Print Friendly, PDF & Email

 

 

 

 

Video-çıxış:

 

Foto:

 

Foto: Fuad Akbarov, Almaniya, Berlin protestosu, 06.02.2018

 

Azərbayacn Diktatoru İlham Əliyevin əleyhinə Avropada etiraz mitinqlərində iştiirak etdiyimə görə Azərbaycanda yaxın qohumlarım dövlət terroruna məruz qalıb ! – Fuad Akbarov, Almaniya

Xatırladım ki, 18 yanvar 2017- ci il tarixdə Berlində Azərbaycan Səfirliyi qarşısında “Siyasi məhbuslara azadlıq” şüarı ilə keçirtdiyimiz aksiyadan sonra bütün aksiya iştirakçılarının başına gəldiyi kimi mənim də ailəm Azərbaycanda diktatoru İlham Əliyevin despotik rejiminin Gizli polisi tərəfindən aglasıgmaz təzyiq və təhdidlərə məruz qaldı. İlk öncə,  ailəmi və yaxın qohumlarımı polis idarələrinə çağırıb haqqımda izahatlar alınıb. Qohumlarım mənimlə əlaqələri olmadıqlarını söyləyərək bu təzyiqdən yaxa qurtata biliblər. Lakin xəstə valideyinlərimi və qardaşlarımı dəfələrlə polis idarəsinə aparıb və izahatlar alınıb, telefonları əllərindən alınıb yoxlanılıb. Bütün bunların səbəbini soruşduqda isə polis idarəsində deyiliblər ki, guya “oğlunuz erməni lobbisinə qoşulub dövlətə qarşı təxribat edir ”  deməklə mənim ünvanıma təhqiramiz söyüçlər demişlərdi və s. mənim ünvanıma yarışmayan şər-böhtan atıblar .

Bu mənim əleyhimə böhtan kompanıyasının səbəblərini dərin araşdırmaq üçün Azərbaycanda vəkil tutduq.Bu zaman maraqlı sürprizlə raştlaşdıq. Beləki ölkədə olmadığım müddətdə və mənim iştirakım olmadan  barəmdə dələduzluq maddəsi ilə cinayət işi açılıb. Əslində buna sevindim ki, yaxşı ki, mənə narkoman cinayəti açmayıblar. Bu necə cinayət işidir ki,bir dəfə də olsun ünvanıma bu barədə bildiriş gəlməyib və mənim iştrakım olmadan mənə qiyabi məhkəmə hökmü kəsilir !? 

Artıq, Azərbaycanda 37-ci illərin  dövlət terroru mövcuddur.

Bugün də mənə qarşı  bu təzyiq və təhdidlər yenə davam edir. Beləki 06 fevral 2018-ci il tarixdə Berlində,Almaniya Xarici İşlər nazirliyinin qarşısında “Enerji maraqlarına insan haqlarını qurban verməyin” və “Siyasi məhbuslara azadlıq” şüarı ilə keçirtdiyimiz aksiyadan sonra aksiya iştirakçılarının ailələrinə və yaxın qohumlarına təzyiq və təhdidlər başlayıb.Bu dəfə də Azərbaycan hökuməti aksiya iştirakçılarını Almaniya kəşfiyyatına casusluqda itdiham edir.Aksiya iştirakçılarının ailələrindən və qohumlarından onların əleyhinə izahatlar vermələrini tələb edirlər. Əks təqdirdə narkotik satıcısı və ya qanunsuz silah gəzdirmək ittihamları ilə təhdid edirlər. Mən,Fuad Akbarov Azərbaycan hökumətindən, ö cümlədən Baş Prokuror Zakir Qaralovdan, (DTX) Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyevdən tələb edirəm! Haqqını tələb edən insanların haqqlarını bundan artıq tapdalamayın! Aksiya iştirakçılarının ailə və qohumlarına olan təzyiq və təhdidləri durdurun! Bunun özü bir cinayətdir! Avropa Birliyindən tələbimiz isə Azərbaycan diktatoru İlham Əliyevin və korrupsiyon ailə üzvülərinin Avropaya girişinə Stop qoyulsun !!!  Diktatorlar bütün dünya üçün təhlükəlidir!

 

ABU Məzunlar Assossasiyasının üzvü, Siyasi mühacir Fuad Akbarov, Almaniya, Facebook səhifəsindən

Madina, Paris, 12.02.2018

ino@avropaninsesi.com