəri Nazirlər Komitəsi dəfələrlə qərarlar və qətnamələr qəbul edib, İ.Məmmədovun təcili və şərtsiz azadlığa buraxılmasını tələb edib.

AŞ Nazirlər Komitəsi Azərbaycan hökumətinin İ. Məmmədova qarşı ittihamlarının heç bir əsası olmadığını hesab edir.

Ancaq üç il keçdikdən sonra İ. Məmmədov hələ də həbsdədir. Odur ki, Nazirlər Komitəsi işin Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması haqda qərar qəbul edib.

Məhkəmə əvvəlki qərarın yerinə yetirilməməsinin Konvensiyanın əlavə olaraq pozulması sayılmasına dair əlavə qərar qəbul edəcək.

Hüqüq-müdafiəçisi Rəsul Cəfərov Nazirlər Komitəsinin qərarını Turan-a şərh edərkən diqqəti ona yönəldib ki, belə addım ilk dəfədir atılır və çoxları buna inanmırdı.

Bundan əlavə, Nazirlər Komitəsinin qərarı təsdiqləyir ki, AİHM-in İ.Məmmədovun işi üzrə ilk qərarı onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını nəzərdə tutub və onun həbsdə saxlanması ilə bağlı hökimətin arqumentləri tutarlı deyil.

Onun fikrincə, əgər İ.Məmmədov tezliklə azadlığa buraxılmasa bu prosedur sonda Azərbaycana qarşı sanksiyalara səbəb ola bilər.

Buna yol verilməməsi üçün o, hakimiyyəti İ.Məmmədovu mümkün qədər tez azad etməyə çağırıb.

* REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. Şəhərə asayiş bərpa olunduqdan sonra getməsinə baxmayaraq, İ.Məmmədov kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

2014-cü ilin mayındaAvropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərara alıb ki, İ.Məmmədovun həbs edilməsi və həbsdə saxlanması Avropa konvensiyasının bir çox müddəasının pozulması ilə müşayiət edilib və onun azadlığa buraxılmasını tələb edib.