Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Avropaninsesi.com Fransada fəaliyyət göstərən  azd fikirli insanların saytıdır !

 

elshadalawprof@gmail.com

Azərbaycansayagı söz-media-internet azadlgı !

Hörmətli sayt oxucuları! Nəzərinizə çatdıraq ki, 25 yanvar  2017 ci ildən bizim təsis etdiyimiz avropaninsesi.com saytı internet üzərindən Azərbaycana girişi heç bir əsas olmadan bloklanmışdı. Biz hərtərəfli araşdırma apardıqdan sonra bəlli oldu  ki, dünyanın istənilən ölkəsindən avropaninsesi.com saytımıza giriş mümkündü.

Avropaninsesi.com Fransada fəaliyyət göstərən  azd fikirli insanların saytıdır !

Ancaq, dünayanın ən qəddar despotik diktator rejimi olan öz dogma ölkəmizdə avropaninsesi.com saytına giriş söz azdlıgı və mətbuat azadlıgının düşmənləri tərəfindən internet üzərindən mümkünsüz olub.

Yəni, domen.az və serverlik heç bir problem yoxdur. Buna görə də Rabitə nazirinə rəsmi müraciət ünvanladıq. Artıq,  bir ildən çox vaxt keçsə də müraciətimizə cavab gəlməyib. Bundan sonra,  Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nazirliyi və PA-da bizim sahəmizə aydiyyəti olan vəzifə sahiblərini məhkəmə qarşısına çıxartmaq məcburiyyətində qalırıq. Hər-halda məhkəmə proseslərində mübahisələndirib və qanunsuz addım atan hər kəsi ifşa edib böyük məbləğdə bizə dəyən mənəvi və maddi ziyanı ödətdirməyə çalışacağıq. Əgər, lazım gələrsə bu qanuna zidd əməlləri Avropa İnsan Hüquqlarını Müdafiəedən Məhkəməyə qədər aparacayıq. Yaxşı olar ki, törədilmiş bu cinayətin üstünün açılmasında Azərbaycanın siyasi rəhbərliyi də məşqul olsun. Çünki, bu törədilən söz azadlıgına və media azadlıgına qarşı ”terror” ölkəmiz və dövlətçiliyimiz üçün biyabırçılıqdan başqa bir şey deyil.

Əgər, bir millət, istər iqtidar-müxalifət partyaları və mediası  hakimiyyətdə olan şəxslərin xəyanətini,  alçaqlıgını, korrupsiyasını və Mahir Abdullayevin ogurlanması kimi cinayətlərini, yalnız siyasi görüşü mənsubiyyətinə aid oldugu üçün özünü bilə-bilə görməməzlyə vurursa, o, millət artıq qamətini-duruşunu itirmişdir. Qamətini-duruşunu  itirmiş millət, bir gün Daglıq Qarabag kimi Vətənini də zaman-zaman itirməyə məhkum olur !

Adam bilmirki, bu əxlaqsızlıgın adını nə qoyasan !?

Bizim təsis etdiyimiz müstəqil fikirli insanların Avropaninsesi.com saytının internet üzərindən Azərbaycana girişini qadagan ediblər.

Azərbaycan hakimiyyətinin belə qanunsuz əməlləri, bilavasitə Azərbaycan Respublikası Konstitusiyasının 40 və 50-ci maddələrini, habelə Avropa Konvensiyası və BMT-in İnsan Hüquqlarının müdfaiə edilməsi haqqında Bəyənnaməsinin kobud şəkildə pozulmasıdır.

Hüquqi mənada söz-media-internet azadlıgının pozulmasına görə saytın bağlanması  kibercinayətkarlıq hesab edilir…,

Lakin, Azərbaycanda dövlətin gücündən istifadə edərək adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilata media yardımı edən və Mahir Abdullayevin ogurlanması cinayətinə  Sözçülük edən ”Təzadlar” qəzetinin baş rdaktoru Asif Mərzili və ona məxsus 5-6 Sayıtları xalqımıza yalan informasiyalar sarımaqda ən yüksək “söz-media azadlıgı”na və dövlətin məxfi maddi təminata malikdir.

Sonrada,  Avropaya gəlib Beynəlxalq Təşkilalatlarda qalustuk taxıb TV-lərdə poza verib Azərbaycanda olmayan söz azadlıgından, media azadlıgından,   toleyrant diyardan agız dolusu yalanlar  danışırlar. Bəllidir ki, ölkə əhalisinin yarıdan çoxu qaçıb xarici ölkələrə sıgınan Azərbaycanda mətbuat azadlıgından danışmaq açıq-aşakar  gülünc görünür.

Bu isə əslində, dünyanın ən qəddar despotik diktatorlugunun  Azərbayacansayagı toleyrantlıgının və söz-media  azadlıgının ”təntənəsidir” !?

