Son zamanlar Azərbaycan hakimiyyəti xaricidə yaşayan real demokratik fikirli  Azərbaycanləlara qarşı “Tamamilə məxfi” mühacir ovunu aktivləşdirib.   Xususilə,  Avropa Miqrassiya Təşkilatlarına  KQB-in məxfi “Danoslarını” ötürürlər. Diqqət çkən odur ki, bu müraciətlərin çoxu Əlikram Hümbətovçu Separatçıların çoxluq təşkil etdiyi Hollandiya üzərindən edilir, şikayətlərin müxtəlif vaxtlarda verilməsinə baxmayaraq hamısının mzmunu eynidir…

Avropada  yaşayan DTX-in  agent-mühacirləri  öz həmvətənlərindən Beynəlxalq Təşkilatlara “Danos” ötürürlər ! – 02.10.2012  – KQB agentlərini üdən tanıyın

Daha ətrafl; bax: 

http://www.faktxeber.com/avropada-ya350ayan-m220hac304r-az399rbaycanlilar-beyn399lxalq-t399350k304latlar-qar350isinda-t399l399b-qoydular_h59918.html

 

1.”AVROPADA YAŞAYAN MÜHACİR AZƏRBAYCANLILAR BEYNƏLXALQ TƏŞKİLATLAR QARŞISINDA TƏLƏB QOYDULAR!

FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Avropada yaşayan mühacir azərbaycanlıların təmsil olunduğu təşkilatlar Avropa Şurasının prezidenti Herman Van Rompeyə, Avropa Parlamentinin prezidenti cənab Martin Schulza, Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyona,  ATƏT-in baş katibi Lamberto Zannieriyə müraciət ünvanlayıblar.  Müraciətdə deyilir:

“Hörmətli cənablar!
Son zamanlar Azərbaycan KİV-lərində yayımlanan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim elitaya və siyasi rəhbərliyə yaxınlığı ilə tanınan Gülər Əhmədova və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, deputatlığa namizəd, hal-hazırda Fransada mühacir həyati yaşayan Elşad Abdullayev arasında axırıncının rüşvət müqabilində parlamentə deputat edilməsi barədəki video- sənəd cəmiyyətdə ciddi rezonansa səbəb olmuşdur.

Həmin video-sənədə Gülər Əhmədova tərəfindən Parlamentin seçkilərlə deyil,  rüşvət müqabilində tərtib olunan və dəyişdirilə bilən prezident siyahısı əsasında müəyyənləşdirildiyi açıq aydın ortaya çıxır. Habelə, Parlamentin rəhbər orqanlarına vəzifələrə təyinatın rüşvət əsasında aparıldığı, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların bu qalmaqalda adının hallanması göstərilir. Məlum olur ki, seçkili dövlət orqanları xalq yox, siyasi işbazlar və qruplar tərəfindən müəyyənləşdirir və belə qruplar bir neçədir. Bundan başqa son dövrün ən mühüm proseslərindən olan Əli İnsanov, Fərhad Əliyev işinin siyasi xarakterli olduğu təsdiqlənir və digər olduqca əhəmiyyətli məsələlər meydana çıxır

Təəssüf  hiss ilə diqqətinizə çatdırmaq istəyirik ki, Azərbaycanda əsası 1993-cü ildən, keçmiş KQB generalı Heydər Əliyev tərəfindən qoyulan ailə-klan hakimiyyəti ölkədə keçirilən bütün seçkiləri Avropa və Beynəlxalq qanunvericiliklərdə öz əksini tapmış azadlıq, ədalətli və bərabərlik prinsiplərindən tamamilə imtina edilməsi, həmin prinsiplərə söykənən dəyərlərin ayaqlar altına alınaraq tapdanması yolu ilə reallasdırılmışdır. Xatırladaq ki, təkcə 2005-ci il parlament seçkilərinə dair Avropa Məhkəməsində 20- dən çox qərar çıxarılmışdı. Azərbaycanda keçirilən seçkilərdə baş verən ciddi qanunsuzluqlara etiraz edən müxalif qüvvələrə qarşı tətbiq edilən kütləvi repressiya, demokratiya fəallarının kütləvi həbsləri, onların öz işlərindən, oxuduqları təhsil ocaqlarından qovulmaları, onlara qarşı Stalinizm dövrünün “xalq düşməni” ovunu xatırladan kampaniyaların aparılması, yüzlərlə və minlərlə müxalifətçinin vətənindən didərgin düşərək Avropa və dünyanın başqa ölkələrinə üz tutması bu gün Azərbaycanda öz dərin izini buraxmışdır.

