Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Beynəlxalq Universiteti ‘’Aqranomiya” fakültəsinin  dekanı Elçin Allahyarov Avropaya mühacirat etdi – Paris

 

 

 

Foto:ABU rektoru,  “Avropaninsesi.com” onlayın saytının  rəhbəri  Elşad Abdullayev və ABU dekanı Elçin Allahyarov, 

“Euroasianews.com” saytının rəhbəri Bloger Fuad Agayaev, Belorusiya müxalifətinin prezidentliyə yeganə namizədi hüquq doktoru Alexs Mixayloviç, Demokratik Azərbaycan Alyansın sədri dok. dos. Riyad Əliyev, 

Avropa Azərbaycanlılarının Milli Birlik Şurasının sədri Qabil Rzayev və s. Almaniya, Brilfild, 20 oktyabr 2016

 

Azərbaycan Beynəlxalq Universiteti (ABU) ‘’Aqranomiya” fakültəsinin dekanı dossent Elçin Allahyarov bildirir ki,  uzun illər ABU da Aqronomiya fakultəsinin dekani olub,  “ABU baglandqdan sonra sonra aglasıgmaz təzyiqlərə  məruz qalmışam, agılar yaşaçışam.  Dəfələrlə Daxili İşlər Nazirliyinin Bantitizm İdarəsinə (Faşist Gestapo İdarəsi)  çağrılaraq  məni məcbur edirdiler ki, ABU-nun rektoru Elşad Abdullayevə qarşı saxta fabrikovat olunmuş şikayyət yazım. Bu şərəfsiz təzyiqlərə dözməyərək ölkəni tərk etdim, zülümdən canımı qurtardım.”

 

Fransa Paris şəhərinin Nantar Məhkəməsinin 7 noyabr 2017-ci il tarixli Hökümünə görə  Azərbaycan hakimiyyətini Diktatorluq, İlham Əliyevi isə   dünyanın ən qəddar  “despotik diktator”u olmasına siysai-hüquqi qiymtini verdi. Bundan öncədə AŞPA 10 oktyabr 2015-cil tarxli Qərarı ilə Azərbaycan hakimiyyətini Diktatorluq Beynəlxalq hüquqi-siyasi qiymətini vermişdir.

 

Mənim üçün dözülməz vəziyyət yaranmışdı, arada mənə elə gəlirdi ki, Azərbaycanda 21-ci əsr yox, 1937-cu ilin repressiyalar dövrüdü və Azərbaycan təhsil sistemi bir ovuc qatulin əlinə keçib. ABU rektorumuz Elşad Abdullayev qardaşı Mahir Abdullayevin ogurlanması cinayətlərini maddi sübutlarla ifşa etdiyinə görə yeganə çıxış yolu kimi Fransaya mühacirat etdi. Bu səbəbdən də qanunsuz olaraq ABU-nu bagladılar və tələbə və müəllimləri dövlət terroruna məruz qaldılar. Bu faciənin tprədilməsində əsas səbəb əli öz vətəndaşlarının qanına bulaşmış despotik Azərbaycan diktatoru İlham Əliyevin ailə üzvüləri ABU-nu ələ keçirmək idi. ABU rektorunun qardaşı Mahir Abdullayevin ogurlanması və ABUin baglanması bir-biri ilə sıx baglı olan siysi cinayət hesab edrəm.

Azərbaycanda həqiqəti yazamaq və danışmaq cinayət hesab edilir. Hətta, həqiqəti yazan jurnalistlər və Siyasi fəallar, hüquq müdafiəciləri, demokratik fikirli insanlar və onların qohumları da məhkəməsiz ogurlanıb həbs olunur.

Bununla məsələ bitmir. Ziyallı vətəndaşlarımız, müəllimlər də represiya qurbanları olurlar. Başda, Hörmətli rektorumuz Elşad Abdullayev, dekanlar. Maliyyə kredit fakültəsinin  dekanı Əmmənov Rabil müəllim 12 il həbs cəzası alıb. Günahı nədi?