Azərbaycanın zalım despotik diktatura  rejimi Tolerantlıgı və söz-media azadlıgını öz əxlaqi səviyyəsində reket qəzetləri vasitəsilə günahsız olan  öz Vətəndaşlarına qarşı saxta fabrikovat olunmuş qarayaxma və şantaj etməsilə xarakterizə olunur. Ölkədə obyektiv həqiqəti yazan mediadan söhbət gedə bilməz. Mahir Abdullayevin ogurlanması cinayətini obyektiv və hərtərəfli ifşa edən  dəyərli Araşdırmaçı Jurnalist Əfqan Muxtarlı kimi xarici ölkədən – Tiblisidən ogurlayıb şərləyib saxta ittihamlarla Bakıda həbs edirlər. Fırıldaqçl və ogru, rüşvətcil və cinayətkar reket jurnalist Asif Mərzili sayagı yalan yazan qəzetçiliyin Toleyrantlıgı və söz-media  azadlıgının dövlət təminatı vardı.  Hər bir ölkənin söz-media azadlıgı və siyasi rejiminin mahiyyəti onun KİV-in nə səviyyədə olması ilə təsbit edilir …

Lakin, jurnalist etikasını və əxlaqını satan ogru və fırıldaqçı reket jurnalist ‘’Təzadlar’’ qəzetinin baş redaktoru Asif Mərzili kimi ölkədə Polis-KQB generallarının cinayətlərinə pul müqabilində media yardımı edən xalq arasında prezidentin köməkçisi əli həsənovçu Sonanın uşaqları kimi tanınan  yalan informasiayalar yayan qəzetçlər ordusu var. Bu çox təhlükəlidir, xalqına yalan informasiya verən jurnalist düşməndən daha təhlükəlidir.

Dəyərli oxucular! Siz Azərbaycanla olan avropaninsesi.com saytımızın Azərbaycana girişini  bərpa edənə qədər avropaninsesi.org və avropaninsesi.info-ya daxil olub izləyə bilərsiniz.

Əgər, avropaninsesi.com  saytını belə aça bilməsəniz, digər proqramlardan istifadə etməklə Azərbaycana girişini açmaq olar.

Bloklanmış Avropaninsesi.com saytının Azərbaycana girişini necə açmaq olar !?

Avropaninsesi.com saytının Azərbaycana girişi çətinləşib, hətta Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Naziriliyinin Delta.com tərəfindən blok olunub. Belə anti Konstitusiyon vəziyyət, yalnız Azərbaycan ərazisində belədi, Avropada və digər demokaratik ölkələrdə isə sayıtlara giriş də problem yoxdur.

Xatırlatmaq istəyirəm ki, Azərbaycanda internet monopoliyda oldgu üçün internt istifadəçilərinin və istehlakçılarının hüququ pozulur. Hüquqi baxımdan Azərbaycan Respublikası Konstitusiyasının 47 və 50-ci maddələrinə görə Azərbaycan vətəndaşların informasiya əldə etmək hüququ kobud şəkildə pozulur.Hüquqları pozulmuş sayıtlar məhkəməyə müraciət edə bilərlər.

Bu səbəbdən də sayıtların açılması üçün alternativ yollar axtarılır…

Bloklanan sayıtlara necə girmək olaramı?

Buna görə də saytları necə bloklayırlar ?

Sayıtlar bununla necə mübarizə apara bilərlər ?

Təcrübədə baglanmış Sayıtıarı hansı proqramlarla oxumaq olar ?

Mütəxəsislərin fikrincə, digər brauzerlırdən istifadə etməklə Azərbaycanda, Şimali Koreyada, Suriyada, Belarusiyada, İranda, Çində, Somalidə, Afirkada və s. kimi söz azadlıgı və müstəqil KİV-ri olmayan ölkələrdə bloklanmış Sayıtlara girmək olar. 

Praktikada bloklanmış sayıtları bir neçə üsulla açmaq olur:

1-si, translate.google-dan girib açmaq olur, bu ən sadə asan optimal metoddur…,

https://translate.google.com/?hl=az

Belə ki, linkləri google-dan tapıb, trnaslate.google-ə atıb, guya tərcümə edirsiniz və həmin bloklanmış saytın məqaləsini oldugu kimi oxuya bilərsiniz…;

2-ci tövsiyə olunan metod: Opera istifadə edənlər

Menu/Settings/Privacy & security/Enable VPN

aktiv etməklə;

3-ci: Digər brauzerlərdən (Google Chrome, FireFox) istifadə edənlər ZenMate tipli pluginləri əlavə etməklə;

4-cü: Hotspot Shield kimi DNS dəyişdirən proqramlar ilə qeyd olunan saytlara girə bilərlər…

Yeri gəlmişkən, bloklanan sayta girməyin bir yolu anonimayzer və proksi-serverlərdir. Bu metodda nəzərə aləna bilər…

Və yaxud, ən sadə üsul brauzerlərə “BROWSEC” əlavəsini quraşdırıb əlavə etməkdir. İstənilən bloklanmış saytı açır, yükləmə linkləri:

1) GOOGLE CHROME ÜÇÜN:

https://chrome.google.com/…/omghfjlpggmjjaagoclmmobgdodcjbo

2) FİREFOX ÜÇÜN :

https://addons.mozilla.org/ru/firefox/addon/browsec/

3) OPERA ÜÇÜN :

https://addons.opera.com/ru/extensions/details/browsec/…

və ya birbaşa

https://browsec.com

saytının özündən bütün brauzerlərə quraşdıra bilərsiniz.

P.S. Hörmətli sayt istifadəçiləri, xahiş olunur ki, Siz bu metodların hamısını bir yerə toplayıb daimi olaraq öz saytınızın başlıgında, görünən bir yerdə daimi olaraq yerləşdirəsiniz. İlk baxışda çətin görünsə də, lakin , praktikada göründüyü qədər də asan bir işdir…

 

Elşad Abdullayevin Facebook səhifəsindən,

Madinə, Paris, 26 yanvar 2018

info@avropaninsesi.com