Bütün bunların demokratik Avropanın gözləri qarşısında, bəzən isə onun demokratiya ilə bağlı olan qurumlarının nümayəndələrinin razılığı ilə baş verməsi bizləri ciddi narahat edir. Avropa Şurasının, Avropa Birliyininn, ATƏT-in bəzi nüfuzlu nümayəndələrinin, xüsusilə də türk əsilli diplomatların, Avropa Şurası Parlament Assambleyasının sədri Mövlut Çavuşoğlunun 2009-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkilərini izləmiş Avropa Şurası müşahidə qrupunun rəhbəri Qaya Doğanoğlunun, Azərbaycandakı  ailə-klan hakimiyyətinə olan havadarlığı, ATƏT-in Bakı Ofisinin əvvəlki rəhbəri, türkiyəli diplomat Əli Bilgə Cankorelin və ofisin yeni rəhbəri Koray Tarqayın fəaliyyətsizliyi, demokratiyadan daha çox iqtisadi və şəxsi maraqlara önəm verməsi təkcə demokratik idealları əsas tutanları deyil, həm də öz baxışlarında möhkəm olmayan böyük əksəriyyət tərəfindən Avropa tipli demokratiyaya inamı sarsıdır. Bu adamlar vəziyyətin niyə bu şəkil almasına olduqca sadə bir formul ilə cavab tapırlar: “Avropa Azərbaycanda demokratik quruluşun formalaşmasında maraqlı deyil. Onun üçün daha asan yol avtoritar hakimiyyətlə dil tapmaq və öz iqtisadi susuzluqlarını söndürməkdir”.

Hormətli cənablar!
Məgər 1993-cü ildən üzü bu yana Azərbaycanda keçirilən seçkilərin hansı şəraitdə keçirilməsi, onların nəticələrinin hansı formada saxtalaşdırılmasından xəbəriniz yoxdurmu? Sizlərə elə gəlmirmi ki, əhəmiyyətli demokratiya potensialına malik olan bir ölkədə ərəb dünyasının neft ölkələrinə bənzər bir rejimin əsasi qoyulub  – elə bir ölkənin ki, orada hər şeyi ailəyə yaxın olan bir qrup “şeyx”lər həll edəcək? Siz demokratik ideallardan niyə belə asanlıqla imtina edirsiniz? Doğrudanmı inanırsınız ki, Nazarbayev, Kərimov və Əliyevlər kimi klanların başlarını sığallamaqla Avropa düzəninə yeni töhfələr vermək mümkündür?

Biz, Avropada yaşayan siyasi mühacir qurumlarının təmsilçiləri olaraq, hesab edirik ki, demokratik dəyərlər universal dəyərlərdir və bu müstəvidə Avropa Şurası, Avropa Birliyi, ATƏT Azərbaycanda baş verən seçki saxtakarlıqları, siyasi fəaliyyətlərin və sərbəst toplaşma hüquqlarının məhdudlaşdırılması, insan haqlarına, demokratik dəyərlərə sayğısızlıq göstərən avtoritar rejim təmsilçilərindən Azərbaycan hökumətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsi üçün təxirəsalinmaz tədbirlər görməyinizi tələb edirik.

