Print Friendly, PDF & Email

 

 

 

 

 

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) çərşənbə axşamı üçüncü mərhələdə səs çoxluğu ilə Kiprli parlamentari Stella Kiriakidesi AŞPA-nın yeni rəhbəri seçib.

Kiriakides 2018-ci ilin yanvarına qədər Assambleyaya rəhbərlik edəcək. Bundan sonra AŞPA yenidən, amma bu dəfə artıq yeni siyasi qrupdan sədr seçəcək.

Stella Kiriakides 2016-cı il iyunun 20-dən Assambleyada Kiprin nümayəndə heyətinin üzvüdür. O, AŞPA-nın sosial məsələlər, səhiyyə və sabit inkişaf komitəsinin sədridir.

Kiriakides keçmiş AŞPA rəhbəri Pedro Aqramuntun vəzifədən kənarlaşdırılması haqqında vəsatəti imzalamışdı.