Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) ən çox şikayət olunan 7 ölkədən biri Azərbaycandır. Məhkəmənin hazırda icraatında olan şikayətlərin 4 faizə qədəri Azərbaycanın payına düşür. Bu haqda AİHM-in yanvarın 25-də açıqlanmış illik hesabatında bildirilir. Hesabatın mətni məhkəmənin saytında yayımlanıb.

Hesabata görə, məhkəmədə baxılmasını gözləyən şikayətlər Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, İtaliya, Macarıstan və Azərbaycandandır: Rumıniyadan daxil olmuş 9 min 900 (əhalisi 19 milyon).  İtaliyadan 4 min 650 (əhalisi 61 milyon), Macarıstandan 3 min 550 (əhalisi 9.9 milyon).

Ukraynadan 7 min 100 şikayət (əhalisi 46 milyon).

Rusiyadan 7 min 750 şikayət (147  milyon əhalisi var), Türkiyədən 7 min 500 şikayət (78 milyn əhalisi var),

Azərbaycandan isə 2 min 50 şikayət Avropa məhkəməsində baxılmasını gözləyir. 2017-ci ilin əhalinin statistik siyahıyaalma məlumatına görə Azərbaycanın 9.8 milyon əhalisi vardı.  Əhalisinin sayına görə Avropa məhkəməsinə edilən şikayətlərin xüsusi çəkisinə  görə Azərbaycan qeyd olunan ölkələrlə müqasiyədə birinci yerdə gedir. İnsan hüquqlarının pozulmasına görə də Azərbaycan hakimiyyəti dünyanın ən qəddar və zalım despotik diktatorlugu hesab edilir. Xatırlatmaq lazımdır ki, hələ şikayətçilərin 90 %-i qeydə alınmayıb…

AİHM-in icraatında olan şikayətlərin ümumilikdə 75 faizə qədəri məhz Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, İtaliya, Macarıstan və Azərbaycanın payına düşür. 25 faiz yerdə qalan 40 ölkədən daxil olan şikayətlərdir.

Ümumilikdə, 2017-ci ildə AİHM-ə müraciətlərin sayında ciddi artım olub. 2016-cı ildə məhkəməyə 53 min 400 şikayət daxil olmuşdusa, 2017-ci ildə say 63 min 400-ə çatıb. Onlardan 56 min 250-nə baxılması gözlənilir.

2017-ci ildə Azərbaycandan daxil olan şikayətlərin sayında da ciddi artım olub – 679 şikayət. Şikayətlərin sayı 2015-ci ildə 268, 2016-cı ildə isə 331 olub.

Hesabata görə, Azərbaycanda əhalinin sayına görə, 2017-ci ildə hər 10 min nəfərə 0,69 şikayət düşür. Qonşu Gürcüstanda bu kateqoriya göstərici üzrə hər 10 min nəfərə 0,24 şikayət düşür.

Qərar sayına görə, Azərbaycan Rusiya və Ukraynadqan sonra MDB-də 3-cü yeri tutur və AİHM 2017-ci ildə Azərbaycanla bağlı 26 qərar verib.

Məhkəmənin statistikasına görə, Azərbaycanda vətəndaşların daha çox ədalətli məhkəmə araşdırması, sərbəst toplaşmaq və azadlıq hüququ pozulur.

Bir ildə məhkəmə Azərbaycanla bağlı işlərdə 16 dəfə ədalətli məhkəmə araşdırması və toplaşmaq azadlığı hüququnun pozuntusunu tanıyıb. 11 işdə isə şikayətçilərin azadlıq və toxunulmazlıq hüququnun pozulduğu təsbit edilib.

AİHM indiyədək Azərbaycanla bağlı 148 qərar verib. Həmin qərarlarda ən çox ədalətli məhkəmə araşdırması (60 işdə), azadlıq və toxunulmazlıq hüququnun (45 işdə) pozulması tanınıb.

 

 

 

 

avropaninsesi.com