1.Eldəniz Yusifov – Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı; Hollandiya
2.Rəşad Sadıqov – Odlar Yurdu Təşkilatı; Hollandiya
3.Fikrət Hüseynli – Yeni Müxalifət Hərəkatı; Hollandiya
4.Əsəd Qasımov- Flevoland Azərbaycanlıları Cəmiyyəti; Hollandiya
5.Samit Məmmədli – Niderland Azərbaycan Kültür Mərkəzi; Hollandiya
6.Azər Ramizoğlu -Azərbaycanda Demokratiyaya Dəstək Komitəsi; Hollandiya
7.Əli Hacılı- Azeriunited Təşkilatı; Hollandiya
8.İlham Həsən – Franktfurt Azərbaycan Cəmiyyəti; Almaniya
9.İntiqam Məmmədov – Dusseldorf Azərbaycan Cəmiyyəti; Almaniya 
10.Yusif Abulov – Mainiz Azərbaycanlıları Cəmiyyəti; Almaniya
11.Ədalət Quliyev – Dünya Azərbaycanlıları Birliyi; Belçika
12.Sərdar Ağayev – “Xəzər” Cəmiyyəti; İsveç
13.Əli Ağayev – “Prometey” Ttəşkilatı; İsveç
14.Teymur Eminbəyli – Bütöv Azərbaycan Təşkilatı; İsveç
15.İsa Sadıqov – “Odlar Yurdu” Təşkilatı; (ehtiyatda olan polkovnik): Norveç” “

faktxeber.com

P.S :

2.Araşdırmaçı Jurnalist Əfqan Muxtarlının Tiblisi şəhərindən ogurlanması. 30.06.2017. Son zamnlar Azərbaycan Diktatorlugu aktiv mühacir ovuna başalayıb.  Xüsusilə, beynəlxalq qalmaqala səbəb olan dəyərli Araşdırmaçı Jurnalist Əfqan Muxtarlının Tiblisi şəhərindən qanunsuz ogurlanaraq Bakıda saxta ittihamlarla həbs olunması bütün dünyanı şaşırtdı. Əlbəttə, Əfqan Muxtarlının ogurlançasının əsas səbəbi Gizli polisin məxfi “zəhmətkeş şiayəti” olub.

 

 

3.“Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyev Məhkəmə qərarı  ilə Holladiyadan deportasiya ediliməsi. 03.07.2017

 

 

Avropada müxalifətçi pərdəsi adı altında gizlənmiş KQB  məxfi “Danosu” çu qrupunun (Ataxan Əbilov, Fikrət Hüseynli, Yeganə Əmiraslanova, DİN-in keçmiş Miqrassiya İdarəsinin rəisi, Polis polkovhiki Əlövsətt Əliyev …)  xalqımıza qarşı xəyanət yolunu tutaraq gizlin müraciətləri  əsasənda demokratik düşərgənin öncüllərindən olan “Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyev Məhkəmə qərarı  ilə Holladiyadan deportasiya edilib  …Hamiya bəllidir ki, uzun müddətdir ki, fəaliyyəti göz qabagında olan “Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyevə otrum hüququnun verilməsi üçün heç bir problem yoxdur. Lakin, yaxşı deyirlər qonşun dürüst olarsa, kor qızında ərə gedər. Təəsüf ki, Rahim Hacıyev özünün tələbə yoldaşı hesab etdiyi Ataxan Əbilova etibar edib onun yanına Hollandiyaya sıgınıb. Mötəbər mənbəələrdən aldıgımız məlumata görə Ataxan Əbilovun, Fikrət Hüseynlinin, Yeganə Əmiraslanovanın və s.   KQB-in Danoscu qrupu ondan Niderlandın səlahiyyətli orqanlarına Rahim Hacıyev haqqında həqiqətə uygun olmayan məxfi informasiyalar ötürüblər.

