Azərbaycanın birinci prezidentinin xanımı uzun müddət ağır xəstə olub

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibova iyulun 5-də səhər çağı vəfat edib.

Məlumatı Meydan TV-yə deputat Araz Əlizadə təsdiqləyib.

Ədibə Mütəllibovanın uzun müddətdir ağır xəstə olduğu bildirilirdi.

Mərhumun hüzr mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Ədibə Mütəllibova 1938-ci ildə Bakıda anadan olub

Ayaz Mütəllibov Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi idi. A.Mütəllibov 1990-1992-ci illərdə Azərbaycanın prezidenti olub.

 

meydan.tv

 

 

Print Friendly, PDF & Email