Təsəvvür edin, prezidentin ailə üzvüləri ölkədən ogurladıqları aglasıgmaz milyardların Beynəlxlaq media orqanları ifşa etdi, Azərbaycan diktatorlugunun KQB generalı Akif Çovdarov ölkədə saysız0hesabsız siyasi qətilər törədib 12 il müddətinə həbs edilib, günahsız ABU müəllimləri də saxta ittahamlral 12 il həbs ediliblər. Belə sosial ədalətsiz bir ölkədə normal insan kimi yaşamaq qeyri-mümkündür.   Çünki, «ABU»da çalışıb, hüquq professoru Elşad Abdullayev prezident seckiləri zamanı müxalifətin lideri professor Cəmil Həsənlin dəsəklədi. Bundan sonra, ABU-da tuta-tut başladı. Siyasi sfarişlə ABU Tibb fakültəsinin dekanı professor Xudayar Alahyarov, Maliyyə fakültəsinin dekanı professor Pabil Əmmənov saxta ittihamlarla 12 il həbs olundular. Bizə qarşı bu agır cinayətlər saxta Prezident seckilərindən sonra oldu. Əgər bizim görkəmli professorlarımızın günahı var idsə bunu prezident seckilərindən öncə də etmək olardı. Bu gün həbsdə yatan ABU müəllimləri qanunsuz prezident secilmiş İlham Əliyevin siyasi sifarişidir, hamıya məlumdur ki, xalq səsini professor Cəmil Həsənliyə vermişdir. Bundan qəzəblənən Mehriban Əliyeva ABU müəllimlərini saxta ittihamlarla siyasi sifarişlə həbs edtdirdi.

Mənim dekan müavinim Afaq İbrahimova olduqca dürüst müəllim idi, birgə calışdıgımız müddətdə hec bir vaxt mən ondan əliəyri bir iş görməmişəm. Bu kimsəsiz qadın imkansızlıgı ucbatından ABU yataqxanasında qalırdı, sudan duru-aydan təmiz adam idi. Əgər Afaq İbrahimova Siz deyən kimi korrupsioner müəllim idisə gedib villada qalardı da, nə ücün yataqxanada zülüm cəkirdi. Hətta, bir necə dəfə də mən dən borca pul istədi, bizdə ona yardım etdik. Belə dilənçi vəziyyətində yaşayan adamın adını korrupsiyon qoyub siyasi sifarişlə  saxta ittihamlarla həbs edilmsi   allah və millət qarşısında ən böyük günahdır. Mehriban Əliyeva!  Sizndə oglunuz, iki qızınız və nəvələriniz var, mediadan məlumdurki, Siz azəbaycanın on milyardlarla milli sərvətini qanunsuz olaraq xarici ölkələrə daşımısınız bu korrupsiya olmur, ancaq yataqxanada dilənçi vəziyyətində yaşayan  Afaq İbrahimova korrupsioner olur ! Medianın yazdıgı kimi Sizin xarici ölkələrdə yüz milyonlar dəyərində malikənəniz var, beynəlxalq korrupsiyada ittiham olunursunuz, ancaq, yataqxanada qalan Afaq İbrahimova rüşvətxor kimi 6 il həbs olunur.

Elşad müəllimin gizli video görüntülərilədə saxta deputat seckiləri ücün Ramiz Mehdiyevin və İlham Əliyevin adı ilə 2 milyon rüşvət alan Gülər Əhmədova 1 il 3 ay həbsdə yatır və sonra azad olunur.

Bu qədər haqsızlıq olarmı Mehriban Əliyeva? Bu sağlam atmosfer deyil. Məni –müəllim adamam KQB və Banditizm İdarəsi o qədər ləyaqətimi alcaltdıki, dogma vətənimdən qaçıb canımı güclə qurtardım. Məni məcbur edirdilər, Elşad müəllimdən yalan ittihamlara qol çəkim. Bəs mənim dekan müavinim Afaq İbrahimova saxta ittihamlarla 6 il iş alıdı. Hal-hazırda bir neçə ABU müəllimləri həbsdədi. Mən qalsaydım məni saxta ittihamlarla həbs edərdilər. Hərdən bir mənə deyirdilərki, səni nəşə satmaqda şərləyrik biz deyənləri etməsən. Afaq xanım da yüksək mənəviyyata malik qadın oldugu ücün onların dedikləri rektorun əleyhinə saxta ittihamlara imza atmadıgı ücün həbs etdilər.

Bilirəm ki, gez-tez ABU rektoru Elşad Abdullyevə qarşı və ABU məzun və müəllimlərinə qarşı edilmiş ədalətsizlik bərpa ediləcək və buna səbəb olmuş cinayətkarlar layiq olduqları cəzalarına çatacaqlar. Bu yazımla cox hörmətli Elşad müəllimə və ABU məzunlarına  bildirmək istəyirəm, Hörmətli rektorumuz və məzunlarımız bu ağır gündə də biz sizinləyik!  Sizə inanırıq! Sizə qarşı yalan və böhtanlara öz etirazımızı bildirik…!!!

 

 

Elçin Allahyarov, ABU–in Aqronomiya fakütəsinin dekanı,

 

 

Ulduz, Paris,15.12.2017

info@avropaninsesi.com