Hətta, Ataxan Əbilovun KQB-in Avropada yerləşdirdiyi xəfiyyə qrupu öz müəllimi ABU-in rektoru, hüquq professoru Elşad Abdullayevdən və bir sıra Azərbayvcan vətəndaşları haqqında Avropanın Miqrassiya İdraələrinə  dəfələrlə yalan məlumatlarını –  KQB-in Tamamilə məxfi Danoslarını ötürüblər. Bu səbəbdən də onların – Ataxan Əbilov, Fikrət Hüseynli, Yeganə Əmiraslanova və s.  bu cinayət əməlləri Avropaninsesi.com saytında geniş ictimailəşdirildi.

4.  AAMBŞ-in sədri Gabil Rzayev, hüquq professoru Elsad Abdullayev, doc. Riyad Əliyev, fəal  gənc Azər Qədirov, “Həftə az’’ qəzetinin Baş redaktoru Aqil Mahmudov haqqinda saxta şikayətləri    KQB agentlərinin məxfi qarayaxması hesab edirik! 31.-05.2017

 

 

KQB-in Avropa xəfiyyələrinin son Gizlin Danoslarından biri də  Avropada yaşayan ən ləyaqətli həmvətənlərimizi gözdən salmaq  məqsədilə edilmişdi. Aşagida gördüyünüz müracit KQB-in (DTX) müxaliftçi pərdəsi adı altında gizlənmiş  Avropada yerləşdirdiyi  xəfiyyələri tərəfindən demokratik fikirli  dəyərli Azərbaycanlı mühacirlərimizin əleyhinə saxta fabrikovat olunmuş KQB-in (DTX) Tamamilə məxfi agentlərinin “Danosu’’dur.

Şikayəti 58 illik  Azərbaycanının despotik diktatura rejiminin  sifarişilə Separatçı Qondarma  Talis Mugan Respublikasinin “Prezidenti” Əliikram Hümbətovun hüquq məsələləri üzrə müavini, Hollandiyada guya mühacir həyatı yasayan Iranin Etalat ve Rusiyanin KQB-in bilavasitə muzdlu xidmətində olan  Ataxan Əbilov,  Azərbaycan saatı TV-in jurnalisti Fikrət Hüseynli, DTX-in Əks-Kəşfiyyat qəzetnin Avropa təmsilçisi Yeganə Əmiraslanova  və s. tərəfindən yazılmış və  özlərisayagı 20 -yə yaxin KQB ilə iş birliyində olan Avropada müxalifəqtçi pərdəsi adı altında gizlənmiş “Mühacirlər” tərəfindən  imzalamisdir.

Bir nece gün icerisinde bu “sənədi” hüquqi cehetden arasdirdiqdan sonra teskilatimizin beyanatini yayacaq. Bəynatda Azərbaycan ictimayyətinə və mediasına yaxşı bəlli olan Ataxan Əbilov, Yeganə Əmiraslanova Fikrət Hüseynli, DİN-in keçmiş Miqrassiya İdarəsinin rəisi Polis polkovniki Əlövsət Əliyev və s. Azərbaycanın ərazi bütövlüyünü pozan , Azərbaycanın  dövlət suverenliyinə qəsd edən və ölkıədə etnik separatizmi alovlandıran anti-milli vətənşüvənlik edən şəxslər haqqında informasiya veriləçəkdi.

Daha ətraflı bax : 

http://avropaninsesi.org/ataxan-%C9%99bilov-de-fakto-v%C9%99-de-yure-az%C9%99rbaycan-v%C9%99t%C9%99ndasligi-movqeyin%C9%99-x%C9%99yan%C9%99t-edib-video-0102-ci-d%C9%99qiq%C9%99sind%C9%99n/

http://avropaninsesi.org/?s=Ataxan+%C6%8Fbilov

və s.

Yayinlayacagimiz bu bəyanat  Yeganə Əmiraslanova, Ataxan Abilov və Fikrət Hüseynli,DİN-in keçmiş Miqrassiya İdarəsinin rəisi Polis polkovniki Əlövsət Əliyevin hazirladigi bu KQB-in danosunda fərqli dillərə tərcümə edilərək həm Almaniya, Fransa və Isvecrənin Miqrasiya və Hüquq-mühafizə orqanlarina, Həmdə hər üc ölkənin yerli Mətbuatina adi kecən şəxslərin rəsmləri ile birlikdə təqdim ediləcək.

