Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

Mühacir azərbaycanlılar yeni təşkilatda birləşəcəklər

 

34563616 2130735846955282 5940790951281688576 n

 

Bu gün (03 iyun 2018) Almaniyada mühacir azərbaycanlılar yeni təşkilat yaradıblar. DAS (Demokratik Azərbaycanı Seç) adlanacaq təşkilat əsasən ictimai, siyasi və hüquqi sahələri əhatələsə də, mədəniyyət və təhsil sahəsinə də ciddi önəm verəcək. Bu barədə Dogru-yol.com-a DAS-ın Təşkilat Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, təsis qurultayı keçirilənə qədər DAS-ı Təşkilat Komitəsi idarə edəcək: “Bu gün təşkilatın adı və faəliyyət istiqamətləri müzakirə olundu və müvaqif qərarlar qəbul edildi. Eyni zamanda Təşkilat Komitəsinin tərkibi və görəcəyi işlər dəqiqləşdirildi. DAS barədə ətraflı məlumat ilkin təşkilatı işlər bitəndən sonra veriləcək. Əsas istiqamətimiz yaxın aylarda təsis qurultayını keçirdib, geniş fəaliyyətə başlamaqdır”.

dogru-yol.com

Ulduz, Fransa, Paris, 06.06.2018

www.avropaninsesi.com

info@avropaninsesi.com