Qabil Rzayevin bandası haqqında şikayət
среда, 31 мая 2017 19:13 Ataxan Abilov <ataxanabilov@mail.com> писал(а):

Hörmətli cənablar,
Təəssüf ki, biz sizə xoşagəlməz bir proses haqqında məlumat verməli oluruq. Buna məcburuq, çünki bu proses uzun müddətdir davam edir, narahatlıq yaradır və biz bu prosesin arxasında bir dövlətin, konkret olaraq, Azərbaycanın xüsusi xidmət orqanlarının dayandığına əminik.
Söhbət Avropada (Almaniya, İsveçrə, Fransa) məskunlaşan, hal- hazırkı statusları barədə bizdə dəqiq məlumat olmayan bir qrup şəxsdən gedir.
Bunlar:
1. Qabil Rzayev,
2. Elşad Abdullayev,
3. Riyad Əliyev;
4. Azər Qədirov;
5. Aqil Mahmudov və onlarla bizə bəlli olan mülahizələrə görə birləşmiş bir qrup şəxsdən gedir.

1.Qabil Rzayev – özünü Azərbaycanda Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) sabiq üzvü kimi təqdim edərək, İsveçrədə siyasi orurub alınması barədə məlumatlar var. Əslində isə Qabil Rzayevin OMON-la qısa əlaqələri onun həmin strukturdan intizam qaydalarından dolayı qovulması ilə bitmişdi. Hazırda müxtəlif qiyafələrdə: hüquq müdafiəçisi, ədalət çarçısı, islamçı-dindar, Əl-Nusra sippartizanı və s. qismində çıxış edir.
Ən maraqlısı isə Qabil Rzayevin yaxın qohumu (bacisi qizi) Ülkər Məmmədovanın İSİD teror qruplaşmasının üzvü olması və onun qanli Ankara terorunu törədən şəxs olduğu təsdiqlənib. Hazırda Turkiyə Polisi tərəfindən qırmızı xətlə terrorçu qismində xüsusi axtarişa verilən Ulkər Məmmədova haqqında Qabil Rzayev açıq tekstlə “onunla fəxr edirəm” söyləyir.
2. Elşad Abdullayev – Fransa Respublikasına sığınana qədər Azərbaycanda mövcüd avtoritar rejimin ən yaxın adamlardan biri olmuşdur. O, 1993-2008-ci illərdə AR-da keçirilən prezident seçkilərində iki dəfə əvvəlki prezident Heydər Əliyevin, bir dəfə isə hazırkı prezident İlham Əliyevin vəkili olmuşdur. Həmən illərdə Elşad Abdullayev avtoritar rejimlə xüsusi yaxınlığı ilə seçilən Azərbaycan Beynəlxlaq Universitetə rəhbərlik etmişdir. O, demokratik fikirli insanların avtoritar rejim tərəfindən təqibində fəal iştirak etmiş, bununla rejimin törətdiyi insanlıq əleyhinə cinayətlərdə çox fəal bir yer almışdır.

BMT-nin Qaçqınların statusu haqqında 1951-ci il konvensiyasının 1F maddəsinə görə insanlıq əleyhinə törədilən cinayətlərdə iştirakçı olan şəxslərə həmin Konvensiya şamil edilə bilməz. Elşad Abdullayev 15 il ərzində avtoritar rejimlə insanlıq əleyhinə cinayətlərin törədilməsində fəal əməkdaşlıq etmiş, belə fəaliyyəti dəstəkləmiş və təbliğ etmişdir.

Qeyd edilənlərdən əlavə Elşad Abdullayev bir sıra ağır cinayətlər törətmişdir. O, uzun müddət rəhbərlik etdiyi Universitetdə korrupsiya ilə məşğul olmuş və qeyri-qanuni olaraq xeyli sərvət toplamışdır. Bu vəsaitin bir hissəsini (bir milyon ABŞ dolları) o, AR parlamentinə seçilmək üçün yuxarı məmurlara ötürmüş və bunu video lentə almışdır,bax:

https://www.youtube.com/watch?v=IugV-kX_nrc

Ona deputat mandatı verilməyəndə isə, Elşad Abdullayev bir milyon rüşvət verdiyini açıqlamış və bu barədə çəkdiyi video materialı ictimailəşdirmişdir. Elşad Abdullayev deputat seçilmək üçün verdiyi bir milyon dollar rüşvəti seçkinin nəticələri elan edilənə qədər açıqlasaydı, hüquqi baxımdan onun əməlində ruşvətvermə cinayəti aradan qalxmış olardı. O, bunu artıq seçilmə imkanın aradan qalxdıqdan sonra etdiyinə görə, belə ağır cinayətə görə məsuliyyət Elşad Abdulayevin üzərində qalır. Belə olan halda Fransa hökümətinin Elşad Abdullayevi indiyə kimi mühakimə etməməsi Fransa Respublikasının demokratik dəyərlərə sayğı göstərməsini şübhə altına alır.

Elşad Abdullayev çox şaxəli korrupsiya fəaliyyəti nəticəsində “qazandıqlarını” avtoritar rejimin sahiblərilə bölüşdürə bilmədiyinə görə onların qəzəbinə gəlmiş və buna görə Elşad Abdullayev Azərbaycandan qaçmışdır.
Elşad Abdullayev və Gabil Rzayev Avropaya sığındıqdan sonra da insan haqları müdafiəçilərinə qarşı özünün çirkin fəaliyyətinə son qoymamış, müxtəlif saytlar yaratmaqla və sosial şəbəkələrdə insan haqları müdafiəçilərinə qarşı qara piar kompaniyaya rəhbərlik edir, onlardan “xalq düşməni” obrazı yaradır, onları təhdid edir, qorxu altında saxlayır. Onlar bu gün də vicdanlı insanlar haqqında hədə, şantaj, böhtan, iftira dolu yalan məlumatlar yaymaqdadırlar.

3.Riyad Əliyev – özünü Azərbaycanda “Təfəkkür” adı ilə fəaliyyət göstərən universitetin, guya Ukraynadakı filialının direktoru kimi təqdim edir. Guya bu filial Kiyevdəki Interregional Academy of Personnel Management bazasında fəaliyyət göstərib. Əslində isə tamamilə yalan məlumatdır və Riyad Əliyev heç zaman belə bir universitetin filial direktoru olmayıb. O, sadəcə olaraq Azərbaycanlı gənclərin rüşvət müqabilində Kiyevdəki adı çəkilən universitetə sənədləşdirilməsini təşkil edən dəllallardan biri olub, Azərbaycanda çoxlu sayda adamları aldadıb onların pullarını aldığına görə həbs edilib, həbsdən çıxandan sonra Almaniyaya qaçıb. Biz Kiyevdəki Interregional Academy of Personnel Management adlı universitetlə əlaqə saxlamışıq, Universitetdən bizə qətiyyətlə bildiriblər ki, Təfəkkür Universitetinin filialının Riyad Əliyev adlı direktoru olmayıb, bunu siz özünüz də sorğu göndərməklə təsdiq edə bilərsiniz.
4. Azər Qədirov – Azərbaycan xüsusi xidmət orqanlarının Almaniyaya yerləşdirdiyi şəxsdir. Bu cür şəxslərin sırasında Azər Qədirov tək deyil. Onların vəzifəsi yerləşdirildikləri ölkələrdə hansısa mühüm məlumatları toplamaq və Azərbaycana təqdim etmək deyil. Bunların əsas missiyası Avropaya qaçıb gələn siyasi mühacirlərin yerlərini, onların əlaqələrini, fəaliyyətlərini izləmək və vaxtaşırı Azərbaycan hakimiyyətinə məlumat verməkdən ibarətdir.
5. Aqil Mahmudov – Almaniyaya (və ya İsveçrəyə) jurnalist kimi mühacirət etmişdir. Həqiqətən də Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olub. Amma 2005-ci ildən Azərbaycanın xüsusi xidmət orqanlarının agenturasına cəlb edilib və ölkədə demokratik müxalifətə qarşı informasiya təxribatlarında istifadə edilmişdir. Onun ilk təyinatı, Azərbaycanda yeganə müxalifət qəzeti olan Azadlıq qəzetinin dublikatını nəşr etdirmək olub. Nəşr etdirdiyi qəzetin bütün dizaynı, loqosu, tərtibatə Azadlıq qəzetinin eynisi olub, sadəcə olaraq “Azadlıq+” adlandırılıb.
Bu insanların indiki missiyası Avropada məskunlaşan siyasi mühacirlər arasından daha fəal olanlarını müəyyənləşdirmək və onlara qarşı hər cür təxribatları təşkil etməkdən ibarətdir. Onlar üzdə sosial şəbəkələrdən istifadə edir, arxada isə Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsindən aldıqları sifarişlər üzrə hərəkət edirlər. Məxfi fəaliyyətlərindən ən mühümü siyasi mühacirlərin təşkilatlanma tendensiyalarını müəyyən etmək, təşkilati aktivliyi olanlar haqqında xüsusi məlumatları toplamaq və Azərbaycan hökumətinə təqdim etməkdir. Hakimiyyət isə bu adamlara ya birbaşa, ya da dolayısı ilə təzyiqlər təşkil edir. Dolayısı təzyiqlər əsasən bundan ibarət olur ki, fəal mühacirlərin Azərbaycanda olan yaxın qohumlarına qarşı repressiyalar təşkil edilir.
Bu məktubda sadalanan və sadalanmayan insanlar siyasi mühacirətin şantaj edilməsi, onların məqsədli şəkildə gözdən salınması, siyasi fəalların Avropa ölkələrindən sığınma haqqı əldə edə bilməməsi üçün yalan və böhtan xarakterli məlumatların təqdim edilməsi ilə məşğuldurlar.
Hal-hazırda bu adamların əsas kütləsi İcveçrədə yaşayan və belə görünür ki, orada siyasi sığınma hüququ ilə yaşayan Qabil Rzayev adlı şəxsin ətrafında birləşiblər.
Biz aşağıda imza edən bu şəxslər bu məlumatı sizə yollmağı zəruri saydıq. Tamamilə mümkündür ki, bu şəxslərin daha hansısa niyyətləri və Azərbaycan hakimiyyətinin repressiya maşınından aldıqları sifarişlər var, bunları dəqiqləşdirmək, sizin hüququnuzdur. Biz öz tərəfimizdən bu işlərlə məşğul olmaq istəmirik.

среда, 31 мая 2017 19:13 Ataxan Abilov

ataxanabilov@mail.com “

 

İmza:  Hüquq professoru Elşad Abdullayev

Fransa, Paris, 30 iyun 2017

Daha ətraflı bax avropaninsesi.com:

Həsən Səftərov (Kanada); Ataxan Əbilov (Hollandiya);  Separatçı Ataxan Əbilov; Separatçı Qondarma Talış Mugan Respublikasının Prezidenti Əlikram Hümbətov;Qondarma Daglıq Qarabag Respublikas; Hilal Məmmədov; KQB; Gizli polis; Avropada KQB-in xəfiyyələri; Agentləri;  Gülərqeyt işi; Əli Həsənov; Sonanın uşaqları- reket jurnalist Asif Mərzili;  Rahim Hacıyev; Əfqan Muxtarlı; MTN işi; Polis işl;  Mahir Abdullayev; Mübariz Abdullayev;  Azəbaycan Beynəlxalq Universiteti; ABU; Siyasi Məhbuslar; Siyasi girov; Avropa Məhkəməsi…

info@avropaninsesi.com

Ulduz, 14 iyul 2017

 

 

 

 

 

 

Print Friendly, PDF & Email